А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Meyitdən orqan köçürülməsinə ancaq bir nəfər icazə verəcək

17.04.19 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 96 | Yazar: Celilova |
Meyitdən orqan köçürülməsinə ancaq bir nəfər icazə verəcək
 
 
 
 
 

"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun layihəsi üzərində işlər davam etdirilir. Qeyd edim ki, artıq bir ildir bu sənəd üzərində işlər gedir. Biz əvvəlcə mövcud qanuna geniş əlavə və dəyişiklikləri nəzərdə tuturduq.

Sonradan qanunun özündən çox dəyişikliklər ortaya çıxdı, yəni qanun 17-18 maddədən ibarət idisə, 30-a yaxın dəyişiklik - maddə ortaya gəldi. Ona görə də biz bunu yeni qanun layihəsi kimi hazırlamağı qərara aldıq və beləliklə, onun üzərində işləri davam etdirməkdəyik.

Bunu Melumat-merkezi.az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini, adıçəkilən qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Musa Quliyev deyib.

M. Quliyev xatırladıb ki, mövcud, qüvvədə olan qanunun qəbulundan 20 il keçir:

"Hazırkı qanun 1999-cu ildə qəbul edilib və ötən 20 ildə yeni tələblər, yeni yanaşmalar ortaya çıxıb. Odur ki, yeni qanun layihəsi hazırlayaraq, onu müvafiq qurumlara, nazirliklərə rəylərə göndərmişik və artıq bu rəylər də bizə - İşçi Qrupuna yavaş-yavaş daxil olmaqdadır. Onlar bu ayın sonuna qədər daxil olub, qurtarar, rəylər yığılar və bundan sonra İşçi Qrupu, Səhiyyə komitəsi öz sözünü deyər, fikrini bildirər”.

Qanun layihəsinin adı ilə bağlı mübahisələrə gəlincə, M. Quliyev qeyd edib ki, terminologiya burada o qədər də önəmli rol oynamır:

"Bildiyiniz kimi, daha çox orqanların donorluğu və ya orqanlarla toxumaların donorluğu üzərində mübahisələr gedirdi. Hesab edirəm ki, bunlar elə də prinsipial məsələlər deyil. Hər ikisi doğrudur, Səhiyyə komitəsi sonda nə qərar verəcək, o cür də olacaq”.

Meyitdən orqan köçürülməsi məsələsində razılıq - icazə məsələsinə gəldikdə, M.Quliyev bu məsələnin artıq qanun layihəsində həllini tapdığını deyib.

"Qanun layihəsində göstərmişik ki, meyitdən orqan köçürülməsi, transplantasiya məsələsində ailə üzvlərindən və ya yaxın qohumlardan yalnız birinin razılığı, icazəsi alınacaq. Çünki bütün qohumların razılığı alınmalı olsa, onda meyitdən orqan köçürülməsi mümkün olmayacaq. Ancaq gələcəkdə maarifləndirmə işi ona yönəldilməlidir ki, hər bir insan sağlığında orqanını vəsiyyət etsin.

Əgər sağlığında vəsiyyət edibsə, artıq qohumun da razılığına ehtiyac qalmayacaq”, - deyə M.Quliyev əlavə edib.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Sosial mənzillərlə bağlı ŞOK TƏKLİF: Evi olmayanlar...
Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
Şəkidə atraksiondan yıxılan tələbə qız üçün Bakıdan həkim çağırıldı
Çimərlik mövsümünün qurbanları - Bu il 47 nəfər ölüb
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Bu gün 4 rayonda qaz olmayacaq
Dövlət Miqrasiya Xidmətinin rəisindən tələbələr üçün maraqlı təklif
Bu gün 164 mindən çox şagird birinci sinfə gedir
İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Millət vəkili Rüfət Quliyev Ukrayna və Azərbaycan arasında əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə fəxri diplomla təltif olunub
Maştaga qəsəbəsində
İcra başçısı Ağcabədidə Füzulidən olan məcburi köçkünlərlə görüşüb
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb
Bu il 124 nəfər dərmandan zəhərlənib
Bakının “ən xəstə” rayonları bəlli oldu - SİYAHI
Bakı polisi yeni dərs ilinin başlaması ilə bağlı tədbirə başladı
Özünüməşğulluq proqramı üzrə yeni peşəkar təlimçilər hazırlanır
Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.