А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib

18.03.19 | Bölmə: Cəmiyyət | Baxış: 137 | Yazar: Celilova |
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib
 
 
 
 
 
 

Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə Horadiz şəhəri Olimpiya İdman Kompleksində ümumrayon şənliyi keçirilib.

Melumat-merkezi.az  xəbər verir ki, bayram şənliyində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis Sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova və rayonun idarə, müəssisə, təşkilatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələr iştirak ediblər.  

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Bahar Muradova əvvəlcə Novruza aid adət-ənənələri özündə əks etdirən sərgiyə baxıblar. Milli adət-ənənələrimizə uyğun olaraq meydanda yun daranıb, nehrə çalxalanıb, sacda yuxa bişirilib. 

Tədbir Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə başlayıb, Novruz tonqalı alovlandırılıb.  

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb. 

Alı Alıyev milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən danışıb, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərindən bəhs edib.

Alı Alıyev deyib: "Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq 10 ildir ki, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib”. 

Milli Məclis Sədrinin müavini Bahar Muradova da çıxış edib, tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib. Bildirib ki, Novruz bayramı arzuların, niyyətlərin həyata keçməsi bayramıdır. İnanıram  ki, yaxın günlərdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq.

Sonra Novruzun qəhrəmanları olan Kosa və keçəl, rayon Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tonqal ətrafında yallı gediblər. Bayram adətinə görə uşaqlar yumurta döyüşdürüb. Kosa və keçəlin şən zarafatları, Dram Teatrının aktyorlarının ifasında yumoristik səhnələr, rayon idmançılarının nümunəvi çıxışları, mədəniyyət işçilərinin konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırıb.


 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda qoruqlarla bağlı - - YENİ QAYDALAR
“CinemaPlus”da “Super Yay” aksiyası
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda boşanmaların sayı artıb
Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə yeni layihəyə start verilir
Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır
“Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Rayonlarda yağıntılı hava davam edəcək
Ulu Öndərin ideyaları füzulililərin qəlbində əbədi yaşayacaq
“CinemaPlus”da çoxdan gözlənilən aksiya
Qubada kütləvi zəhərlənmə
Gürcüstandan “Keşikçidağ”dakı insidentlə bağlı bəyanat: İmkan verin, işimizi görək
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb
Deputatlar tətilə çıxdılar
Şəki Xan Sarayında baş verən hadisə ilə bağlı rəsmi AÇIQLAMA
Azərbaycanda meşənin içində narkotik plantasiyası salıblar
Rusiya yeni raketini havaya qaldırdı
Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ
Azərbaycanda zəlzələ olub
Zelenskinin korteji uşaqla dolu avtobusa çırpıldı
İyulun 15-də xarici valyutaların manata qarşı məzənnələri
Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ
Əli Əhmədov ABŞ-a səfərə getdi
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.