А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycanda həbsxanadakı şəxslərlə bağlı VACİB YENİLİK – QANUN

17.04.19 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 13 | Yazar: Celilova |
Azərbaycanda həbsxanadakı şəxslərlə bağlı VACİB YENİLİK – QANUN
 
 
 
 
 
 
 
 
 
 

Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliklər qüvvəyə minib.

Melumat-merkezi.az xəbər verir ki, Məcəlləyə edilən dəyişikliklərə əsasən Azərbaycanda müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş işləyən şəxslərin məcburi dövlət sosial sığortasına cəlb ediləcək, həmçinin qadın məhkumların hamiləliyə və doğuşa görə müavinətlə təmin olunması "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənəcək, cəzaçəkmə müəssisəsində işləyən şəxslərlə əmək münasibətləri tamamilə rəsmiləşdiriləcək və elektron bazaya daxil ediləcək.

Ümumilikdə məcəlləyə aşağıdakı dəyişikliklər edilib:

1.1. 3-cü maddənin 5-1-ci hissəsinə "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "mərkəzləşdirilmiş” sözü əlavə edilsin;

1.2. 14-cü maddənin 3-cü hissəsinin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

"əmək münasibətləri sahəsində elektron xidmətləri elektron informasiya sistemi vasitəsilə həyata keçirir.”.

Maddə 2. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107, № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058, № 12 (I kitab), maddə 2268; 2018, № 5, maddə 881, № 7 (I kitab), maddə 1422, № 10, maddələr 1971, 1978, № 11, maddə 2225) 90-cı maddəsi aşağıdakı redaksiyada verilsin:

"Maddə 90. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin sosial təminatı

90.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə əmək pensiyalarının təyin edilməsi şərtləri və qaydası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

90.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə sosial müavinətlərin təyin edilməsi şərtləri və qaydası "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

90.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş işləyən şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi şərtləri və qaydası, həmçinin qadın məhkumların hamiləliyə və doğuşa görə müavinətlə təmin olunması "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

90.4. Əmək pensiyalarının və sosial müavinətlərin təyin edilməsi məqsədi ilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məlumatları həmin şəxslərin bu məcəllənin 71.1-ci maddəsinə uyğun olaraq cəzaçəkmə müəssisəsinə qəbul edildiyi gündən 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürür və həmin məlumatların mütəmadi yenilənməsini təmin edir.”.


 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Rüfət Quliyev: “Seçki zamanı hər hansı bir problem qeydə alınmayıb”
Bestseller əsasında çəkilən film “CinemaPlus”da - FOTO/VİDEO
AtaBank “Həyat naminə qan ver” aksiyasını keçirdi
Bu gündən Formula 1-ə görə bağlanan yolların SİYAHISI  açıqlandı
Ukraynada protokolların 66%-i hesablanıb: lider 73,04% səslə Zelenskidir
Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı
Həkim səhlənkarlıq edibsə, məhkəmə qarşısında cavab verəcək
Nazir: Azərbaycanda yük daşımalarının həcminin artması iqlimə təsir göstərir
K.Fabuel moda evi “Fashion school”a start verdi
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan aşıq sənətinin UNESCO-ya daxil edilməsinin 10 illiyinə həsr olunan “Sazın səsi haqq səsidir” adlı tədbir keçirildi...
Bölgələrdə kosmetik əməliyyatın növbəti fəsadı
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
Ölkənin milli parklarında
Vətəndaşların qaz və işıq problemlərinin həlli ilə bağlı İşçi Qrup yaradılıb
TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI
Azərbaycanda yeni xəbər saytı fəaliyyət başladı
İlham Əliyev: Maaş və pensiyalar bundan sonra da qaldırılacaq
Təzyiqə məruz qalan uşaqlar üçün qaynar xətt yaradılır
Yeni təsis olunan təqaüdlər niyə verilmir?
Sumqayıtda olay: Kürəkən qayınanasını döydü
Qazıntı zamanı Bakıda qədim hamam tapılıb?
Xəstəliyə yoluxmuş 400 kiloqram mal əti aşkarlandı - FOTO
Yeni yaradılan qurumun tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiqlənib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.