А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Sosşəbəkələrdə peyda olmuş intihar videolarını kütləvi tirajlamaq insanlıq işi deyil…

11.04.19 | Bölmə: Siyasət » Cəmiyyət | Baxış: 266 | Yazar: Celilova |
Sosşəbəkələrdə peyda olmuş intihar videolarını kütləvi tirajlamaq insanlıq işi deyil…
 
 
Bakı şəhərinin Səbail rayonunda yerləşən 162 saylı məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intihar görüntüləri yayılıb. Videodan da görünür ki, məktəblini kimsə itələməyib və yaxud təsadüfən yıxılmayıb.

Xatırladaq ki, Elina Hacıyeva aprelin 4-də məktəbin pəncərəsindən özünü aşağı ataraq, intihar edib. Çox sayda ağır xəsarətlər alan qız iki gün sonra xəstəxanada vəfat edib. Məktəbin direktoru Sevinc Abbasova ona müraciət edənlərə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikinci nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazmağı xahiş edib.

E.Hacıyevanın intihar videosunun sosial şəbəkədə yayılması ölkə ictimaiyyəti tərəfindən qınaqla qarşılanır. Vəzifəsindən asılı olmayaraq, hər kəs intihar videosunun yayılmasının düzgün olmadığını və bu tip paylaşımların uşaqların psixologiyasına mənfi təsir etdiyini anlamalıdır.

Aynur Musayeva: "İntihar görüntülərinin yayımlanması mütləq dayandırılmalıdır”

Uşaq İnkişaf Mərkəzinin direktoru, xeyriyyəçi xanım Aynur Musayeva bizimlə söhbətində qeyd etdi ki, intihar görüntülərinin yayımlanması mütləq dayandırılmalıdır. Çünki intihar videonu izləyən uşaqlara çıxış yolu kimi görünə bilər: "Belə getsə, bu, onların motivasiya proqramı olacaq. Şagirdlərin videoya reaksiyası isə yaş qruplarına görə fərqlənir. Azyaşlılar başqa, böyüklər isə tamam fərqli reaksiya verə bilərlər.Video kiçikyaşlı uşaqlarda daxili fobiya, qorxu yarada bilər. Həyatlarında belə bir prosesin baş verəcəyi barədə qorxuya düşə bilərlər.

Yeniyetmələri isə video bu istiqamətə yönəldə bilər. Çünki onlar valideynləri, ətraf şəxslərin basqısına məruz qalır, problem yaşayırlar. Bu, həmin yeniyetmələrə çıxış yolu kimi görünə bilər. Bu tip videolar intihar və ölümü uşaqlar üçün adiləşdirəcək. Buna ən asan çıxış yolu kimi baxacaqlar. Ona görə də hərəkətə keçib bunun qarşısını almalıdırlar.

Aqressiya və şiddətə meyllilik uşaqların fərdi xarakterik xüsusiyyətləri ilə bağlıdır. Onları cəmləyib ümumi bir nəticə çıxarmaq düzgün deyil. Amma video da bu aqressiyanı kəskinləşdirə bilər. Qısası, o görüntülər bütün uşaqlar üçün psixoloji travmadır və qarşısı alınmalıdır”.

Aynur xanım hesab edir ki, artıq videonu izləyən şagirdlərin həyatının təhlükədə olduğunu əsas gətirərək, onlar üçün xüsusi tədbir görülməlidir: "Valideyn və müəllimlər bu videonu izləmiş məktəblilərlə xüsusilə maraqlanmalıdırlar. Çünki onlar artıq bu reaksiyanı veriblər və şüuraltına intihar yeridilib. Həmin uşaqlar mütləq araşdırılmalıdır”.

Günel CƏLİLOVA


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı - Yaş həddi müəyyənləşdi
Bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 20:00-a qədər işləyəcək
Vanqanın Azərbaycan haqqında dedikləri
Komendant saatına görə qatarların hərəkət cədvəli dəyişdi
İstanbulda Ermənistanın Azərbaycana qarşı təxribatına etiraz aksiyası keçirilib
Dağlıq Qarabağ problemi qardaş Türkiyə gündəmində
Vaqif Dərgahlı: Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var
Türkiyəli jurnalist:
“Qarabağdan mənim də səsim gələcək!”- Məşhurlarımız orduya dəstək oldu
Emin Ağalarov Azərbaycana belə dəstək oldu
Hərbi vəziyyətə görə Bakıdan bu təyyarə reysləri ləğv edildi
Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib
Qismən səfərbərlik elan olundu - Kimlər və nə qədər müddətə orduya çağırıla bilər?
Ermənilər yaralı hərbçilərinin sayını açıqladılar
Bakıda gənclər və idmançılara çağırış
Azərbaycanda qismən səfərbərlik elan edilib
Azərbaycan və Fransa prezidentləri cəbhədəki vəziyyəti müzakirə etdi
Ərdoğan erməni xalqına MÜRACİƏT ETDİ
Erməni hərbçilər üçün xəstəxanada yer tapılmır - Düşmən böyük itki verir
Avstraliya mətbuatı erməni təxribatından yazdı
Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib
Düşmən sonuncu dəfə xəbərdar edilir
Ermənistan tərəfi dezinformasiya yaymaqla öz itkilərini gizlətməyə çalışır
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.