А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Cavid Süleymanov yazır…Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür

30.05.19 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 106 | Yazar: Admin |
Cavid Süleymanov yazır…Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür
 
 
 
 
 
 
 
 
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Müstəqil.az informasiya agentliyinin baş redaktoru Cavid Süleymanov yazır… Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından101 il ötür.

2017-ci il mayın 16-da Prezident İlham Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilib.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Xatırladaq ki, 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

“Qala” Taekvondo Klubunun 14 illiyinə həsr edilən klublararası yoldaşlıq görüşü keçirilib
Tanınmış jurnalist sayt açdı — Səhhət.az
Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
Müsavatın
İranda məktəblər bağlandı - SƏBƏB?
“CinemaPlus”da “Ford Ferrariyə qarşı”
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri baş tutub
Şuranın dəstəklədiyi layihə yekunlaşıb
Doktoranturaya qəbul qaydaları DƏYİŞDİ
Sadə, təmtəraqsız, qaydalara uyğun – Füzulidə yas mərasimləri
Miqrant alveri edən azərbaycanlılar tutuldu - Almaniyada - SİYAHI
Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Şəhid qızı: “Mehriban Əliyeva son iki ayda mənə iki böyük yaxşılıq edib”
Bakıda məşhur şirkət haqda şok: təhdid, milyonlar…
Nazirliyin Apellyasiya Şurası Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamaya qərar verdi
“Qala” Taekvondo klubunun idmançıları Tbilisidən iki medalla qayıdıb
Azərbaycanda yağıntıların az olması ilə bağlı bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub - Azərsu
Ağdamda məcburi köçkün uşaqlar üçün tibbi aksiya keçirilir
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.