А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“Avroliqa” ilə bağlı qərəzli kampaniya: Nəticə verməyəcək

14.05.19 | Bölmə: Siyasət | Baxış: 32 | Yazar: Celilova |
“Avroliqa” ilə bağlı qərəzli kampaniya: Nəticə verməyəcək
 
 
 
 
 
 
 

"Avropa Liqası”nın finalının Bakıda keçirilməsi ilə bağlı qərar bəzi qarayaxma kampaniyalarının başlamasına səbəb olub. Finala bir neçə gün qalmış bəzi dairələr Azərbaycanda təhlükəsizlik məsələsini gündəmə gətirib. Hətta Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də buna dair məlumat yayaraq, vətəndaşlarına Bakı ilə bağlı xəbərdarlıq edib.

Bu kampaniyanı hansı qüvvələr başladıb və məqsəd nədir?

Suallara deputatlar cavab verib.

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova bildirib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir:

"Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri ön planda dayanır. Azərbaycan isə təhlükəsiz ölkədir. Sabitliyə və cinayətkarlığın aşağı səviyyəsinə görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sırada durur.

Xatırladım ki, dünyada kriminal vəziyyətə dair statistikanı araşdıran Numbeo xidməti tərəfindən hazırlanan hesabatda Bakı 2018-ci ilin ən təhlükəsiz 50 şəhəri sırasında yer alıb. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlərdir və ölkəmizə turist axınını təmin edir. Təkcə ötən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlib.

Əlbəttə ki, bu, Azərbaycanın turizm imkanlarına, ölkəmizdəki mövcud ictimai-siyasi sabitlik, təhlükəsizlik mühitinə olan inamın göstəricisidir. Bu gün Azərbaycan turistlər üçün sadələşdirilmiş viza rejimi tətbiq edir və hətta deyərdim ki, dünyada ən sadə viza rejimlərindən biri məhz ölkəmizdə tətbiq olunur.

Ölkəmizdə hotel qiymətləri bir çox Avropa dövlətlərindən qat-qat ucuz və sərfəlidir, nəqliyyat xərcləri də eyni qaydada. Bütün bunlar isə bir daha Bakının final oyununa ev sahibliyi etməsinin nə dərəcədə yerində olmasını təsdiq edən faktlardır”.

S.Qafarova qeyd edib ki, xarici anti-Azərbaycan dairələrin ölkəmizə qarşı bu qərəzli kampaniyası heç bir nəticə verməyəcək:

"Böyük Britaniya Xarici İşlər Nazirliyi və bu mövzuda qərəzli açıqlama verən, idman hadisəsini siyasiləşdirərək Azərbaycan haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa və yanlış yönləndirməyə xidmət edən fikirlər səsləndirən qurum və şəxslərə ən gözəl cavabı yenə də Azərbaycan xalqı verəcək. Bakıda Avroliqanın finalı ən yüksək standartlara uyğun keçiriləcək”.

MM-in Benəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva hesab edir ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla, bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürürlər.

Millət vəkilininin dediyinə görə, məqsəd beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmaqdır.

"Amma bütün bu iddiaların heç bir əsası yoxdur. Azərbaycan ictimaiyyəti xaricdəki anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub.

Mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi ərəfəsində Azərbaycan qarayaxma kampaniyasının hədəfi olub və bu kampaniyalar iflasa uğrayıb. Ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi bütün dünyaya məlumdur.

Eləcə də, sabitliyə və cinayətkarlığın səviyyəsinin aşağı olmasına görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sıradadır. Azərbaycan sübut edib ki, istənilən mötəbər beynəlxalq tədbiri bundan sonra da ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Dünyada ən böyük tamaşaçı auditoriyası olan "Formula-1” yarışları bir neçə ildir ki, Bakıda keçirilir. Beynəlxalq ictimaiyyət bunu yüksək dəyərləndirir.

Eləcə də, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final oyunlarının keçiriləcəyi 13 şəhərin arasında Bakının da adı var. Bu da ölkəmizə göstərilən böyük etimaddır. Bu mənada, UEFA Avropa Liqasının final oyunları da yüksək səviyyədə təşkil ediləcək.

Bütün bunların fonunda aparılan qərəzli kampaniyalar göstərir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən çox narahatdırlar.

Avropa Liqasının final oyunu ərəfəsində bu cür kampaniyalar Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdür. Lakin bu dəfə də həmin dairələr məqsədlərinə çata bilməyəcəklər”, - deyə S.Fətəliyeva vurğulayıb.

"Keçən il Böyük Britaniyanın "Çelsi” komandası Azərbaycanın "Qarabağ” komandası ilə yarışarkən, oradan gələn turistlər deyiblər ki, Bakı çox təhlükəsiz şəhərdir.

