А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Sosial-iqtisadi islahatlarla zəngin 1 il - ŞƏRH

10.04.19 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 12 | Yazar: Celilova |
Sosial-iqtisadi islahatlarla zəngin 1 il - ŞƏRH
 
 
 
 
 
 
 
Prezident İlham Əliyevin Azərbaycana növbəti dəfə rəhbərlik etməyə başlamasından 1 il keçir. Bu müddət Azərbaycanda iqtisadi və sosial sahədə bir çox uğurlu və təqdirəlayiq addmların atılması, biznes islahatlarının dərinləşməsi, meqa layihələrin reallaşması ilə yadda qalıb.

Kredit problemi həll edildi

Dövlət başçısının bu il fevralın 28-də imzaladığı "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı xüsusi qeyd olunmalıdır. Fərmana əsasən, Azərbaycan vətəndaşlarının xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına 3 aydan gec olmayaraq manatla ödəniləcək. 1 milyona yaxın insanın faydalanacağı bu fərmanla Azərbaycan digər post-sovet ölkələrinə nisbətən problemli kreditlərin həllində daha sistemli və əhatəli yanaşmanı ortaya qoydu, əhalinin maraqlarını daha yüksək səviyyədə nəzərə aldı, eləcə də bank sektoruna dəstək verdi.

Sosial müdafiə gücləndirildi

Son 1 ildə İlham Əliyev əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi istiqamətində digər addımlar da atdı. Bu ilin mart ayından Azərbaycanda minimum aylıq əmək haqqı 50 manat və yaxud 38,5% artırılaraq 130 manatdan 180 manata, minimum pensiya isə 44 manat və yaxud 37,9% artırılaraq 116 manatdan 160 manata çatdırıldı. Təqaüd və müavinətlərdə də nəzərəçarpacaq dərəcədə artım oldu. Təkcə maaşlarla bağlı artım 600 min, pensiyalarla bağlı artım isə 233 min insanı əhatə etdi.

 

Fərdi ev sahiblərinin mülkiyyət hüququ tanındı

İ.Əliyevin növbəti prezidentliyinin ilk ilində Azərbaycanda vətəndaşların mülkiyyət hüquqlarının qorunması ilə bağlı da ciddi addımlar atıldı. Prezident Administrasiyasının tapşırığına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi özbaşına və sənədsiz inşa edilmiş fərdi evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanmasına başladı. Yaxın zamanlarda həmin konsepsiya Prezident Administrasiyasına təqdim ediləcək. Bundan başqa, ölkə başçısının tapşırığına əsasən, istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavəsitə ünvanlarda sakinlərin çıxarışlarının verilməsi işlərinə başlanıldı və davam etdirilir.

Yeni iqtisadi modelə keçid oldu

Son 1 ildə dövlət başçısı Azərbaycanı yeni iqtisadi modelə keçirdi, vergi və gömrük sahələrində ciddi dəyişikliklər oldu. Belə ki, ölkədə mikro, kiçik və orta sahibkarlığın meyarları yeniləndi, gömrükdə "Yaşıl dəhliz” buraxılış sistemi işə düşdü, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparıldı. Bununla da sahibkarların vergi yükü optimallaşdırıldı, vergi bazası genişləndirildi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətləri daha da sivil səviyyəyə qaldırıldı. Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi oldu. Ölkəmiz hesabatda 190 ölkə arasında 25-ci yerdə qərarlaşdı, MDB-də lider mövqeyinə yüksəldi, Böyük 20-lik ölkələrinin əksəriyyətini üstələdi.

İnstitutsional və struktur islahatları da aparıldı

İ.Əliyevin ölkəyə rəhbərlik etdiyi bu 1 ildə "Dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” qəbul edildi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyi, "Aqrar tədarük və təchizat” ASC, eləcə də yeni mərkəzi icra hakimiyyəti qurumları - Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və s. yaradıldı, 2017-ci ilin sonunda yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi fəaliyyətə başladı.

İri layihələrin icrası tamamlandı

Azərbaycan hökumətinin həyata keçirdiyi bir sıra iri layihələrin icrasının tamamlanması da son 1 ilin payına düşdü. Səngəçalda Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin, Türkiyənin Əskişəhər bölgəsində isə bu layihənin əsas seqmentlərindən olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin I hissəsinin açılış mərasimi keçirildi, TANAP-la Türkiyəyə "Şahdəniz-2”dən kommersiya qazının nəqlinə başlanıldı. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa etdiyi, illik gücü 10 mln. ton olan STAR Neft Emalı Zavodu da işə düşdü. Bakıda isə Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsi istismara verildi, zavodun modernizasiya layihəsinin ilkin mərhələsi tamamlandı. Sumqayıtda isə "SOCAR Polymer” layihəsinin polipropilen və yüksək sıxlıqlı polietilen zavodları, eləcə də "SOCAR karbamid” zavodu istifadəyə verildi. 

Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimi

"Son 1 ildə Azərbaycanda aparılan islahatları qiymətləndirsək, birmənalı şəkildə deyə bilərik ki, onlar həm sosial, həm də iqtisadi sferanı əhatə edib". 

Bunu isə "Report"a açıqlamasında İqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, paket formasında təqdim olunan bu islahatlar arasında diqqəti ən çox cəlb edənlərdən biri struktur islahatlarıdır: "Azərbaycanda idarəetmə sisteminin çevikliyinin artırılması üçün struktur islahatları çox vacib idi. Bu islahatlar nəticə etibarı ilə digər islahatların dərinləşməsinə, xüsusilə də biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlar üçün yeni imkanların təqdim edilməsinə, elektron xidmətlərdən istifadənin genişləndirilməsinə, şəffaflığın gücləndirilməsinə, korrupsiyaya qarşı mübarizənin aparılmasına imkan verir. Yəni Azərbaycan son bir ildə idarəetmə sistemi üçün vacib olan struktur islahatlarının dərinləşdirilməsini həyata keçirib. Bura bəzi qurumların ləğv edilməsi, yeni, daha çevik qurumların yaradılması daxildir ki, bu da sturkturun idarə edilməsi sistemində çevikliyin gücləndirilməsi baxımından çox vacib idi”.

