А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Hikmət Hacıyev: Azərbaycanın da səbrinin həddi var

18.03.19 | Bölmə: Siyasət | Baxış: 37 | Yazar: Celilova |
Hikmət Hacıyev: Azərbaycanın da səbrinin həddi var
 
 
 
 
 

Azərbaycan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinin tərəfdarıdır. 

Bu fikirləri "Anadolu” agentliyinə müsahibəsində Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

Onun sözlərinə görə, Azərbaycanın da səbrinin həddi var və Ermənistan ordusu BMT-nin qətnamələrinə uyğun olaraq işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdır, əks halda Azərbaycan BMT-nin nizamnaməsində göstərilən bütün hüquqlarından istifadə etməli olacaq.

H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyi Sarqsyan-Koçaryan rejiminin səhvlərini davam etdirir və danışıqlar prosesini bloklayacaq bəyanatlar səsləndirirlər. 

O əlavə edib ki, beynəlxalq ictimaiyyət Ermənistana dəqiq siyasi və diplomatik mesajlar çatdırmalıdır: 

"Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ məsələsinin həlli üçün göstərdiyi səylər yetərsizdir”.

"Danışıqlar prosesi 25 ildir davam edir. Bu müddətdə Azərbaycan torpaqları işğaldan azad edildimi? Xeyr. Qaçqınlar torpaqlarına geri qayıtdımı? Xeyr. Artıq işğalçı və hücumçuları öz adları ilə çağırmanın vaxtıdır”, - PA rəsmisi bildirib.

O qeyd edib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarındakı qızıl və mis mədənlərindən istifadə edərək, dünya bazarına satır və bu, bütün beynəlxalq sazişlərə ziddir. 

H.Hacıyev işğal altındakı torpaqlarda Azərbaycana aid dini və mədəni abidələrin məhv edildiyini, bunun sadəcə Azərbaycana deyil, dünya mədəniyyətinə vurulan zərbə olduğunu deyib. 

PA rəsmisi AƏT-in Minsk qrupunun həmsədrlərinin xalqların sülhə hazır olmasının vacibliyi ilə bağlı bəyanatına da diqqət çəkib. 

"Əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı sülhə hazırdır. Davamlı olması üçün sülh ədalətli olmalıdır. Ermənistan ordusu işğal altındakı bölgələrdən çıxmalı, qaçqınlar öz torpaqlarına geri qayıtmalıdır. Yalnız bu vəziyyətdə sülh əldə edilə bilər. Ermənistan hazırda apardığı xarici siyasət bütün region üçün ciddi təhlükədir”, - o əlavə edib. 

H.Hacıyev Türkiyə-Azərbaycan arasındakı əməkdaşlığın ən yünsək zirvədə olduğunu da diqqətə çatdırıb. 


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Rüfət Quliyev: “Seçki zamanı hər hansı bir problem qeydə alınmayıb”
Bestseller əsasında çəkilən film “CinemaPlus”da - FOTO/VİDEO
AtaBank “Həyat naminə qan ver” aksiyasını keçirdi
Bu gündən Formula 1-ə görə bağlanan yolların SİYAHISI  açıqlandı
Ukraynada protokolların 66%-i hesablanıb: lider 73,04% səslə Zelenskidir
Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı
Həkim səhlənkarlıq edibsə, məhkəmə qarşısında cavab verəcək
Nazir: Azərbaycanda yük daşımalarının həcminin artması iqlimə təsir göstərir
K.Fabuel moda evi “Fashion school”a start verdi
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan aşıq sənətinin UNESCO-ya daxil edilməsinin 10 illiyinə həsr olunan “Sazın səsi haqq səsidir” adlı tədbir keçirildi...
Bölgələrdə kosmetik əməliyyatın növbəti fəsadı
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
Ölkənin milli parklarında
Vətəndaşların qaz və işıq problemlərinin həlli ilə bağlı İşçi Qrup yaradılıb
TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI
Azərbaycanda yeni xəbər saytı fəaliyyət başladı
İlham Əliyev: Maaş və pensiyalar bundan sonra da qaldırılacaq
Təzyiqə məruz qalan uşaqlar üçün qaynar xətt yaradılır
Yeni təsis olunan təqaüdlər niyə verilmir?
Sumqayıtda olay: Kürəkən qayınanasını döydü
Qazıntı zamanı Bakıda qədim hamam tapılıb?
Xəstəliyə yoluxmuş 400 kiloqram mal əti aşkarlandı - FOTO
Yeni yaradılan qurumun tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiqlənib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.