İndi bəs nə baş verdi? Azərbaycana vizanın alınmasının çox mürəkkəb olmasından bəhs edirlər. Bu, prezident İlham Əliyevin birbaşa nəzarətində olan məsələdir”.

Bunu isə Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri, millət vəkiliElman Nəsirov deyib.

O xatırladıb ki, Azərbaycanda "ASAN Viza” tətbiq edilir.

Deputatın sözlərinə görə, dünyada Azərbaycan qədər viza sisteminin sadə olduğu ikinci bir ölkə tapmaq çətindir:

"Bu, hər kəsə gün kimi aydın məsələdir ki, əslində, onların güddükləri mətləb tamamilə başqadır.

Bu qüvvələr, anti-Azərbaycan siyasi dairələr ona görə narahatdırlar və şər-böhtan kampaniyasına ona görə başlayıblar ki, onlar Azərbaycanda sabitliyin daha da möhkəmləndiyini, təhlükəsiz mühitin daha da gücləndiyini görürlər. Bunun əsasında inkişaf baş verir.

Azərbaycan dünyaya multikulturalizm dəyərlərini ixrac edir. Amma onlar bunun əvəzində islamofobiyanı, ksenofobiyanı, irqçilik nəzəriyyələrini ifraz edirlər. Bu baxımdan, qlobal barışığın və sülhün təminatı üçün Azərbaycan öz multikulturalizmi ilə birgəyaşayışı təbliğ edir, amma onlar qlobal xaos, müsəlman dünyasında qarşıdurma yaratmaq naminə islamofob düşüncələri dünyaya yayırlar.

Bu səbəbdən Azərbaycan növbəti dəfə hədəf seçilib. Lakin onlar yanılırlar. Çünki Azərbaycan xalqı müdrik xalqdır. Xalqımız çox gözəl dərk edir ki, bu qüvvələrin əsl niyyəti nədir. Xalqımız həmin bu qüvvələrin əsl niyyətinin Azərbaycandakı sabitliyi pozmaq, təhlükəsizlik mühitini dağıtmaq olduğunu çox gözəl bilir.

Azərbaycan xalqı bilir ki, bu sabitliyin, təhlükəsizliyin qarantı xalq-hakimiyyət birliyidir. Xalq-hakimiyyət birliyi olan yerdə heç bir halda sabitlik pozula bilməz, təhlükəsizlik mühiti dağıla bilməz.

Onlar bunu çox gözəl dərk edirlər. Ona görə də anti-Azərbaycan beynəlxalq siyasi dairələr bu vəziyyətlə barışmaq istəmirlər, onların yuxusuna haram qatılır. Onlar belə olan vəziyyətdə yenidən ənənəvi şər-böhtan, uydurma kampaniyasını yaymağa başlayırlar. Reallıq bundan ibarətdir.

Lakin bir daha qeyd etmək lazımdır ki, onlar ünvanı səhv salıblar. Belə eksperimentləri başqa ölkələrdə həyata keçirsinlər. Azərbaycanda belə eksperimentlərin keçirilməsi üçün heç bir şərait yoxdur.

Qoy, bunu beynəlxalq anti-Azərbaycan siyasi dairələr də bilsin. Qoy, bunu onların əlaltı alətlərinə çevrilmiş antimilli ünsürlər də bilsin və qulaqlarına sırğa etsinlər”.

Kamil HƏMİDOV

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda qoruqlarla bağlı - - YENİ QAYDALAR
“CinemaPlus”da “Super Yay” aksiyası
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda boşanmaların sayı artıb
Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə yeni layihəyə start verilir
Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır
“Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Rayonlarda yağıntılı hava davam edəcək
Ulu Öndərin ideyaları füzulililərin qəlbində əbədi yaşayacaq
“CinemaPlus”da çoxdan gözlənilən aksiya
Qubada kütləvi zəhərlənmə
Gürcüstandan “Keşikçidağ”dakı insidentlə bağlı bəyanat: İmkan verin, işimizi görək
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb
Deputatlar tətilə çıxdılar
Şəki Xan Sarayında baş verən hadisə ilə bağlı rəsmi AÇIQLAMA
Azərbaycanda meşənin içində narkotik plantasiyası salıblar
Rusiya yeni raketini havaya qaldırdı
Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ
Azərbaycanda zəlzələ olub
Zelenskinin korteji uşaqla dolu avtobusa çırpıldı
İyulun 15-də xarici valyutaların manata qarşı məzənnələri
Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ
Əli Əhmədov ABŞ-a səfərə getdi
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.