А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

20-ci yaşayış sahəsində 4 küçədə təmir-tikinti işləri aparılacaq

11.04.19 | Bölmə: Cəmiyyət | Baxış: 10 | Yazar: Celilova |
20-ci yaşayış sahəsində 4 küçədə təmir-tikinti işləri aparılacaq
 
 
 
 
 
 
 

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən hazırda Səbail rayonu üzrə yol infrastrukturunun yenidən qurulması və yenilənməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Melumat-merkezi.az-a verilən məlumata görə, ilkin mərhələdə təmir-tikinti işləri yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır. Təbii ki, birinci növbədə ümumi istifadədə olan küçə və yollardan söhbət gedir.

Səbail rayonu üzrə bu cür yollardan biri Elçin Əzizov küçəsidir. Küçə rayonun 20-ci yaşayış sahəsində yerləşir və bu ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yollardan biridir. Küçə uzun illərdir ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmiri həyata keçirilməmişdi.

Elçin Əzizov küçəsinin uzunluğu 1 km-ə, eni isə 6 metrə bərabərdir. Təmir-tikinti işlərinin aparıldığı sahə 6 min kv.m-ə yaxındır.

Təmir-tikinti işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bunun ardınca layihədə nəzərdə tutulmuş qarışıqlardan istifadə olunmaqla yeni yol əsası inşa edilməklə küçə profilə salınıb.

 

Hazırda isə küçə boyu asfaltlanma işlərinə start verilib. İri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 6 min kv.m-ə yaxın ərazinin asfaltlanması nəzərdə tutulub.

Qeyd edək ki, yaxın müddət ərzində Səbail rayonu "20-ci yaşayış sahəsi”ndə 30 min vətəndaşın istifadə etdiyi daha 4 küçədə də təmir-tikinti işlərinə start veriləcək. Bunlar hər birinin uzunluğu 900 metr olan Arif İsmayıl və Yüzbəy Mürsəlov, 800 metr uzunluğa malik Çernyayevski, həmçinin ümumi uzunluğu 8.6 km olan, "20-ci yaşayış sahəsi”nin əsas yolu hesab olunan Gülbala Əliyev küçələridir.

Bu küçələr uzun illər təmir işləri aparılmadan istismar olunduğundan, yolun torpaq yatağı və yol əsası istismar müddətini keçib, üstəlik yeraltı kommunikasiya xətlərinin olmaması və ya sıradan çıxması yol əsasını yararsız vəziyyətə salıb.

Hazırda sadalanan küçələr boyu yeraltı kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.

Analoji işlərin yaxın müddət ərzində Səbail rayonu, Badamdar qəsəbəsi "3-ci massiv” yollarında da aparılması nəzərdə tutulur.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Rüfət Quliyev: “Seçki zamanı hər hansı bir problem qeydə alınmayıb”
Bestseller əsasında çəkilən film “CinemaPlus”da - FOTO/VİDEO
AtaBank “Həyat naminə qan ver” aksiyasını keçirdi
Bu gündən Formula 1-ə görə bağlanan yolların SİYAHISI  açıqlandı
Ukraynada protokolların 66%-i hesablanıb: lider 73,04% səslə Zelenskidir
Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı
Həkim səhlənkarlıq edibsə, məhkəmə qarşısında cavab verəcək
Nazir: Azərbaycanda yük daşımalarının həcminin artması iqlimə təsir göstərir
K.Fabuel moda evi “Fashion school”a start verdi
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan aşıq sənətinin UNESCO-ya daxil edilməsinin 10 illiyinə həsr olunan “Sazın səsi haqq səsidir” adlı tədbir keçirildi...
Bölgələrdə kosmetik əməliyyatın növbəti fəsadı
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
Ölkənin milli parklarında
Vətəndaşların qaz və işıq problemlərinin həlli ilə bağlı İşçi Qrup yaradılıb
TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI
Azərbaycanda yeni xəbər saytı fəaliyyət başladı
İlham Əliyev: Maaş və pensiyalar bundan sonra da qaldırılacaq
Təzyiqə məruz qalan uşaqlar üçün qaynar xətt yaradılır
Yeni təsis olunan təqaüdlər niyə verilmir?
Sumqayıtda olay: Kürəkən qayınanasını döydü
Qazıntı zamanı Bakıda qədim hamam tapılıb?
Xəstəliyə yoluxmuş 400 kiloqram mal əti aşkarlandı - FOTO
Yeni yaradılan qurumun tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiqlənib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.