А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“ADA” Universiteti və “Coca-Cola” Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi

18.03.19 | Bölmə: İqtisadiyyat | Baxış: 89 | Yazar: Celilova |
“ADA” Universiteti və “Coca-Cola” Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi
 
 
 
 
 
 
 

Mart ayının 15-də ADA Universiteti və "Coca-Cola” şirkəti ənənəvi olaraq Bakıda keçirilən VII Bahar Gənclik Festivalı ilə Azərbaycanın ən çox sevilən bayramı olan Novruz bayramını qeyd edib.

Festival çərçivəsində tələbələr üçün bayram şənliyi ilə yanaşı, "Təmiz ölkəm” ekoloji layihəsinin də başlanğıcı elan olunub.

Tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən "ADA Universiteti” Fondunun prezidenti Natiq Hacıyev bildirib: "ADA” Universiteti "Coca-Cola” şirkəti ilə 2012-ci ildən bəri əməkdaşlıq edir. Bizim birgə həyata keçirdiyimiz "Ağac əkək, təbiətə töhfə verək" layihəsi uğurla həyata keçirilmiş, Azərbaycanda ekoloji maarifləndirmə işləri görülmüş və ölkəmizdə 100 minə yaxın ağac əkilmişdir. Bu gün bu tədbir vasitəsilə start verdiyimiz "Təmiz ölkəm” layihəsi yenə də ətraf mühitin qorunması ilə bağlı bir layihədir və inanırıq kı, biz yenə də müsbət nəticələr əldə edəcəyik. "ADA” ailəsi adından Novruz bayramınızı bir daha təbrik edirəm. Qoy bu bahar Sizə uğur və xeyir bərəkət gətirsin”.

Öz növbəsində "Coca-Cola” şirkətinin Qafqaz üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətin Azərbaycanda ətraf mühitin qorunmasına verdiyi əhəmiyyəti vurğulayıb: "Sosial məsuliyyətli bir şirkət olaraq "Coca-Cola” hər zaman fəalliyətdə olduğu ölkələrin inkişafı üçün müəyyən işlər görür. Bu ildən etibarən "Coca-Cola” və ADA Universitetinin birgə layihəsi olan "Təmiz ölkəm” layihəsinə start verilir. Ümid edirik ki, bu layihə də ötən layihələr kimi uğurla həyata keçirilərək ölkəmizin ekologiyasının yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Fürsətdən yararlanaraq bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, hər bir ailəyə bayram sevinci və xoş günlər arzulayırıq”.

 

Qeyd edək ki, "Təmiz ölkəm” ekoloji layihəsinin əsas məqsədi plastik kütlənin təkrar emalı haqqında ictimaiyyәt arasında maariflәndirmә işlərinin aparılması, plastik butulkaların toplanaraq tәkrar istehsala göndәrilməsini təbliğ etməkdir. Layihənin icrası cəmiyyətdə təkrar istehsal ənənəsinin formalaşdırılması, plastik tullantıların qruplaşdırılması üçün əlverişli platforma rolunu oynayacaq. Layihənin uğurla həyata keçirilməsi üçün Bakı şəhərinin əsas ərazilərində plastik butulkaların toplanması üçün xüsusi konteynerlər yerləşdiriləcək.

"Təmiz ölkəm” layihəsi "ADA” universiteti, "ADA Universiteti” Fondu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Coca-Cola Fondunun və AzEkol şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçiriləcək.

"ADA” Universitetinin Bayraq meydanında quraşdırılmış plastik butulkalardan hazırlanmış nəhəng səməni maketi isə "Təmiz ölkəm” layihəsində "ikinci həyat” qazanmış uğurlu nümunələrdən sadəcə biridir. Plastik səməni eyni zamanda həm də qədim Novruz adət-ənənəsi ilə müasir ekoloji durumu bir tondemdə tərənnüm edir. VII Bahar Gənclik Festivalına qatılmış gənclər öz növbələrində istifadə etdikləri plastik butulkaları Bayraq meydanında yerləşdirilmiş xüsusi butulka toplama qablarına ataraq "Təmiz ölkəm” layihəsinə öz dəstəklərini əyani olaraq göstəriblər.

Qeyd edək ki, festival sərgi, konsert, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, tonqaldan atlanma və bu kimi bayram adət-ənənələrinin nümayişi, həmçinin Azərbaycanın estrada müğənnilərinin çıxışları ilə davam edib.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Füzulidə tibb işçiləri peşə bayramlarını qeyd ediblər
Bu yolda təmir və rənglənmə işləri aparılır
Bakı metrosunda qatarlar gecikdi
“Helikopterlərimiz uzaq məsafədən hədəfi dəqiqliklə vurmağa qadirdir”
POS-terminalların işləməməsi məsələsinə nazirdən - Reaksiya
Sabah 38 dərəcə isti olacaq
TÜRKPA-nın Baş katibi: Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir
Rəsulzadənin şəkli avronun üzərində
Enerji içkiləri ilə bağlı yeni - QAYDALAR
Yol polisi
Xəzərdə 4 bal gücündə zəlzələ olub
AtaBank-ın müştəriləri banka gəlmədən bir sıra xidmətlərdən faydalana biləcəklər
Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcəAzərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək
Deputat: Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi
İnstagramda online satış səhifəsi müştərini aldadıb
Arzularımı məqsədə və hədəfə çevirirəm
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası keçirib
İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib
Prezident İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
Karusel sıradan çıxdı - 40 nəfər
Ərəblərin yerini onlar tutdu
Azərbaycan Gənc Sahibkarlar Klubunun AzərKitab Mərkəzində
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.