А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

31 Mart Soyqrım qətliamının qisasını alan İsrafil bəy Acalov

31.03.19 | Bölmə: Son Xəbər » Xəbər Lenti | Baxış: 711 | Yazar: Arzu |
31 Mart Soyqrım qətliamının qisasını alan İsrafil bəy Acalov
 

Azərbaycan tarixində elə anlar var ki,onlar əsirlər keçsə belə xatırlanır.Bu gündə həmin günlərdən biridir 31 Mart Azərbaycanlıların Soyqrım Günüdür. Törədilən soyqrımı isə bizim əsirlərdən bəri qəddar düşmənimiz ermənilər ediblər. Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. "Böyük Ermənistan" yaratmaq xülyasında ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.Həmin dövrdə bu qətliamın intiqamını alan bir çox qəhrəmanlarımız oldu. Onlardan biridə ermənilərin qorxulu yuxusuna çevrilən İsrafil bəy Acalov idi. 

 

Məlumat-Mərkəzi.az xəbər verir ki,  Mart qırğını Azərbaycanın bir çox yerlərində törədildi belə yerlərdən biridə Borçalı mahalının Kəpənəkçi kəndi idi.  1918-ci ildə ermənilərin silahlanaraq azğınlaşması, türk kəndlərində qətliamlar törətməsi onların Azərbaycanlılara qarşı böyük kin saxladıqlarının bariz nümunəsidir. 31 Mart Soyqrım qətliamının qisasını alan İsrafil bəyin qüdrətinə bələd olan ermənilər hiyləyə əl ataraq Tiflisə keçib getmələri üçün yol istəmişlər. Hadisə yerində olan erməni qaniçən generalı Androniklə birgə onun sağ əli hesab edilən general Nazarbekov da bura¬da olmuş və kəpənəkçilərin qırğınına hazırlıq işləri görmüşlər. Əvvəlcə İsrafil bəylə danışıqlara getmiş erməni terror dəstəsi, son¬radan bu əhdlərinə xilaf çıxmış və qəfildən Kəpənəkçiyə hücum etmək üçün Bolnisin yaxınlığından, indiki Maşavera çayının yanından keçən dəmiryolu körpüsünün altından geri dönmüş, İsrafil bəyin isə ehtiyat tədbirindən və onları qarabaqara izləməsindən xəbərsiz hal¬da olan ermənilərlə qanlı qırğın başlamışdır. Bu döyüşdə general Nazarbekovun başının qılıncla üzüldüyünü və 800-ə yaxın silahlı terrorçunun məhv edildiyini görən Andronik paltarını dəyişərək zorla qaçıb canını qurtarmışdır. İsrafil ağanın ehtiyatlı tədbiri sayəsində girovların və Xaçın kəndinin tərksilah edilməsinə başlanmış və Ağalığın yadigarı olan şəkildəki bu silah deposu ağzına qədər ermənilərdən alınan silahlarla doldurulduğu dillər əzbəri olmuşdur. Digər tərəfdən Andronikin Dərələyaz, Ağ-baba, Naxçıvan, Bakı, Göyçay və Şamaxı istiqamətlərində on minlərlə azəri türkünün qanını axtdıqlarına baxmayaraq, yeganə haldır ki, daşnakların ancaq Borçalı Qarapapaq türklərinə məğlubiyyəti haqqında yetərincə məlumat var. Bu bölgədə heç bir qətliam baş vermədiyinə görə, o vaxtkı İsrafil bəy kimi tarixi şəxiyyətlərimizin rolu həddən ziyadə böyük olmuşdur. Tiflisdə öz hüquqşünaslıq vəzifəsini icra edən İsrafil bəyə 1918-ci ilin axırlarında ermənilər sui-qəsd hazırlamış və bunun reallaşmasında onun evinə basqın edilərək öldürülməsini təşkil etmişlər. Lakin Tiflisdəki evinə basqın nəticəsində İsrafil ağa atışmada ağır yaralanmış və xəstəxanaya çatdırılmışdır. Terror törədən qrupun yenidən xəstəxanaya hücum edəcəklərindən şübhələnən dost-tanış ona xəstəxanadakı yerinin dəyişdirilməsini təklif etmişlər. Amma İsrafil bəy ömrüboyu ermənidən qorxmadığını söyləyərək, belə ucuz can qorumaqla yaşamağı şərəfinə sığışdırmamışdır. Bu qüruru ona baha başa gəlmiş və erməni terrorçuları ikinci dəfə xəstxanaya hücum edərək onu qətlə yetirmişlər.

 

Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər Azərbaycan müstəqillik qazandıqdan sonra obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsil qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsil tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda pul bazasının həcmi kəskin artıb
“Ermənilərin 31 mart milli-ideoloji terroru” adlı tədbir keçirilib (FOTO)
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - 72 saat ərzində...
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
Haber Global”: Peyvənd bölgüsündə Azərbaycana qarşı ədalətsizlik 10:04 27.03.2021
Azərbaycanda neçə nəfər COVID-19 əleyhinə vaksinasiya olunub?
Koronavirus laboratoriyada hazırlanıb?
Neftçi İK Ağsu komandası qələbə qazandı
İnsanlara inteqrativ  tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
Bakı qara hazırlaşır
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
ANAMA və DİN-dən təcili əməliyyat
Koronavirusla bağlı SON STATİSTİKA
Utancverici medal davası
İlin ən fəal gənci
Bu Qələbə gözlənilən idi
Dəhşətə gəldim axı niyə belə edirlər?  Arzu Bayramova
Prezident gənc zabitimizi təltif etdi, Elşən Babayevə
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.