А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup

19.04.19 | Bölmə: Cəmiyyət | Baxış: 40 | Yazar: Celilova |
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
 
 
 
 
 

Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup

 

"AtaBank”ASC-nin dəstəyi ilə"GNI”, "PMD”, "AtaHolding”,"AFAM”"Synergy”Şirkətlər Qrupunun əməkdaşları arasındaÜmummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışının püşkatma mərasimi keçirilib.

 

Melumat-merkezi.az xəbər verir ki, "AtaBank” ASC-nin "Dostluq” filialının konfrans zalında təşkil edilən tədbirdə 12 komanda 3 qrupa bölünüb. Qruplarda 1-ci və 2-ci yerləri tutacaq, həmçinin 3-cü yerdə qərarlaşacaq ən yaxşı 2 komanda 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcəklər.

 

Qruplara və komandaların gücünə nəzər saldıqda, matçların kifayət qədər gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq mümkündür. Bu siyahıda A qrupunu xüsusi vurğulamaq yerinə düşər. Ötən il titulunu təhvil verib, bürünc medalla kifayətlənən MXD "dördlüy”ün favoriti hesab edilsə də, işi heç də asan olmayacaq. Onları turnirin daimi iştirakçıları "Gobustone” və VTB ilə gərgin görüşlər gözləyir. MXD-nin əlinə qisas üçün gözəl şans da düşüb. Yarışın debütantı olan və həmişə biri-birlərindən "işləri keçən” GNİ da onlara rəqib olub. Müştəri Xidmətləri Departamenti bu səbəbdən bank sisteminə nəzarət edən komanda ilə görüşə xüsusi motivasiya ilə çıxacaq desək, yanılmarıq. Onların ən azı müştərilərin sözlərini rəqiblərinə meydanda "çatdıracaqlarını” da proqnozlaşdırmaq mümkündür.

 

B qrupunda "Synergy Group”, "First United”, "Cybernet” və "Region” komandaları növbəti mərhələ üçün yarışacaq. Ötən il finalda uduzan "Synergy Group”un rəqiblərinə başağrısı olacağı gözlənilir. Çünki son mövsümdəki "gümüş”ü "qızıl”a dəyişmək arzusunda olan komanda istəyini reallaşdırmaq üçün startda öz gücünü göstərməlidir. Amma digər klubların da sonadək döyüşəcəkləri sözsüzdür. Həmişə əzmkar oyunu ilə fərqlənən və son ildə də eyni qrupda yer alan "First United” və "Cybernet” də liderlik üçün meydana çıxacaq. "Region”un da sensasiya etməsi istisna deyil. Çünki ötən il bu komanda da "First United” və "Cybernet”lə eyni "dördlük”də yer almışdı və onların oyununa bələddirlər.

 

Yeddi dəfə keçirilən turnirin dördqat qalibi "No Name” isə son ildəki kimi, yenə C qrupundadır. Püşk bu dəfə də onların bəxtinə AFAMGroup-u salıb. "Adsız komanda”nın digər rəqibləri isə "AtaSığorta” və debütant POLİQRAFAZ-dır. Qrup oyunlarının "No Name” üçün çətin keçəcəyi gözlənilmir. Çünki təcrübəlilərdən təşkil olunan komanda 8-ci dəfə baş tutan yarışın da əsas favoritlərindəndir. Bu səbəbdən onların rəqiblərinə böyükhesabla qalib gələcəkləri proqnozlaşdırılır. Digər komandalar isə növbəti mərhələ şanslarını arayacaqlar. Bu sırada "AtaSığorta”nın daha güclü olduğunu nəzərə alsaq, üçüncülük mübarizəsi AFAMGroup-la POLİQRAFAZ arasında gedəcək.

 

A qrupu

MXD

"Gobustone”

VTB

GNİ

 

B qrupu

"Synergy Group”

"First United”

"Cybernet”

"Region”

 

C qrupu

"No Name”

AFAMGroup

POLİQRAFAZ

"AtaSığorta”

 

1/4 final

1. A1 - C2

2. A2 - B2

3. C1 – B3/A3

4. B1 - A3/C3

 

1/2 final

1-ci cütünün qalibi – 3-cü cütünün qalibi

4-cü cütünün qalibi – 2-ci cütünün qalibi

 

Üçüncü yer uğrunda

Yarımfinalların məğlubları

 

FİNAL

 

Qeyd edək ki, çempionata aprelin 27-də start veriləcək. AzFar stadionunda (Tennis akademiyası ilə üzbəüz) təşkil olunacaq yarış AFFA-nın hakimlər briqadası tərəfindən idarə ediləcək.

 

Turnirdə çempiona 5000, 2-ci yeri tutacaq komandaya 4000, 3-cü pillənin sahibinə 3000 manat pul mükafatı veriləcək. Həmçinin turnirin ən yaxşıları da hədiyyəsiz qalmayacaqlar. Yarışın ən yaxşı oyunçusu, bombardiri və qapıçısı hərəyə 500 manatla mükafatlandırılacaq.

 

Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup

 

Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup

 

Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup

 

Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup

 

Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup

 

Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup

 

Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup

 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Samir Şərifov: Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
​Elnarə uşaqlara nağıl oxudu - FOTOLAR
“Deportasiyadan Etnik Təmizləməyə  Gedən Yol” adlı sənədli filmin çəkilişlərinə başlanıldı
Cəsarətli və güclü vətənpərvər - Davud İmanov + FOTOLAR
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Marneulidə seçkilərdə Zaur Darğallı qalib gəlib
“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu
Rayon maşınlarının Bakıya girişi qadağan edilir
Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Yerevanda aksiyalar başlayıb, bütün məhkəmələrə giriş-çıxış bağlanıb
Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.