А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Bakıda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirilib – Fotolar

29.05.19 | Bölmə: Cəmiyyət | Baxış: 39 | Yazar: Arzu |
Bakıda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirilib – Fotolar
 
 
Avrasiya Kombat Ciu-Citsu Federasiyası, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi və "Mələklərim” layihəsinin rəhbəri İlahə Abdullayeva ilə birlikdə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş tədbir keçirilib. 

Məlumat-Mərkəzi.az xəbər verir ki, tədbirdə "Umid Yeri" Uşaq Sığınacağı və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3 saylı xüsusi internat məktəbinin uşaqları iştirak ediblər. 

"İmperator" şadlıq sarayında baş tutan tədbirdə Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acvalov, federasiyanın vitse-prezidenti Murad Cəfərov, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov, federasiyanın digər məsul şəxsləri, həmçinin Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin fiziki hazırlıq bölməsinin əməkdaşı Rəsul Məmmədov, Qarabağ idman klubunun rəhbəri Anar Səfərov, Zavir Nəcəfov, iş adamları və incəsənət xadimləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov əvvəlcə uşaqların bayramını təbrik edib. O daha sonra tədbirdən məqsədin uşaqların müdafiəsi, düzgün maarifləndirməsi və valideyn himayəsindən məhrum olan uşaqlara qayğı göstərmək və eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqları sevindirmək olduğunu bildirib: 

"Təbii ki, bu gün Azərbaycan dövləti və başda ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da təşəbbüsü ilə ölkəmizdə uşaqlara hər cürə şərait yaradılır və onların problemlərinin həlli ilə yaxından maraqlanılır. Biz də bu tədbiri təşkil etməklə istər maddi və istərsə də mənəvi baxımdan uşaqların yanında olduğumuzu göstərmək, bu ölkənin bir vətəndaşı olaraq da dövlətimizin uşaqlarla bağlı həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiyimizi göstərmək istəyirik”. 

Bir idman klubu olaraq hər il bu layihələri keçirdiklərini vurğulayan Aqil Acalov bundan sonra da sağlam düşüncəli, vətənə, torpağa bağlı yeni nəsilin yetişdirilməsi üçün əllərindən gələni edəcəklərini bildirib. 

Daha sonra çıxış edən "Mələklərim” layihəsinin rəhbəri İlahə Abdullayeva uşaqlara qayğıdan, onların da bu cəmiyyətin bir üzvü olduqları, gələcəyin onların əlində olduğu üçün nəvazişə layiq olduqlarından danışıb. Bundan sonra tədbirdə iştirak edən bir sıra qonaqların da çıxışından sonra respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə uşaqlar üçün əyləncəli oyunlar və şou-proqram təşkil olunub. Sonda Aqil Acalov tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə "İmperator" şadlıq sarayının rəhbərliyinə, xüsusilə də Tofiq Acalova və layihənin həyata keçirilməsinə dəstək olan digər təşkilatlara da öz dərin təşəkkürünü bildirib.
 
 
Bakıda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirilib – Fotolar
 
Bakıda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirilib – Fotolar
 
Bakıda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirilib – Fotolar
 
Bakıda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirilib – Fotolar
 
Bakıda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirilib – Fotolar
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

POS-terminalların işləməməsi məsələsinə nazirdən - Reaksiya
Sabah 38 dərəcə isti olacaq
TÜRKPA-nın Baş katibi: Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir
Rəsulzadənin şəkli avronun üzərində
Enerji içkiləri ilə bağlı yeni - QAYDALAR
Yol polisi
Xəzərdə 4 bal gücündə zəlzələ olub
AtaBank-ın müştəriləri banka gəlmədən bir sıra xidmətlərdən faydalana biləcəklər
Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcəAzərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək
Deputat: Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi
İnstagramda online satış səhifəsi müştərini aldadıb
Arzularımı məqsədə və hədəfə çevirirəm
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası keçirib
İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib
Prezident İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
Karusel sıradan çıxdı - 40 nəfər
Ərəblərin yerini onlar tutdu
Azərbaycan Gənc Sahibkarlar Klubunun AzərKitab Mərkəzində
Lənkəran Teatr Festivalının birinci günü başa çatdı
Həkimlərlə valideynlərin görüşü təşkil edilib.
“CinemaPlus”da “Playboy əməliyyatçı” filminin azərbaycan dilində nümayişi keçirilib
Cavid Süleymanov yazır…Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.