А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Marneulidə seçkilərdə Zaur Darğallı qalib gəlib

20.05.19 | Bölmə: Xarici xəbərlər | Baxış: 218 | Yazar: Celilova |
Marneulidə seçkilərdə Zaur Darğallı qalib gəlib
 
 
 
 
 
 
 

Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermə başa çatıb.

Bugünkü seçkilərdə Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Marneuli, Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına isə icra başçılarının seçilməsi üzrə səsvermə keçirilib.

Aralıq seçkilərdə isə Tbilisinin Mtatsminda rayonunun seçiciləri parlamentə majoritar deputat seçiblər.

İlkin hesablamalara görə, Marneulidə keçirilən mer seçkilərində "Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı 78,75 faiz səs çoxluğu ilə qalib gəlib.

Bu barədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze məlumat verib. 

 "Gürcü Arzusu” partiyasının namizədləri Marneuli ilə yanaşı, Zestafoni, Çiatura və Xulo rayonlarında da qalib gəliblər.

Qeyd edək ki, Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib.

Z.Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. Hazırkı vəzifəyə təyin olunmamışdan öncə Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri olub.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Baş həkim koronavirusa yoluxub – Beyləqanlılar onun tezliklə sağalmasını istəyir
Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.