А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“Bu vəzifədən getməyin vaxtı çatmışdı” - Tale Heydərov

11.04.19 | Bölmə: Gündəm | Baxış: 61 | Yazar: Celilova |
“Bu vəzifədən getməyin vaxtı çatmışdı” - Tale Heydərov
 
 
 
 
 
 
 

Dünən Tale Heydərov "Qəbələ" İdman Klubu prezidentliyindən istefa verib

Onun 13 il bu vəzifəni icra etdikdən sonra vəzifəsindən istefa qərarını indi verməsi kluba 2019-2020-ci il mövsümü üçün rəhbərlik dəyişikliyini rahat reallaşdırmaq imkanı verir.

Tale Heydərovun rəhbərliyi altında "Qəbələ" İK möhtəşəm nəticələr qazanmış, kiçik təməldən başlayaraq Azərbaycan Premyer Liqasına yüksəlməklə ölkənin ən uğurlu komandalarından birinə çevrilmişdir. "Qəbələ", Azərbaycan üçün rekorda imza ataraq iki il ardıcıl ilk mərhələdən başlayaraq UEFA Avropa liqası qrup mərhələlərinə yüksəlmişdir.

İstefası ilə bağlı açıqlama verən Tale Heydərov klubun daha da irəli gedəcəyinə inandığını demişdir : "Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır. Mən, klubun əməkdaşlarına, oyunçularına və ən əsası azarkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar.”

Klubun son illərdəki ən böyük uğurlarından biri "Qəbələ" Futbol Akademiyasının açılışı olub. 2009-cu ildə fəaliyyətə başlayan akademiya hazırda Azərbaycanın U-21 millisinin oyunçu təlabatının 40 faizini təşkil edir və digər yaş qrupları üzrə Azərbaycan milli komandalarının əsas gənc oyunçu təminatçısıdır.

Klubumuzun vitse-prezidenti Fariz Nəcəfov Tale Heydərovun "Qəbələ" üçün böyük işlər gördüyünü vurğulamışdır: " Biz Tale Heydərova kluba göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi altında qazanılan uğurlar "Qəbələ"nin ölkənin öndə gələn idman institutu kimi formalaşmasını təmin etmişdir. Tale Heydərovun infrastukturun yaradılmasına verdiyi önəm "Qəbələ"ni ölkənin əsas futbol mərkəzlərindən birinə çevrilmişdir. Heydərovun başçılığı altında klubumuz təkcə futbolda deyil, digər idman növlərində də ciddi uğurlar qazanmışdır. Artıq "Qəbələ" üçün yeni səhifə açılır və biz yeni uğurlara köklənmişik. Tale Heydərova gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.”

Tale Heydərovun klubdan ayrılması bu il Bakıda açılması planlaşdırılan Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcəkdir. Ronaldinyo akademiyası T. Heydərovun Azərbaycan futboluna bağlılığının parçasıdır və "Qəbələ" İK, eləcə də bütün ölkə üçün futbol istedadlarının yeni nəsillərini yetişdirəcəkdir.(report.az)


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Füzulidə tibb işçiləri peşə bayramlarını qeyd ediblər
Bu yolda təmir və rənglənmə işləri aparılır
Bakı metrosunda qatarlar gecikdi
“Helikopterlərimiz uzaq məsafədən hədəfi dəqiqliklə vurmağa qadirdir”
POS-terminalların işləməməsi məsələsinə nazirdən - Reaksiya
Sabah 38 dərəcə isti olacaq
TÜRKPA-nın Baş katibi: Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir
Rəsulzadənin şəkli avronun üzərində
Enerji içkiləri ilə bağlı yeni - QAYDALAR
Yol polisi
Xəzərdə 4 bal gücündə zəlzələ olub
AtaBank-ın müştəriləri banka gəlmədən bir sıra xidmətlərdən faydalana biləcəklər
Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcəAzərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək
Deputat: Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi
İnstagramda online satış səhifəsi müştərini aldadıb
Arzularımı məqsədə və hədəfə çevirirəm
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası keçirib
İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib
Prezident İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
Karusel sıradan çıxdı - 40 nəfər
Ərəblərin yerini onlar tutdu
Azərbaycan Gənc Sahibkarlar Klubunun AzərKitab Mərkəzində
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.