А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur

16.05.19 | Bölmə: Siyasət | Baxış: 7 | Yazar: Celilova |
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
 
 
 
 
 
 

Emin Millinin dedikləri həqiqətdir. Həmin o düşərgədəki qüdrət ideologiyasının, nifrət aksentinin çox olması, Azərbaycanın xalqının sevgiyə möhtac olması ilə bağlı təspitlərinin hamısı nöqtə atışıdır.

Bu sözləri Axar.az-a açıqlamasında "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Meydan TV-nin keçmiş rəhbəri Emin Millinin "BBC Azərbaycanca”ya müsahibəsi barədə danışarkən deyib. O, E.Millinin müxalifətin nifrətlə heç nəyə nail ola bilməyəcəyi barədə söylədikləri fikirlərlə tamamilə razı olduğunu bildirib:

"Hər halda, Emin Millinin iqtidarla işləmək barədə sözlərinə rəsmilər cavab versə yaxşıdır. Amma ölkəsinin gələcəyinə inamla, ümidlə yanaşan və Azərbaycana qayıtmaq istəyən siyasi mühacirin bu cür açıqlamaları Azərbaycanın uğurudur. Deməli, Azərbaycan hakimiyyəti nələrisə dəyişə bilib. Hakimiyyət son addımları ilə Emin Milli kimi təhdidçilərdə və bu hakimiyyətin radikal əleyhdarında fikir dəyişikliyi yarada bilibsə, bu, gerçək bir prosesin getməsinin göstəricisidir. Bu, Prezident İlham Əliyevin uğurudur”.

Rauf Arifoğlu Azərbaycanı tərk edən mühacirlərlə daim təmasda olduğunu söyləyib:

"15 nəfər tanınmış siyasi mühacir "Yeni Müsavat” qəzetinin bir vaxtlar əməkdaşı olub. Onlarla söhbətləşirəm. Həmin mühacirlərin hamısı Azərbaycana bağlıdır və ölkədə baş verən prosesləri həssaslıqla izləyir. Son bir ildə baş verən proseslər onlara da məlumdur və onları qane edir. Onlar ancaq Azərbaycana fayda vermək haqqında düşünürlər və əllərindən gələni etməyə hazırdırlar. Mühacirlərlə ünsiyyətdən sonra gəldiyim qənaət budur ki, onlar son dövrlərdə Azərbaycan hakimiyyətinə qarşı əvvəlki kəskin münasibətlərini, demək olar ki, dəyişiblər. Bunu etməyə məcburdurlar. Onların dedikləri, ortaya qoyduqları mövqe səmimidirsə, zəhmət çəkib arzuladıqları proseslər həyata keçəndə təqdir eləsinlər. Artıq o mövqelər istiqamətində Azərbaycanda böyük dəyişikliklər başlayıb. Çünki İlham Əliyevin atdığı addımlar daha çox demokratik düşərgə mənsublarına, "çörəyi demokratiyadan çıxanlara” lazımdır. Azərbaycanın gələcək istiqaməti müəyyən olunur. Bu çox böyük prosesdir və radikal bir seçimdir. Bu seçimdə hesab edirəm ki, daha çox nəinki hakimiyyətdəkilər, YAP üzvləri, iqtidar tərəfdarları, müxalifətçilər də İlham Əliyevə dəstək verməlidirlər. Bu proseslərə mane olan, hər hansı dərəcədə sədd qoymağa çalışan adamlar Azərbaycanın gələcəyinə və inkişafına mane olmağa cəhd edirlər”.

"Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da Emil Millinin açıqlamalarında sülhə, xeyirxahlığa və barışa çağırmasını yüksək qiymətləndirdiyini bildirib:

"Ümumiyyətlə, Emin Millinin son vaxtlardakı açıqlamalarını izləyirəm və mənə elə gəlir ki, bu şəkildə yanaşma hər hansı bir cəmiyyətin xeyrinə ola bilər. Əlbəttə, bu yanaşma birtərəfli olmalı deyil. Cəmiyyət barış içində olarsa, daha çox inkişaf edər və daha çox nailiyyət əldə etmək olar. Cəmiyyət artıq qınama və ittihamlardan yorulub. Çünki cəmiyyəti ittiham yox, yaxşı tərəfləri görüb danışmaq, təbliğ etmək irəli aparır. İttihamla irəli getmək mümkün deyil. Qarşılıqlı barış addımları hər zaman müsbət nəticələnib. Bu addımlardan hələ heç bir cəmiyyət ziyan görməyib. Ona görə də qarşılıqlı yaxınlaşma təklifini dəstəkləyirəm”.

Ş.Xuduoğlunun sözlərinə görə, Emin Milli birtərəfli açıqlama verməyib:

"O, bu vaxta qədər səsləndirdiyi əsassız ittihamlara görə öz səhvini də etiraf edib. Məncə, onun etirafı müsbət qarşılanmalıdır. Hər bir adamın, hər bir nəslin özünün etiraf dövrü olmalıdr. Bu, o deməkidir ki, gəlin oturub danışaq, mən bir addım geri çəkilirəm. Məncə, Emin Millinin vermək istədiyi mesaj bundan ibarətdir. Biz onu həm də media qurumu təsisçisi kimi dəyərləndirməliyik. Bu mənada onun bu hərəkəti təqdirəlayiq hesab olunmalı və ona adekvat cavab verilməlidir. Hesab edirəm ki, Emin Millinin bu hərəkəti onun kimi düşünən insanlara da təsir edə bilər”.

Qeyd edək ki, Meydan TV-nin keçmiş rəhbəri "BBC Azərbaycanca”ya müsahibə verib. O, müsahibəsində Azərbaycan xalqının sevgiyə ehtiyacı olduğunu, müxalifətin nifrətlə heç nəyə nail ola bilməyəcəyini söyləyib, islahatların davam edəcəyi halda hakimiyyətlə işləməyə hazır olduğunu bildirib.


 
 
 
 
 
 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Samir Şərifov: Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
​Elnarə uşaqlara nağıl oxudu - FOTOLAR
“Deportasiyadan Etnik Təmizləməyə  Gedən Yol” adlı sənədli filmin çəkilişlərinə başlanıldı
Cəsarətli və güclü vətənpərvər - Davud İmanov + FOTOLAR
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Marneulidə seçkilərdə Zaur Darğallı qalib gəlib
“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu
Rayon maşınlarının Bakıya girişi qadağan edilir
Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Yerevanda aksiyalar başlayıb, bütün məhkəmələrə giriş-çıxış bağlanıb
Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.