А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Yerevanda aksiyalar başlayıb, bütün məhkəmələrə giriş-çıxış bağlanıb

20.05.19 | Bölmə: Son Xəbər » Xarici xəbərlər | Baxış: 65 | Yazar: Celilova |
Yerevanda aksiyalar başlayıb, bütün məhkəmələrə giriş-çıxış bağlanıb
 
 
 
 
 
 
 

Etirazçılar bu gün səhər saatlarından Ermənistanın paytaxtı Yerevanda məhkəmə binalarını mühasirəyə alıb, giriş və çıxışı bağlayıblar.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, mayın 19-da ölkənin baş naziri Nikol Paşinyan vətəndaşlara müraciət edərək bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırıb. 

O, ədliyyə sahəsində də inqilab edəcəklərini vurğulayıb. Baş nazirin günorta saatlarında məhkəmə sistemi ilə bağlı çıxış edəcəyi gözlənilir.

Ermənistanın keçmiş prezidenti Robetr Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi barədə qərar qəbul etmiş Yerevanın Avan və Nor-Nork rayonlarındakı məhkəmələrin binası qarşısına toplaşanlar arasında səlahiyyət həddini aşdığı üçün səlahiyyətlərinin icrası dondurulmuş baş nazirin nəzarət xidmətinin başçısı David Sanasaryanın başçılıq etdiyi dəstə də var. 

"Biz bura vətəndaş kimi etirazımızı bildirmək üçün toplaşmışıq. Biz bunu inqilabdan sonra dərhal etməliydik. Bu səhvi düzəltmək üçün şansımız var idi. Ancaq sistem ona verilən bu fürsətdən istifadə etmədi. Bizə sübut elədi ki, məhkəməyə təzyiq etmirik. Paşinyanın bəyanatını gözləyirik”,- D.Sanasaryan vurğulayıb.

Əməkdaşlar məhkəmə binalarına buraxmırlar. Şenqavit dairə Məhkəməsinin hakimi David Balayan binaya pəncərədən daxil olmaq istəsə də onu itələyərək, içəri girməsinə imkan verməyiblər.

Vəkil Ruben Melikyan "Facebook” səhifəsində yazıb ki, Yerevan rayonlarından birinin məhkəmə binasının pəncələrini sındırblar, hakimlərin binaya daxil olmasına imkan vermirlər.

Yerevanda "Ədalətli məhkəmə adına!” şüarı altında aksiya keçirən vətəndaşlar Ermənistan Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alıblar.

Qeyd edək ki, mayın18-də Ermənistan keçimiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri ləğv edilib. O zaminə buraxılıb

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Медицинская лаборатория Центрального Таможенного  Госпиталя получила международный сертификат ISO 15189:2012
Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 beynəlxalq sertifikatını alıb
Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.