А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Yeniyetməlik yaşında intihara aparan səbəblərdən biri sevgi hekayələridir

09.04.19 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 213 | Yazar: Celilova |
Yeniyetməlik yaşında intihara aparan səbəblərdən biri sevgi hekayələridir 
 
 
 
 
 
Xəbər verdiyimiz kimi, aprelin 4-də Bakı şəhəri Səbayel rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin 8-ci sinif şagirdi intihar məqsədi ilə özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Müxtəlif bədən xəsarətləri alan məktəbli qız 1 saylı Şəhər Klinik  Xəstəxanasına yerləşdirilsə də, iki gün sonra dünyasını dəyişib.
Artıq faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir. Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır.
Qeyd edək ki, hadisə baş verən zaman məktəbli qızın bədbəxt hadisə zamanı yıxıldığı deyilsə də, sonradan məlum olub ki, qız bir qrup öz sinif yoldaşları tərəfindən psixoloji təzyiqlərə, lağ-lağı hərəkətlərə məruz qaldığı üçün intihara əl atıb.
Məktəblinin faciəsi cəmiyyətdə ciddi narahatlıq doğurub. Əksəriyyət məktəblərdə psixoloq fəaliyyətinin yetərli olmadığını vurğulayır...
Melumat-merkezi.az-a yeniyetme qızın intiharına münasibət bildirən  Uşaq İnkişaf Mərkəzinin direktoru, xeyriyyəçi xanım Aynur Musayeva danışdı ki, məktəb psixoloqlarının demək olar ki, böyük əksəriyyəti öz işlərinin öhdəsindən bacarıqla gələ bilmir: "Müəllim və şagirdlərin, eləcə də şagirdlərin bir-biri ilə düzgün formada ünsiyyəti, davranışı haqda işlər aparılmır. Qeyd edim ki, adətən məktəb yaşlı uşaqlar daha həssas, hətta kobud şəkildə desək, qəddar, dözümsüz olurlar. Yəni bir-birilərində nəsə səhv davranış olduqda bağışlamır, lağa qoyur, ələ salır, nəticədə qarşı tərəf ağır psixoloji problem yaşaya, hətta intihar həddinə gəlib çata bilərlər. Buna görə də belə vəziyyətlərdə faktiki olaraq onlara köməklik göstərən şəxslər lazımdır. Bu missiyanı təkcə psixoloqların üzərinə qoymaq olmaz, valideyn də mütəmadi olaraq övladlarının davranışlarını analiz etməli, maraqlanmalıdır. Əgər sorğu keçirsək, məlum olacaq ki, bir çox valideynlərin öz uşaqlarının davranışlarından, üzləşdiyi problemlərdən xəbəri yoxdur. Eləcə də müəllimlərin əksəriyyəti öz fənnini keçməklə işini bitmiş hesab edir”.
Aynur xanım onu da vurğuladı ki, uşaqları yeniyetməlik yaşında intihara aparan digər bir səbəb sevgi hekayələri olur: "Birini sevdiyini deyən uşağı tərbiyəsiz kimi qələmə vermək, təzyiq göstərmək, bu məsələni ictimaiyyətə açıqlamaq doğru deyil. Ailə dəyərlərini qorumaqla uşağın sevgisini yaşamasına şərait yaradılmalıdır. Çünki uğursuz sevgi yeniyetmələri ümidsizliyə salır. Belə hal eşidiblərsə, birinci uşaqla danışmalıdırlar. Xüsusən yeniyetməlik dövründə uşaqlara qarşı həssas olmaqda ailə faciələrinin qarşısını ala bilərik.Valideynlər fikirlərini uşaqları ilə paylaşmalıdır, onlardan məsləhət almalıdır. Uşağı sorğu-sual etməklə, fikirləri paylaşmaq eyni deyil. Bu zaman sağlam münasibət olmur. Hətta öz yeniyetməlik sevgilərindən uşaqlarına danışa bilərlər. Qarşılıqlı fikir paylaşımı olan ailədə intihar da az olur. Müəllim, uşaq və məktəb arasında əlaqə olmalıdır”.
Günel CƏLİLOVA
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Gəncə teraktının əmrini kim verib? - Korotçenko
Düşmənin Tərtəri atəşə tutması nəticəsində xeyli sayda yaşayış məntəqəsinə ziyan dəyib
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
Prezident İlham Əliyev: Paşinyan Azərbaycan xalqından üzr istəsin və desin ki, Qarabağ Ermənistan deyil
İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.