А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

AFFA-nın baş katibi “Liverpul”un baş məşqçisinin bəyanatına cavab verib

13.05.19 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 5 | Yazar: Celilova |
AFFA-nın baş katibi “Liverpul”un baş məşqçisinin bəyanatına cavab verib
 
 
 
 
 
 
 

AFFA-nın baş katibi Elxan Məmmədov "Liverpul"un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı kəskin bəyanatına münasibət bildirib.

Trend-in məlumatına görə, E.Məmmədov deyib: "Yurgen Kloppun sözləri məni xoşagəlməz bir şəkildə təəccübləndirdi. O, həmişə çox pozitiv insan təəssüratı bağışlayıb. Üstəlik, hamımız bilirik ki, o, futbolda həqiqətən də uğurlu nəticələr əldə edən böyük mütəxəssisdir. Amma bütün bunlarla yanaşı, onun futbolun coğrafi cəhətdən məhdudlaşdırılması ilə bağlı fikirləri ilə razı deyiləm.

Biz futbolun dəyərlərinə hörmət etməli və onu inkişaf etdirməliyik. Əsas dəyərlərimizdən biri də futbolun sərhədlərinin genişlənməsi, onun qloballaşmasıdır.

Avropa çoxdan bu qitənin qərb hissəsi ölkələrinin sərhədlərindən kənara çıxıb və əminəm ki, Avropa çempionatı oyunlarının və Avropa kuboku finalının Şərqi Avropa ölkələrində keçirilməsi bu ölkələrdə futbolun inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, gənc nəsil arasında onun daha da populyarlaşmasına və gənclərin futbola cəlb edilməsinə xidmət edir".

AFFA-nın baş katibi xatırladıb ki, bəzi ölkələrdə skeptik əhval-ruhiyyənin olmasına baxmayaraq, Rusiyada mükəmməl təşkil olunmuş Dünya çempionatının şahidi olduq:
"Eyni sözləri Kiyevdə və yaxud 10 il əvvəl İstanbulda Çempionlar Liqasının final oyunlarının təşkili barədə də deyə bilərik. Bəli, ola bilsin bu il Madriddə qiymətlər Çempionlar Liqasının finalına görə yüksəlib, ancaq bu bazar iqtisadiyyatının yan təsiridir və böyük idman tədbirləri ərəfəsində hər yerdə olur.

Razıyam ki, Londondan Bakıya avtobusla gəlmək çox çətin olacaq. Lakin əsl azarkeşlər üçün məsafə nə vaxtdan maneə olub? Xatırlatmaq istəyirəm ki, final oyununun təşkili ilə bağlı keçirilmiş tenderdə üç şəhər iştirak edib – Sevilya, İstanbul və Bakı. Heç kəs digər ölkələrin iştirak etməsi imkanlarını məhdudlaşdırmadı. Əminəm ki, Bakıda əsl futbol bayramı olacaq. Eyni zamanda əminəm ki, Madriddə də buna şahid olacağıq.Biz çox yaxşı hazırlaşmışıq. Bakıdakı otellərdə yerlər var, restoran və mağazalarda pivə kifayət qədərdir, aviaşirkətlərdə isə əlavə çarter reyslərinin açılması planlaşdırılır. Bir sözlə, hər kəsin diqqətini öz işinə cəmləşdirməsinin əsl vaxtıdır.

Yurgen Klopp isə qlobal futbol dəyərlərini fəal şəkildə yüksəltməyi, ölkələri və paytaxtları Avropa kuboklarının finalını keçirmək üçün layiq və layiq olmayanlara bölməməyi məsləhət görərdim. O, məşhur bir insandır və dünyada milyonlarla azarkeş onun fikirlərini dinləyir".

Xatırladaq ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Kuboklarının final oyunlarının keçiriləcəyi Madrid və Bakı şəhərlərinə biletlərin qiymətinin və yaşayış xərclərinin yüksək olması ilə bağlı azarkeşlərin narazılığına münasibət bildirib.

 

Qeyd edək ki, bir qədər öncə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi digər dövlət strukturları, o cümlədən "Azərbaycan Hava Yolları" (AZAL) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə UEFA Avropa Liqası final matçının Bakıda keçirilməsinə tam hazır olduqlarını və ölkəmizə gələcək turistlər və qonaqlar üçün əlverişli şəraitin yaradıldığını bəyan ediblər.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən bildiriblər ki, final oyununun hazırlıqları tam sürəti ilə davam edir.

29-30 may tarixlərində "AZAL" aviaşirkəti tərəfindən həyata keçiriləcək London-Bakı-London birbaşa uçuşları ilə yanaşı, xarici azarkeşlər üçün 40-dan çox çarter reysi təşkil olunacaq. Bundan əlavə finalçı klublar və UEFA Avropa Liqası ilə AZAL arasında əlavə çarter reyslərinin təşkili ilə bağlı danışıqlar aparılır.

Bakıda müxtəlif büdcələrə cavab verən beynəlxalq və yerli markalı otellərin olması tədbir zamanı xarici qonaqların rahatlığını təmin edəcək. Gəliş, yerləşmə və ölkədə qalma zamanı turistlərin və qonaqların təhlükəsizliyi ilə bağlı bütün məsələlər dövlət və özəl biznes nümayəndələri tərəfindən diqqətlə nəzərdən keçirilib. Çox vacibdir ki, Azərbaycan ən az terror təhlükəsi olan ölkələrin dünya reytinqində ilk yerlərdən birini tutur.

Matçın hazırlanması və təşkil edilməsi prosesinə cəlb edilmiş bütün dövlət qurumları bu əhəmiyyətli idman tədbirinin uğurla keçirilməsi üçün daha gücləndirilmiş bir rejimdə çalışacaqlar.

Azərbaycanın Formula 1, Avroviziya, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq yarışların uğurlu təşkilində və keçirilməsində böyük təcrübəsi var.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Samir Şərifov: Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
​Elnarə uşaqlara nağıl oxudu - FOTOLAR
“Deportasiyadan Etnik Təmizləməyə  Gedən Yol” adlı sənədli filmin çəkilişlərinə başlanıldı
Cəsarətli və güclü vətənpərvər - Davud İmanov + FOTOLAR
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Marneulidə seçkilərdə Zaur Darğallı qalib gəlib
“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu
Rayon maşınlarının Bakıya girişi qadağan edilir
Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Yerevanda aksiyalar başlayıb, bütün məhkəmələrə giriş-çıxış bağlanıb
Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.