А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

19.03.19 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 97 | Yazar: Celilova |
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
 
 
 
 
 
 
 

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik məktubu ünvanlayıb

"Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz bayram günlərində hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır.

Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapmışdır.

Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir.

Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq.

Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir.

Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur. Qloballaşma dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir.

Özündə insanlığa xas ali dəyərləri cəmləşdirmiş bu bayramın UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər birimiz üçün iftixar mənbəyidir.

Dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır.

Həyatımızın ayrı-ayrı sahələrindəki davamlı müasirləşmə meyilləri ilə vahid axarda gerçəkləşdirilən müxtəlif layihələr ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəlmişdir. Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!”, - deyə təbrik məktubunda bildirilir.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda qoruqlarla bağlı - - YENİ QAYDALAR
“CinemaPlus”da “Super Yay” aksiyası
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda boşanmaların sayı artıb
Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə yeni layihəyə start verilir
Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır
“Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Rayonlarda yağıntılı hava davam edəcək
Ulu Öndərin ideyaları füzulililərin qəlbində əbədi yaşayacaq
“CinemaPlus”da çoxdan gözlənilən aksiya
Qubada kütləvi zəhərlənmə
Gürcüstandan “Keşikçidağ”dakı insidentlə bağlı bəyanat: İmkan verin, işimizi görək
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb
Deputatlar tətilə çıxdılar
Şəki Xan Sarayında baş verən hadisə ilə bağlı rəsmi AÇIQLAMA
Azərbaycanda meşənin içində narkotik plantasiyası salıblar
Rusiya yeni raketini havaya qaldırdı
Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ
Azərbaycanda zəlzələ olub
Zelenskinin korteji uşaqla dolu avtobusa çırpıldı
İyulun 15-də xarici valyutaların manata qarşı məzənnələri
Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ
Əli Əhmədov ABŞ-a səfərə getdi
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.