А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

"Unibank” Prezidentin Fərmanı əsasında kompensasiya almış jurnalistdən hələ də aylıq ödəniş tələb edir

17.05.19 | Bölmə: Son Xəbər » İqtisadiyyat | Baxış: 33 | Yazar: Celilova |
"Unibank” Prezidentin Fərmanı əsasında kompensasiya almış jurnalistdən hələ də aylıq ödəniş tələb edir
 
 
 
 
 
 
 
 

Hər kəsin bankı olduğunu iddia edən "Unibank" dollar kreditlərinə görə kompensasiya almalı olan vətəndaşları incitməkdə davam edir.

Dünən sosial şəbəkələrdə əməkdaşımızdan əlavə daha üç jurnalistin bu barədə şikayətləndiyinin şahidi olduq. Həmkarlarımız Samirə Səfərova, İlkin Muradov,  Aytən Məmmədova, Gülcahan Mirməmməd prosesdən narazılıq ifadə ediblər. Jurnalistlərin yazdıqlarından məlum olur ki, "Unibank”ın kompensasiya ödənilməsilə bağlı apardığı prosesin yalnız bir istiqaməti deyil, bütün təşkilati işlərində problemlər yaşanır. Biz ictimai rəyə təsir imkanları olan həmkarlarımızın narazılığını görüb, ictimailəşdirə bilirik. Amma bu o demək deyil ki, sözügedən bankdan olan şikayətlər bununla bitir. İndi görün nə qədər sayda narazı vətəndaşlarımız var ki, onlar öz səslərini heç yerə çatdıra bilmir. Jurnalistlərin kompensasiyaların ödənilməsinin həyata keçirilməsi ilə bağlı prosesdən etdiyi narazılığa diqqət edək. Həmkarımız Samirə Səfərova yazır ki, "Unibank” ona son  haqsızlığını da etmiş olub: "Açıqlanan kompensasiya məbləğindən karta düz 297 manat az məbləğ yüklənib. Qəribədir ki, bank hələ də məndən ödəniş tələb etməyi dayandırmayıb. Hər gün zəng edib pul ödənişi istəyir”.

Digər jurnalist İlkin Muradov isə şikayətini belə ifadə edib: "Dollar kreditlərinə görə kompensasiya ödənişində ən biabırçı vəziyyəti "Unibank” yaratdı. Bildiyim qədəri ilə müştəriyə ən gec mesajı bu bank göndərib. Kompensasiya ödənişini ən gec edən banklardan biridir. Dünən atama da mesaj gəlib, bankın "Dərnəgül" filialına çağırıblar. Səhər 9:40-da atamı bankda düşürdüm. Növbə götürəndə 207-ci adam idi. Saat 12:50-də növbə çatıb. Həmin ərəfədə artıq 500-cü adam da növbədə olub. Biabırçılıq yaradıblar. Təsəvvür edin ki, Sumqayıtdan, Bakı kəndlərindən də hamını bu filiala yığıblar, özü də bir günə. Mesaj göndərib hamını bir gündə çağırıblar. Bütün bunlar azmış kimi, bankdan təqdim edilən kartda pul yoxdu, pulun karta köçəcəyi gün də bəlli deyil”.

Digər xanım jurnalist Aytən Məmmədova isə şikayətini belə dilə gətirib:”Unibank"a krediti gecikdirən kimi hər gün bezdirirdilər, nəslimdə o adam qalmırdı ki, zəng eləyib deməsinlər (bu, bank sirrinin pozulmasıdır, o da ayrı məsələ). Mənə çatası kompensasiyaya görə isə hələ də zəng eləməyiblər. "Bank of Baku"dan isə aprelin təxminən 20-si olardı, zəng eləmişdilər, dedilər, ayın axırına qədər zəng eləyəcəyik, nömrəni açıq saxlayın, bu biri ayın ortasıdı, xəbər yoxdu. İndi "Bank of Baku”-dan 101 manat, "Unibank”-dan da təxminən 511 manat kompensasiya alacağım var”.

Daha bir jurnalist Gülcahan Mirməmməd ona kompensasiya qismində təyin olunan məbləğin azlığından şikayətçidir. Sosial şəbəkədə xanım jurnalist yazır:”Kompensasiyaların heç birini tam məbləğdə vermirlər! "Unibank”a 418 manat artıq ödəmişdik, 248 verdilər”.

  • Elşən Allahverdiyev: "Heç bir bank əsaslandırılmamış şəkildə vətəndaşa təyin edilən kompensasiyanın məbləğini azalda bilməz”

Göründüyü kimi, edilən şikayətlərdə diqqət çəkən ən vacib məqamlardan biri bankın vətəndaşa açıqlanan məbləğdən az vəsait ödəməsidir. Bütün bu suallara aydınlıq gətirmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ola bilsin, kiçik anlaşılmazlıq yaranıb: "Heç bir bank əsaslandırılmamış şəkildə vətəndaşa təyin edilən kompensasiyanın məbləğini azalda bilməz. Vətəndaş portaldan bu məlumatları ala bilər. Orda qeyd olunur ki, vətəndaşın özünə nə qədər veriləcək, yönəldilmələr nə qədərdi. Sadə dillə izah edək. Məsələn, vətəndaşa 400 manat kompensaiya verilməlidir. Orda mütləq  qeyd edilir ki, güzəştə yönəldilən məbləğdən 50, 100 manat hara tutulur. Tutulan pulun səbəbi mütləq mənada göstərilməlidir. Əgər portalda heç nə qeyd edilmirsə, onda vəsait plastik karta tam köçürülməlidir. Kompensasiyanın məbləği 500 manata qədərdisə nağd verilir. Ondan yuxarıdırsa karta köçürülür. Məbləğdən yönəltmə müxtəlif profilli ola bilər. Məsələn, 10 gündən artıq ödənişin keçikməsinə görə yazılan faizlər tutula bilər. Vaxtilə bankın etdiyi güzəşt nəzərə alınıb ordan vəsait götürülə bilər. İstənilən halda, bankın borcudur ki, bunu əsaslandırsın. Ancaq bu məlumatları yalnız şəxsin özü əldə edə bilər”.

