А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Bölgələrdə kosmetik əməliyyatın növbəti fəsadı

19.04.19 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 53 | Yazar: Celilova |
Bölgələrdə kosmetik əməliyyatın növbəti fəsadı
 
 
 
Sirr deyil ki, əhaliyə xidmət sahəsində son iyirmi ildə dinamik inkişaf edən sektorlardan biri də gözəllik mərkəzləridir. Lokal bazarda bu vəziyyətin yaranmasına KİV-in səbəbkar olduğu da iddia edilir. Müxtəlif televiziya proqramları, dəbli jurnallar, internet vasitəsilə dəb industriyasının intensiv reklamı aparılır.

Azərbaycan və xaricdə istehsal olunan müxtəlif brendlərin olması, yeni trendlər, eləcə də hər bir insanın gözəl və cazibədar görünmək kimi təbii istəyi iqtisadiyyatın gözəllik sektorunun inkişafına təsir göstərib. Bu təsirin nəticəsi kimi isə lokal bazarda gözəllik salonları, art-studiyalar və estetik klinikaların sayı artıb. Onlar bazarın tələblərinə vaxtında cavab vermək üçün rəqabətqabiliyyətlilik prinsiplərinə uyğun olmaq məcburiyyətindədirlər.

Təəssüf ki, Azərbaycanda gözəllik mərkəzlərinin fəaliyyəti qanunvericilik çərçivəsində deyil. Belə ki, bu sahəyə nəzarət edilmir, bəzi prosedurlar dönüşü olmayan nəticələrə gətirib çıxarır. Ekspertlər bu fəaliyyət sahəsinin qanuniləşdirilməsini dəfələrlə təklif ediblər. Buna baxmayaraq, estetik gözəllik mərkəzlərinin qurbanları günü-gündən  artır. Əsasən "sallaq dodaq”, burun korreksiyası zamanı yaranan çürümə hallarının sayı artmaqda davam edir.

Növbəti kosmetoloq qurbanı isə 29 yaşlı qadın olub. Həmin qadının burnunda kosmetoloqun səhvi ucbatından çürümə əmələ gəlib. Qadın bölgələrdən birində xidmət göstərən kosmetoloqa müraciət edərək burnuna filler dolğu etdirib. Lakin üç gün sonra burnunda qaralmalar olduğunu görüb. Kosmetoloquna bu barədə məlumat versə də, heç bir kömək olmayıb və vəziyyəti daha da pisləşməyə doğru gedib. Kosmetoloquna zəng edib bu barədə desə də, o, "keçəcək, maz çək” deyib. Lakin 5 gün sonra burnunun çürüdüyünü görən qız kosmetoloqa gedib, o isə gördüyü mənzərədən dəhşətə gələrək, pasiyenti tez Bakıya göndərib.

Pasiyenti müalicə edən kosmetoloq Sevinc Abdullayeva sosial şəbəkə hesabından məlumat yayaraq bildirib ki, prosedur zamanı ucuz və sertifikatı olmayan preparatdan istifadə edilib: "Xanım burun quruluşunu düzəltmək üçün özünü kosmetoloq kimi təqdim edən qeyri-peşəkar insana müraciət edib. Mən təxmin edirəm bu hansı preparatdır. Ucuzdur və sertifikatı yoxdur. Əsas məsələ odur ki, həmin preparat (gel - red.) burun nahiyəsinə yeridilən zaman yanlışlıqla damara daxil olub. Bu zaman damar tutulub və burun nahiyəsində qan dövranı pozulub. Nəticədə isə qaralma başlayıb və qanqren olub”.

Həkim bildirir ki, burnu çürüyən xanım ona güclü ağrılarla müraciət edib: "Ona ağrıların azalması üçün dərmanlar təyin etdik. İki həftə sonra burun nahiyəsindəki qaraltılar keçməyə başladı və burun əvvəlki rənginə qayıtdı. Hazırda burun dərisi üzərində çapıqlar qalmaqdadır, onun bərpası üçün müalicəmiz davam edir”.

Ekspertlər bildirirlər ki, bu gün ölkədə peşəkar həkim kosmetoloqların sayı olduqca azdır. Tibbdən anlayışı olmayan istənilən şəxs gözəllik mərkəzində kosmetoloq kimi çalışır. Bu səbəbdən də naşı kosmetoloqların qurbanları artmaqda davam edir. Bu kimi hadisələrin qarşısını almaq üçün ekspertlər bu sahəyə dövlət tərəfindən nəzarət olunmasını təklif edirlər. Onların fikrincə, tibb təhsili olmayan, sadəcə bir-iki dəfə hər hansı kursda iştirak edən şəxslər kosmetoloq kimi çalışa bilməz.

Dermatokosmetoloq-trixoloq, həkim Aynurə Həsənova qeyd etdi ki, gənc xanımlar kosmetoloji prosedurlar üçün hər insana müraciət etməsinlər: "Həkim olmayan insana burun etibar etmək olmaz. Hər reklam olunan videoya, şəklə, ucuz qiymətə aldanmasınlar. Elə bu xanım da qiymət ucuz idi deyə, həvəslənib və sonu da məlumdur. Xanımlar reklamlarda ucuz qiymətə hər hansı bir prosedurun edilməsinə aldanmasınlar. Əks  halda, burun, dəri və dodaqlarını itirə bilərlər”.

Həmsöhbətimiz onu da vurğuladı ki, fillerlə burun rinoplastikası manikür-pedikür deyil, saça boya qoymaq deyil. Bu proseduru peşəkar həkimlər etməlidirlər.

A.Həsənova qeyd etdi ki, kosmetoloq səhvi ucbatından xanımın burnunda çürümə gedib: "Özünü  kosmetoloq adlandıran şəxs xanıma filleri səhv vurduğu üçün, qan dövranında problem yaranıb və nəticədə həmin nahiyənin qanla qidalanması dayanıb”.

Həkim-kosmetoloq onu da vurğuladı ki, ən yaxşı dərman preparatı biliksiz əllərdə fəsada səbəb ola bilər.

Günel CƏLİLOVA 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Samir Şərifov: Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
​Elnarə uşaqlara nağıl oxudu - FOTOLAR
“Deportasiyadan Etnik Təmizləməyə  Gedən Yol” adlı sənədli filmin çəkilişlərinə başlanıldı
Cəsarətli və güclü vətənpərvər - Davud İmanov + FOTOLAR
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Marneulidə seçkilərdə Zaur Darğallı qalib gəlib
“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu
Rayon maşınlarının Bakıya girişi qadağan edilir
Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Yerevanda aksiyalar başlayıb, bütün məhkəmələrə giriş-çıxış bağlanıb
Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.