А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Deputat: Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun

19.03.19 | Bölmə: Siyasət | Baxış: 76 | Yazar: Celilova |
Deputat: Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun
 
 
 
 
 
 
 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev xeyirxah, humanist, ölkənin hər bir vətəndaşının sevincinə, kədərinə şərik olan, xalqının gələcəyini, xoşbəxtliyini düşünən bir insandır.

Bu insanpərvərlik, qayğıkeşlik onun bu günlərdə imzaladığı əfv fərmanında da bir daha özünü göstərdi.

Melumat-merkezi.az xəbər verir ki bunu Oxu.Az-a açıqlamasında millət vəkili Tahir Rzayev dilə gətirib.

"Əziz Novruz bayramı ərəfəsində yüzlərlə ailəyə böyük sevinc gətirən bu sərəncam nəinki həbsdən azad olan insanlar, eləcə də, ölkə vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılandı və geniş əks-səda yaratdı” -deyən, millət vəkilinin sözlərinə görə, məlum sərəncam bir daha göstərdi ki, siyasi, dini baxışlarından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı ölkə rəhbəri üçün əzizdir:

"Eyni zamanda, İlham Əliyevin  özünün də söylədiyi kimi, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir”.

Millət vəkili bununla yanaşı, məlum sərəncamdan, böyük humanizm aktından sonra bəzi müxalif siyasi qüvvələrin və günahları bağışlanılaraq, əfv edilən sabiq məhkumların tələsik, emosioanal, hikkəli, gərginliyə xidmət edən açıqlama və hərəkətlərindən üzüldüyünü, təəssüfləndiyini bildirib:

"Əfv elə bir addım, elə bir aktdır ki, o, yalnız dövlət başçısının səlahiyyətində olan bir məsələdir.

Onu amnistiya aktı ilə qarışdırmaq və tam mənada eyniləşdirmək olmaz.

Düzdür, hər ikisi də nəticə etibarı ilə humanizmə, insanpərvərliyə dayanır, xidmət edir, onlarla, yüzlərlə, hətta, minlərlə insan azadlığına, ailəsinə qovuşur, cəmiyyətə inteqrasiya edir, amma əfvin bir fərqi var ki, o birbaşa ölkə prezidentinin şəxsi səlahiyyətində olan bir məsələdir.

İstəsə bunu edə bilər, istəməsə, etməz və kimsə də ona qarışa bilməz.

İlham Əliyev də elə siyasi liderlərdən, elə müdrik və humanist dövlət rəhbərlərindəndir ki, əfv etmək və bağışlamaq qüdrətinə malikdir. Bu səbəbdən də, artıq bir neçə ildir ki, əfv, humanizm siyasəti davamlı xarakter alıb, bir növ dövlətçilik atributuna çevrilib.

Ancaq bəzi müxalif siyasi qüvvələr və şəxslər, xüsusilə, günahları, xətaları, yol verdikləri cinayət əməlləri bağışlanan insanlar bunu qiymətləndirmək, minnətdarlıq etmək əvəzinə, yenə də kin, qəzəb, nifrət püskürülər.

Yenə də şəxsi ambisiyalar, yenə də dar və cılız iddialar,  yenə də bir an belə dinməyən və sönməyən ehtiraslar...

Ad çəkmədən həmin qüvvələrə və insanlara demək istəyirəm, artıq yetər, hər bir şeyin bir əndazəsi, həddi, çərçivəsi var. Minnətdarlıq etməyi, yaxşılığı qiymətlərdirməyi bacarmırsınızsa, heç olmasa, susun, sakit oturun yerinizdə, könülləri bunlandırmayın.

Onsuz da sizlərin dövrü, zamanı çoxdan keçib, cəmiyyət necə lazımdırsa, sizlərlə bağlı öz mövqeyini, öz qiymətini verib. Həmçinin, cəmiyyət özü müdrik seçimini edib, istər 1993-cü ildə, istərsə 2003-cü ildə və sonrakı dönəmlərdə.

Odur ki, çalışın özünüzə uyğun bir işin qulpundan yapışın, yoxsa, ziyanını çəkən yenə özünüz olacaqsınız”.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda qoruqlarla bağlı - - YENİ QAYDALAR
“CinemaPlus”da “Super Yay” aksiyası
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda boşanmaların sayı artıb
Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə yeni layihəyə start verilir
Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır
“Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Rayonlarda yağıntılı hava davam edəcək
Ulu Öndərin ideyaları füzulililərin qəlbində əbədi yaşayacaq
“CinemaPlus”da çoxdan gözlənilən aksiya
Qubada kütləvi zəhərlənmə
Gürcüstandan “Keşikçidağ”dakı insidentlə bağlı bəyanat: İmkan verin, işimizi görək
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb
Deputatlar tətilə çıxdılar
Şəki Xan Sarayında baş verən hadisə ilə bağlı rəsmi AÇIQLAMA
Azərbaycanda meşənin içində narkotik plantasiyası salıblar
Rusiya yeni raketini havaya qaldırdı
Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ
Azərbaycanda zəlzələ olub
Zelenskinin korteji uşaqla dolu avtobusa çırpıldı
İyulun 15-də xarici valyutaların manata qarşı məzənnələri
Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ
Əli Əhmədov ABŞ-a səfərə getdi
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.