А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Bu gün Azərbaycanda İlaxır çərşənbədir

19.03.19 | Bölmə: Cəmiyyət | Baxış: 33 | Yazar: Celilova |
Bu gün Azərbaycanda İlaxır çərşənbədir
 
 
 
 
 
 
 

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

Bu gün xalqımızın əziz bayramıdır, bahar nəfəsini torpağa toxundurur,ellərimizə, obalarımıza İlaxır çərşənbənin çal-çağırı ilə Novruz gəlir. Yəqin indi evlərinizdəki balacalar sabahı həyəcanla gözləyirlər, tonqal üstdən atlayıb, bayram payı yığmağa çalışacaqlar, sonra torbalarına doldurduqları əziz neməti ortaqlaşıb deyib, gülə-gülə yeyəcəklər. Evlərdən şəkərbura, paxlava, plov qoxusu yayılacaq. Unudulanlar yad ediləcək, küsülülər barışacaq. Ay nə gözəl qaydadır şal sallamaq!

İnanclarımıza görə, Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında İlaxır Çərşənbə və ya Torpaq çərşənbəsi adlanır. Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

İlaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın və özündən əvvəllki 3 mühüm ünsürün — su, od və yelin oyanması əkinçik həyatının başlanmasına işarədir. 
 
Bu çərşənbədə insanlar səhər tezdən bulaq başına və ya su üstünə gedərlər, suyun üzərindən tullanar, ürəklərindəki arzu-diləkləri suya danışarlar. Ədalətsizlik edənləri, nahaq qan tökənləri suya tapşırarlar. Bu, əhali arasında geniş yayılıb. 

Axırçərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Axırçərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.

Axırçərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar.

Bundan başqa, ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, gözüşorluluq, qəpik isə yoxsulluğun nişanəsidir. Ona görə də əcdadlarımız bununla özlərini yoxsulluqdan və bu kimi şeylərdən qurtarmağa çalışarmışlar. 

İlaxır çərşənbədə tonqal qalayanda yaş ağacdan istifadə olunmaz. Ərgən qızlar xeyli aralıda arxası qapıya tərəf durub ayaqlarındakı ayaqqabının sağ tayını qapıya doğru atarlar. Əgər ayaqqabının baş tərəfi qapıya doğru düşürsə, bu, həmin il qızın ailə qurub köçəcəyinə işarədir, yox əgər ayaqqabının arxası qapıya tərəf düşəcəksə, onda qız hələ bir qədər də gözləməli olacaq. 

İlaxır çərşənbədə qapı pusma və başqa fallar var, insanlar ürəklərində niyyət edib qapı pusarlar. Niyyətləri ilə evdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışarlar. Bu uyğunluq tapılarsa, o zaman arzularının reallaşacağına inanarlar. Buna görə, son çərşənbədə kimsə pis sözlər danışmaz ki, kimsənin könlü qırılmasın.

Özü qədər, niyyəti, amalı da gözəl olan Novruzumuza qovuşuruq. Bayramınız, mübarək olsun, qayım, qədim ellərimiz.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Rüfət Quliyev: “Seçki zamanı hər hansı bir problem qeydə alınmayıb”
Bestseller əsasında çəkilən film “CinemaPlus”da - FOTO/VİDEO
AtaBank “Həyat naminə qan ver” aksiyasını keçirdi
Bu gündən Formula 1-ə görə bağlanan yolların SİYAHISI  açıqlandı
Ukraynada protokolların 66%-i hesablanıb: lider 73,04% səslə Zelenskidir
Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı
Həkim səhlənkarlıq edibsə, məhkəmə qarşısında cavab verəcək
Nazir: Azərbaycanda yük daşımalarının həcminin artması iqlimə təsir göstərir
K.Fabuel moda evi “Fashion school”a start verdi
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan aşıq sənətinin UNESCO-ya daxil edilməsinin 10 illiyinə həsr olunan “Sazın səsi haqq səsidir” adlı tədbir keçirildi...
Bölgələrdə kosmetik əməliyyatın növbəti fəsadı
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
Ölkənin milli parklarında
Vətəndaşların qaz və işıq problemlərinin həlli ilə bağlı İşçi Qrup yaradılıb
TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI
Azərbaycanda yeni xəbər saytı fəaliyyət başladı
İlham Əliyev: Maaş və pensiyalar bundan sonra da qaldırılacaq
Təzyiqə məruz qalan uşaqlar üçün qaynar xətt yaradılır
Yeni təsis olunan təqaüdlər niyə verilmir?
Sumqayıtda olay: Kürəkən qayınanasını döydü
Qazıntı zamanı Bakıda qədim hamam tapılıb?
Xəstəliyə yoluxmuş 400 kiloqram mal əti aşkarlandı - FOTO
Yeni yaradılan qurumun tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiqlənib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.