Ekspert həmçinin deyib ki, son bir ildə həyata keçirilmiş sosial islahatlar da böyük əhəmiyyət kəsb edir: "Azərbaycan hökuməti bu ilin əvvəllərində daha geniş sosial paket təqdim edib. Bura minimum əmək haqqının və minimum pensiyaların artırılması daxildir. Yalnız 2019-cu ilin I rübündə həyata keçirilən sosial islahatlar 2,5 mln. nəfərdən artıq vətəndaşımızı əhatə edib. Bu dövlət büdcəsindən sosial istiqamətə əlavə olaraq 2 mlrd. manat vəsaitin ayrılması anlamına gəlir. Xüsusən həssas qrupların dəstəklənməsi, o cümlədən minimum pensiya və əmək haqqı ilə yanaşı, sosial müavinətlərin artırılması təqdir edilməlidir".

 

Vüqar Bayramov

İqtisadçı-ekspert Vüqar Bayramov

Ümid edirəm ki, 2019-cu ilin növbəti aylarında da yeni islahatların aparılmasını müşahidə edəcəyik

 

 

V.Bayramovun fikrincə, son bir il üçün diqqət çəkən mühüm məqamlardan biri də problemli kreditlərlə bağlı imzalanmış fərman olub: "Bu məsələ devalvasiyadan sonra uzun müddət idi müzakirə olunan məsələlərdən biri idi. Eyni zamanda, bu, vətəndaşlarımızı ən çox qayğılandıran məsələlərdən biri idi. Nəticədə Azərbaycanda 2019-cu ilin fevralın sonunda devalvasiyadan ziyan çəkən vətəndaşların kreditlərinə kompensasiyanın verilməsi ilə bağlı fərman imzalandı və ilkin qiymətləndirmələrə görə 800 mindən artıq vətəndaş sözügedən fərmandan faydalana biləcək. Bu istiqamətdə dövlət büdcəsində ayrılan vəsaitin həcmi, təxminən, 800 mln. manatdır. Beləliklə, uzun müddət müzakirə edilən, dollarda olan problemli kreditlərə kompensasiya və güzəştin edilməsi rəsmiləşib. Bu fərman eyni zamanda bank sektorunun sağlamlaşdırılması baxımından çox vacibdir. Nəzərə alsaq ki, bu gün banklarda problemli kreditlərin həcmi 1,5 mlrd. manatdan artıqdır və bu, ümumi kredit portfelinin 12%-ni təşkil edir, problemli kreditlərlə bağlı güzəştin tətbiq edilməsi problemli kreditlərin həcminin azalmasına və banklarda likvidliyin artmasına və onların sağlamlaşmasına imkan verəcək. Eyni zamanda Azərbaycan Mərkəzi Bankı tərəfindən banklara illik 1%-lə 682 mln. manat vəsait ayrılacaq. Bu da bankların likvidliyinin artırılması baxımından çox vacibdir”.

Ekspert ümid edir ki, Prezident İlham Əliyevin vəd etdiyi kimi həm sosial, həm də iqtisadi sferada aparılan bu islahatlar növbəti mərhələdə davam etdiriləcək: "Ümid edirəm ki, 2019-cu ilin növbəti aylarında da yeni islahatların aparılmasını müşahidə edəcəyik. İlin I rübündə genişləndirilmiş sosial paketin təqdim olunmasına baxmayaraq, islahatlar davamlı olacaq". 



скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Rüfət Quliyev: “Seçki zamanı hər hansı bir problem qeydə alınmayıb”
Bestseller əsasında çəkilən film “CinemaPlus”da - FOTO/VİDEO
AtaBank “Həyat naminə qan ver” aksiyasını keçirdi
Bu gündən Formula 1-ə görə bağlanan yolların SİYAHISI  açıqlandı
Ukraynada protokolların 66%-i hesablanıb: lider 73,04% səslə Zelenskidir
Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı
Həkim səhlənkarlıq edibsə, məhkəmə qarşısında cavab verəcək
Nazir: Azərbaycanda yük daşımalarının həcminin artması iqlimə təsir göstərir
K.Fabuel moda evi “Fashion school”a start verdi
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan aşıq sənətinin UNESCO-ya daxil edilməsinin 10 illiyinə həsr olunan “Sazın səsi haqq səsidir” adlı tədbir keçirildi...
Bölgələrdə kosmetik əməliyyatın növbəti fəsadı
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
Ölkənin milli parklarında
Vətəndaşların qaz və işıq problemlərinin həlli ilə bağlı İşçi Qrup yaradılıb
TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI
Azərbaycanda yeni xəbər saytı fəaliyyət başladı
İlham Əliyev: Maaş və pensiyalar bundan sonra da qaldırılacaq
Təzyiqə məruz qalan uşaqlar üçün qaynar xətt yaradılır
Yeni təsis olunan təqaüdlər niyə verilmir?
Sumqayıtda olay: Kürəkən qayınanasını döydü
Qazıntı zamanı Bakıda qədim hamam tapılıb?
Xəstəliyə yoluxmuş 400 kiloqram mal əti aşkarlandı - FOTO
Yeni yaradılan qurumun tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiqlənib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.