А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Prezident İlham Əliyev BƏƏ-nin nazirini qəbul edib

18.03.19 | Bölmə: Siyasət | Baxış: 66 | Yazar: Celilova |
Prezident İlham Əliyev BƏƏ-nin nazirini qəbul edib
 
 
 
 
 
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzruini qəbul edib.

Melumat-merkezi.az xəbər verir ki, Azərbaycana səfərindən məmnun olduğunu bildirən Süheyl Məhəmməd əl-Məzrui Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktumun və Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Dövlətimizin başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, əməkdaşlığın yeni sahələri, o cümlədən turizm sahəsini əhatə etməsindən məmnunluğunu bildirdi. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının artdığını bildirən Prezident İlham Əliyev bunu dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirdi və qonaqların xalqımızın qonaqpərvərliyinin şahidi olduğunu vurğuladı.

Azərbaycanla münasibətlərin ölkəsinin xarici siyasətinin gündəliyində duran ən önəmli istiqamətlərdən biri olduğunu deyən Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda geniş investisiya imkanları yaradılmasının ölkəsində yüksək qiymətləndirildiyini bildirdi.

Söhbət zamanı "OPEC plus” formatında Bakıda keçirilən tədbirlərin əhəmiyyətinə toxunuldu, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında enerji, neft-qaz, neft-kimya, bərpa olunan enerji, müxtəlif iqtisadi layihələr sahəsində əməkdaşlıqla bağlı məsəllər ətrafında fikir mübadiləsi aparıldı.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktumun və Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarına görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, vitse-prezidenti, Baş naziri və Dubay Əmirinə və Əbu-Dabinin vəliəhdinə çatdırmağı xahiş etdi.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda qoruqlarla bağlı - - YENİ QAYDALAR
“CinemaPlus”da “Super Yay” aksiyası
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda boşanmaların sayı artıb
Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə yeni layihəyə start verilir
Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır
“Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Rayonlarda yağıntılı hava davam edəcək
Ulu Öndərin ideyaları füzulililərin qəlbində əbədi yaşayacaq
“CinemaPlus”da çoxdan gözlənilən aksiya
Qubada kütləvi zəhərlənmə
Gürcüstandan “Keşikçidağ”dakı insidentlə bağlı bəyanat: İmkan verin, işimizi görək
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb
Deputatlar tətilə çıxdılar
Şəki Xan Sarayında baş verən hadisə ilə bağlı rəsmi AÇIQLAMA
Azərbaycanda meşənin içində narkotik plantasiyası salıblar
Rusiya yeni raketini havaya qaldırdı
Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ
Azərbaycanda zəlzələ olub
Zelenskinin korteji uşaqla dolu avtobusa çırpıldı
İyulun 15-də xarici valyutaların manata qarşı məzənnələri
Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ
Əli Əhmədov ABŞ-a səfərə getdi
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.