А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab

20.05.19 | Bölmə: Cəmiyyət | Baxış: 65 | Yazar: Celilova |
Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab
 
 
 
 
 
 
 

Ötən gün Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısında tək başına etiraz aksiyası keçirib. Anasının onkoloji xəstəlikdən əziyyət çəkən T.Kərimov iddia edir ki, yaşlı qadının müalicəsi, qanla təmin olunması üçün həkimlər külli miqdarda pul tələb edib. O isə maddi imkanı kifayət etmədiyi üçün nazirliyin binası önündə paltarlarını soyunaraq, onları satışa çıxarıb. 

Səhiyyə Nazirliyi T.Kərimovun ittihamlarına rəsmi münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Melumat-merkezi.az-a verilən məlumata görə, sözügedən şəxs iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul edilib.

"Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb.

Belə ki, xəstə, 1963-ci il təvəllüdlü Fiqurə Kərimova, 2019-cu ilin fevral ayından ET Hematologiya və Transfuziologiya institutunda çoxsaylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb. Diaqnoz laborator - qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub.

Xəstəyə protokol üzrə VCD (velkeyd, sikofosfan, deksametazon) kursu aparılıb, bununla yanaşı, xəstəyə bifosfonatlar, eritropoetin, eritrosit və trombosit kütləsi transfuziyaları aparılıb. Hazırda xəstə ambulator müalicədədir.

Protokol üzrə xəstəyə dörd kurs ambulator müalicə aparılıb. Xəstə xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır.

Edilən müalicəyə baxmayaraq, xəstənin oğlu Teymur Kərimov nazirliyin mətbuat xidmətinə zəng edərək, xidmət əməkdaşlarından biri ilə telefon danışığını yazmasını və həmin yazını sosial şəbəkələrdə yayacağı ilə şantaj edib.

Şənbə günü isə nazirliyin qarşısında səs-küy salaraq anasına edilən müalicələrin pullu olmasını iddia edib. Bu adamın nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstəyə aparılan müalicə kursları müasir protokollara uyğun olaraq aparılır.

Protokola daxil olan preparatlar innavasion dərman preparatlarıdır (hədəf terapiyası). İnstitut bu preparatlarla Onkohematoloji xəstələrə yardım Dövlət proqramının həyata keçirilməsi ilə tam təmin olunur.

Onu da qeyd edək ki, Teymur Kərimovun anası və digər ailə üzvləri müayinə və müalicələrlə bağlı heç bir narazılıq bildirməyib. Hematologiya İnstitutundan mətbuat xidmətinə bildiriblər ki, Fiqurə Kərimovanın müalicə kursları protokollara uyğun olaraq davam edir”.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Biləsuvarda Sülh günü qeyd olundu
“Milana”  hospitalının sahibəsi Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail oldu
Bakının bir sıra polis şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub
“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür
Rusiyada azərbaycanlılar qəzaya düşdülər - 2 ölü, 8 yaralı
Mehriban Əliyeva neftçiləri təbrik etdi
Alı Alıyev Kürdəmirdə məskunlaşmış füzulililərlə görüşüb
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Deputat:
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu İstanbulda beynəlxalq konfransda çıxış edib
Putin Paşinyanın görüş təklifini rədd etdi
İcra başçısı məmur-vətəndaş münasibətlərindən danışıb
Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb (FOTO)
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər
Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi
Sosial mənzillərlə bağlı ŞOK TƏKLİF: Evi olmayanlar...
Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
Şəkidə atraksiondan yıxılan tələbə qız üçün Bakıdan həkim çağırıldı
Çimərlik mövsümünün qurbanları - Bu il 47 nəfər ölüb
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.