  • Sülhiyə Şirinova: "Mən kiminsə şəxsi bank məlumatlarını sizə verə bilmərəm”

"Unibank”ın mətbuat xidmətinin rəhbəri Sülhiyə Şirinova isə "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu tip sualları onlar yalnız rəsmi sorğu əsasında cavablandıra bilər: "Hər bir müştəri ilə bağlı fərqli vəziyyət yarana bilər. Biz bütün müştərilərlə bağlı məlumatı bilməyə bilərik. Bu səbəbdən də bizə rəsmi sorğu göndərilməlidir. Biz yalnız bir telefon zəngi ilə Samirə xanımın məlumatlarını sizə açıqlaya bilmərik. Bu konfidensial məsələdir. Bunu ümumi mövzu olaraq işləmək istəyirsinizsə, bizə rəsmi sorğu ilə müraciət edilməlidir. Bu müştəri sirridir. Sizə xoş olar ki, məlumatlarınız icazəniz olmadan kiməsə verilsin? Bu həm etik deyil, həm də qanunvericilik buna imkan vermir. Bir daha qeyd edirəm ki, mən kiminsə şəxsi bank məlumatlarını sizə verə bilmərəm”.

Yuxarıda təqdim etdiyimiz şəkillərdən birində Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında əməkdaşımız Samirə Səfərovaya kompensasiya şəklində hesablanmış məbləğ təqdim olunur. Digər fotoda isə "Unibank”dan xanım əməkdaşın telefonuna gələn SMS-i görürsünüz və şəkillərdən də göründüyü kimi, göstərilən məbləğlər arasında tam 297 manatlıq fərq var. Üstəlik, bankın əməkdaşları bugünə qədər zəng edərək, gələn ilin sentyabrına kimi ondan aylıq 120 manat ödəməyi tələb edirlər. Bu özbaşınalıq heç cür anlaşılmır.

Jurnalist Samirə Səfərova bizimlə söhbətində bildirdi ki, maraqlı situasiya ilə qarşılaşıb. Palatanın saytında ona 3451 manat konpensasiya müəyyən edildiyi halda, onun kartına cəmi 3154 manat köçürülüb. Bu azmış kimi, hər gün "Unibank"dan onun telefonuna mesaj göndərilir ki, aylıq 120 manat ödəsin. Özü də nə az, nə çox, düz gələn ilin sentyabr ayına kimi. Qəribə paradoks yaranır. Bir tərəfdən vətəndaş borcunu tam ödədiyi üçün artıq qalan hissəni dövlət ona kompensasiya şəklində qaytarır, digər tərəfdən isə bank əlavə ödəniş tələbini davam etdirir. Bunu necə izah etmək olar?

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, bankın bu vəziyyətdə əlavə ödəniş tələb etməsi qanunsuzdur: "Çünki kompensasiya müəyyən edilir və həmin məbləğ yönəldilir vətəndaşın borcuna. Borcdan artıq qalırsa vətəndaşın hesabına pul köçürülür. İndiki halda vətəndaş bağışlanılan borcundan da əlavə pul alıbsa, ondan heç bir əlavə ödəniş tələb edilə bilməz. Sadə dildə izah edim. Vətəndaşa pul verilibsə, deməli onun borcu yoxdur. Heç bir halda ondan tələb olunan hissəni ödəməməlidir. Bu birmənalıdır! Yaxşı olar ki, bir daha banka yaxınlaşsın və bu anlaşılmazlığa aydınlıq gətirsin. Əgər ödəniş eyni kreditə görə tələb edilirsə, bank burda böyük qanunsuzluq edir".

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

POS-terminalların işləməməsi məsələsinə nazirdən - Reaksiya
Sabah 38 dərəcə isti olacaq
TÜRKPA-nın Baş katibi: Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir
Rəsulzadənin şəkli avronun üzərində
Enerji içkiləri ilə bağlı yeni - QAYDALAR
Yol polisi
Xəzərdə 4 bal gücündə zəlzələ olub
AtaBank-ın müştəriləri banka gəlmədən bir sıra xidmətlərdən faydalana biləcəklər
Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcəAzərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək
Deputat: Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi
İnstagramda online satış səhifəsi müştərini aldadıb
Arzularımı məqsədə və hədəfə çevirirəm
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası keçirib
İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib
Prezident İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
Karusel sıradan çıxdı - 40 nəfər
Ərəblərin yerini onlar tutdu
Azərbaycan Gənc Sahibkarlar Klubunun AzərKitab Mərkəzində
Lənkəran Teatr Festivalının birinci günü başa çatdı
Həkimlərlə valideynlərin görüşü təşkil edilib.
“CinemaPlus”da “Playboy əməliyyatçı” filminin azərbaycan dilində nümayişi keçirilib
Cavid Süleymanov yazır…Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.