А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycan və Belarus gömrük sazişi imzaladı

29.05.19 | Bölmə: İqtisadiyyat | Baxış: 21 | Yazar: Celilova |
Azərbaycan və Belarus gömrük sazişi imzaladı
 
 
 
 
 
 
 

Mayın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Yuriy Senkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Gömrük Komitəsindən Melumat-merkezi.az-a verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycan və Belarus arasında səmimi dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb, bu əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunu və bu gün də həmin münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib.

Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdirilməsində hər iki ölkə prezidentlərinin fəaliyyətini xüsusilə qeyd edən DGK sədri onu da bildirib ki, Azərbaycanla Belarus arasındakı iqtisadi-ticari əlaqələr hər iki dövlətin iqtisadiyyatına mühüm töhfə verir.

S.Mehdiyev Azərbaycanın Belarusla gömrük sferasında da qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdırıb, bu gün imzalanacaq sazişin tərəflər arasında əlaqələrin inkişafına və inteqrasiyasına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Azərbaycan gömrüyündə geniş islahatlar proqramının həyata keçirildiyi barədə məlumat verən DGK sədri, həmçinin elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi, ticarətin daha da asanlaşdırılması istiqamətində yeni qaydaların tətbiqindən bəhs edib, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə xüsusi önəm verildiyini bildirib.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkür edən Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Yuriy Senko Azərbaycana səfərindən, ölkəmizin inkişafından, eləcə də gömrük orqanlarındakı islahatlardan məmnunluğunu bildirib, iki ölkənin gömrük orqanları arasında əlaqələrin gələcək perspektivlərinə toxunub.

İki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən qonaq qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında sazişin imzalanma mərasimi keçirilib.

Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Yuriy Senko imzalayıblar.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

POS-terminalların işləməməsi məsələsinə nazirdən - Reaksiya
Sabah 38 dərəcə isti olacaq
TÜRKPA-nın Baş katibi: Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir
Rəsulzadənin şəkli avronun üzərində
Enerji içkiləri ilə bağlı yeni - QAYDALAR
Yol polisi
Xəzərdə 4 bal gücündə zəlzələ olub
AtaBank-ın müştəriləri banka gəlmədən bir sıra xidmətlərdən faydalana biləcəklər
Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcəAzərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək
Deputat: Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi
İnstagramda online satış səhifəsi müştərini aldadıb
Arzularımı məqsədə və hədəfə çevirirəm
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası keçirib
İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib
Prezident İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
Karusel sıradan çıxdı - 40 nəfər
Ərəblərin yerini onlar tutdu
Azərbaycan Gənc Sahibkarlar Klubunun AzərKitab Mərkəzində
Lənkəran Teatr Festivalının birinci günü başa çatdı
Həkimlərlə valideynlərin görüşü təşkil edilib.
“CinemaPlus”da “Playboy əməliyyatçı” filminin azərbaycan dilində nümayişi keçirilib
Cavid Süleymanov yazır…Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.