А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan aşıq sənətinin UNESCO-ya daxil edilməsinin 10 illiyinə həsr olunan “Sazın səsi haqq səsidir” adlı tədbir keçirildi...

20.04.19 | Bölmə: Mədəniyyət | Baxış: 123 | Yazar: Bakixeber |
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan aşıq sənətinin UNESCO-ya daxil edilməsinin 10 illiyinə həsr olunan “Sazın səsi haqq səsidir” adlı tədbir keçirildi...
 
 
 
 
 

 

Aprelin 19-da Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Mədniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin UNESCO-ya daxil edilməsinin 10 illiyinə həsr olunan "Sazın səsi haqq səsidir” adlı tədbir keçirildi.

Gecəni Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq aşıq sənətinə göstərilən dövlət qayğısından danışdı. O, bildirdi ki, Azərbaycan aşıq sənətinin  UNESCO-ya daxil edilməsi böyük tarixi hadisədir. Bu işin gerçəkləşməsində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESKO-nun Azərbaycandakı xoşməramlı səfiri Mehriban Əliyevanın böyük əməyi oldfuğunu qeyd edən M.Qasımlının sözlərinə görə, məhz M.Əliyevanın səyləri nəticəsində aşıq sənəti UNESCO-ya qəbul edilib. Aşıq sənətinə qayğı siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən M.Qasımlının bildiridiyə görə, bu gün Prezident İlham Əliyev də aşıq sənətinin inkişafına yönəlik uğurlu addımlar atır.

Aşığın tarixən Azərbaycan cəmiyyətində oynadığı rolu önə çəkən M.Qasımlı bildirdi ki, aşılar da tarixən öz sazları, sözləri ilə dövlətçiliyə xidmət ediblər.

2 saat davam edən "Sazın səsi haqq səsidir” konsert proqramında ilk olaraq Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi "Çeşmə” Folklor qrupu "Cəngi Koroğlu” havası üstə "Bayrağım” şeirini təqdim etdilər. Onların ardınca səhnəyə "Cəlili” havası ilə aşıq Avdı Şıxlı və aşıq Şaiq İncəli çıxdı, çağdaş aşıq sənətinin bu iki tanınmış nümayəndəsi sözügedən hava üstə xalq şairi Osman Sarıvəllinin "Bu yerlər” şeirini oxudular. Əməkdar Mədəniyyət İşçisi, Şirvan aşıq mühitinin ustad sənətlarlarından olan aşıq Ağamurad Şirvanlının "Ordubadi” havasında təqdim etdiyi Molla Cumanın "Dilbər” rədifli şeiri də tamaşaçıların ürəyincə oldu. Gədəbəy aşıq mühitinin sayılıb – seçilən sənətkarları aşıq Qələndər Zeynalov, aşıq Altay Məmmədli və aşıq Dəmir Vəliyevin ifalarında təqdim edilən "Sulduzu” havası da maraqla qarşılandı. Onlar dədə Qurbaninin "Gülə-gülə” şeirini tamaşaçılara ərmağan etdilər. Əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva və isetedadlı aşıq Əli Tapdıqoğlunun səhnəyə çıxması da gecəyə çox rəngarəng bir çalar verdi. Şrvan aşıq mühiti ilə Tovuz aşıq mühitinin səhnədə qoşalaşan ğlu dubeytisi” havasını təqdim etdilər. Gənc istedadlar Məhəti Cabbarlı, Nailə Qurbanova, Flora Bərdəli, Rəqsanə Laçınlı "Şirvan müxəmməsi” havası ilə tamaşaçılar qarşısına çıxdılar. Borçalı aşıq mühitinin çox tanınmış gənc aşığı, aşıq Kamandar Əfəndiyev məktəbinin layiqli davamçısı, öz ifası, biliyi ilə aşıqsevərlərin rəğbətini qazanan aşıq Ramin Qarayev Borçalının ustad aşığı Bəyazdli Məsimin məşhur "sarvan qızı” şeirini "Göyçəgülü” havası üstə təqdim etdi. Əməkdar Mədəniyyət İçşisi, ustad aşıq Ədalət Dəlidağlının yetirməsi, öz istedadı, ifaçılıq bacarığı ilə seçilən Şəhriyar Laçın isə klassik saz havası "Dilqəmi” ilə gecə iştirakçılarını duğulandırdı.  

