А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

07.05.19 | Bölmə: Son Xəbər » Gündəm | Baxış: 13 | Yazar: Celilova |
Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?
 
 
 
 
 
 
 

İki gün əvvəl Moskvanın Şeremetyevo aeroportunda dəhşətli faciə baş verib. "Aeroflot” hava yolları şirkətinə aid  "SSJ-100” təyyarəsi Murmanska uçan zaman, ekipaj üzvləri təcili eniş üçün dispetçerdən icazə istəyib. Qəzalı enişdən sonra laynerin şassizi sıradan çıxıb və yanacaq dolu bak partlayaraq yanmağa başlayıb. Yanğından ən çox füzelyajın qanad hissəsinə ziyan dəyib. Göyərtədə olan 78 nəfərdə 37-si sağ qalıb.

Ancaq hadisələrin gözlənilməz inkişafı nəticəsində bu faciədən qurtulmuş insanlar da var. Həmyerlimiz Fəridə Ruslanova bəxti gətirənlərdəndir. 

O, hekayəsini Day.Az portalına danışıb.

"Mən kredit və sığorta sahəsində çalışıram. İşimlə əlaqədar, mütəmadi olaraq Rusiyanın müxtəlif şəhərlərinə uçuram, treninqlərə və ezamiyyətlərə qatılıram. Bu dəfə Murmanska yollanmağı təklif etdilər, mən razılaşdım”, - deyə Ruslanova danışır.

Onun sözlərinə görə, o, artıq məlum reysə bilet də alıb və uçmağa hazırlaşıb, ancaq xoş bir təsadüf nəticəsində ən son anda planları dəyişib.

"Gözlənilmədən atam Moskvaya gəldi. O, başqa şəhərdə işləyir və ildə bir dəfə bura gəlir. Heç kimi xəbərdar etməmişdi, sürpriz etmək istəyirdi. Buna görə məzuniyyətdən imtina etməli oldum: mənim əvəzimə həmkarım getdi. Onunla danışırdıq, dedim, "Sən get”. İndi o reanimasiyadadır, tüstüdən zəhərlənib və yanıq xəsarətləri alıb”, - deyə Ruslanova bildirib.

Qızın dediyinə görə, qəza barədə xəbəri öyrənəndən bəri özünü pis hiss edir, daima təşviş və qorxu içindədir.

"Təyyarədən mənim həmkarımın çıxmasına imkan vermirdilər. Çevik şəkildə təxliyyə olunmaq əvəzinə, öz baqajını qurtarmağa çalışan insanlara görə o, ölə bilərdi. Onu göyərtənin bələdçisi Moiseyev faktiki olaraq yaxasından dartaraq, salondan çıxarıb.

Zavallı bələdçi, bacardıqca çox insan xilas etmək üçün əlindən gələni edirdi. Özü də həyatını itirdi. Onun ölümünə təəsüflənirəm. Tez-tez "Aeroflot”la uçuram, indi isə, həqiqətən, çox qorxuram”, - deyə Fəridə Ruslanova bildirib.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Samir Şərifov: Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
​Elnarə uşaqlara nağıl oxudu - FOTOLAR
“Deportasiyadan Etnik Təmizləməyə  Gedən Yol” adlı sənədli filmin çəkilişlərinə başlanıldı
Cəsarətli və güclü vətənpərvər - Davud İmanov + FOTOLAR
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Marneulidə seçkilərdə Zaur Darğallı qalib gəlib
“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu
Rayon maşınlarının Bakıya girişi qadağan edilir
Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Yerevanda aksiyalar başlayıb, bütün məhkəmələrə giriş-çıxış bağlanıb
Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.