Aşıq Nəbi Nağıyev, Nazim Bahaduroğlu və Eldar Bağırovun təqdim etdiyi klassik aşıq havası "İrəvan çuxuru”da gecəyə layiqli töhfə oldu. Onlar Xəstə qasımın "Eylər-eylər” şeirini təqdim etdilər.  Şirvan aşıq mühitinin gənc və istedadlı təmsilçilərindən olan aşıq Babək Şakirli "Şirvan Şikəstəsi” üstündə Abbas Tufarqanlının "İnciməsin” şeirini oxudu.

Tovuz aşıq mühitinin üç istedadlı, eyni zamanda da sənətə könüldən bağlı olan gənc aşığı-Şəhriyar Qaraxanlı, Elməddin Məmmədli və Ramin Tovuzlu "Şahsevəni” havası üstə Qaracoğlandan oxudular. Əfsanə Kərimli və Ruhiyyə Zəngilanlı isə "Ayaq şəşəngi” havası üstə Hüseyn Arifin "Tələsmə” şeirini təqdim etdilər. Göyçə aşıq mühitinin ustad aşığı, bu gün öz biliyi, savadı, aşıq sənətinə verdiyi töhfələrlə sazsevərlərin qəlbini fəth edən aşıq Bəhmən Göyçəli və gənc xanım aşıq Rəfiqə Göyçəli "Ağır Şərili” havası üstə dədə Ələsgərdən oxudular. Aşıqların ifasıdan Göyçənin ətrini ala bildik.

Gənc və istedadlı aşıqlar Kəmalə Qubadlı və Əli Pənahoğlunun "Naxçıvani” havası üstə Dədə Şəmşirin "Bənövşə” şeirini oxuması sözsüz ki, gecə iştirakçılarına həm nostalgiya yaşatdı, həm də kövrək duğular.

Gədəbəy aşıq mühitinin tanınmış sənətkarları aşıq Sərdar Məmmədli, aşıq Şahniyar Əliyev, aşıq Təbriz Vəliyev və aşıq Vəli Şınıxlı gecədə böyük şairimiz Zəlimxan Yaqubun "Gözəldir” şeirini "Hüseyni” havası üstündə təqdim etdilər. Aşıq Famil Mikayılov, aşıq Sahil Qurbanov, aşıq Afil Bəxtiyarov "Gəraylı” havası üstə Abbas Tufarqanlının "Könlüm” rədifli məşhur şeirini ifa etdilər. Onların da ifası gecəyə gözəl bir çalar qatdı. Aşıq Azər Fərmayıloğlu və şəyirdi aşıq Toğrul İbrahimovun oxuduğu "Aran Gözəlləməsi” havası da tamaşaçılar tərəfindən maraqla qarşılandı. Ustad və şəyirdin səhnədə qoşalaşması əlbəttə başqa bir aləmdir. Onlar böyük aşığımız Murad Niyazlının "Yaş o yaş deyil” şeirini təqdim etdilər.

Sonda isə "Ruhani” sazçı qrupu konpozisiya təqdim etdilər.

İradə SARIYEVA  

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda qoruqlarla bağlı - - YENİ QAYDALAR
“CinemaPlus”da “Super Yay” aksiyası
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda boşanmaların sayı artıb
Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə yeni layihəyə start verilir
Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır
“Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Rayonlarda yağıntılı hava davam edəcək
Ulu Öndərin ideyaları füzulililərin qəlbində əbədi yaşayacaq
“CinemaPlus”da çoxdan gözlənilən aksiya
Qubada kütləvi zəhərlənmə
Gürcüstandan “Keşikçidağ”dakı insidentlə bağlı bəyanat: İmkan verin, işimizi görək
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb
Deputatlar tətilə çıxdılar
Şəki Xan Sarayında baş verən hadisə ilə bağlı rəsmi AÇIQLAMA
Azərbaycanda meşənin içində narkotik plantasiyası salıblar
Rusiya yeni raketini havaya qaldırdı
Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ
Azərbaycanda zəlzələ olub
Zelenskinin korteji uşaqla dolu avtobusa çırpıldı
İyulun 15-də xarici valyutaların manata qarşı məzənnələri
Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ
Əli Əhmədov ABŞ-a səfərə getdi
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.