А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası keçirib

03.06.19 | Bölmə: Cəmiyyət | Baxış: 25 | Yazar: Celilova |
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası keçirib 
 
 
 
 
 
 
 
 
 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən "Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası və Horadiz şəhərində "Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər” mövzusunda Beynəlxalq Pediatrik Elmi konfrans keçirilib.

Melumat-merkezi.az xəbər verir ki, tədbirdən öncə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d Rəşad Mahmudov, Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları – ürək-damar cərrahı Bülent Polat, pediatrik kardioloq Yalım Yalçın və Füzuli və Cəbrayıl rayonlarının icra hakimiyyətinin başçıları 2016-cı il aprel döyüşlərində həlak olan qəhrəman əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoyublar.

Cocuq Mərcanlı qəsəbəsinə ezam olunmuş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalında Mərkəzi Gömrük Hospitalın peşəkar həkimləri və Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları Qarabağ bölgəsində yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinələrini həyata keçiriblər. EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan uşaqlara peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəsmi nümayəndələri Cocuq Mərcanlıda yerləşən tibb məntəqəsini ziyarət ediblər və məntəqəyə kondisioner və bəzi tibbi ləvazimatlar hədiyyə ediblər. 1 İyun 2019-cu il tarixində qəsəbənin bütün uşaqları müayinə olunublar. Eyni zamanda Füzuli rayonu Horadiz şəhərində "Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər” adlı Beynəlxalq Pediatrik Elmi konfrans keçirilib.Konfrans Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəhbərlərinin, millət vəkillərinin, görkəmli elm xadimlərinin, Füzuli və Cəbrayıl icra hakimiyyətlərinin nümayəndələrinin və konfrans iştirakçılarının Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və onun tərəfdaşları olan Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və İstanbul Bilim Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda uşaq xəstəliklərinin müalicəsində ölkəmizdə və dünyada qazanılmış son tibbi nailiyyətlər haqqında region həkimlərinə geniş məlumat verilib.

Konfransda Türkiyədən gələn professorlar Bülnet Polat və Yalım Yalçın, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov, ADHTİ Şüa Diaqnostikası Kafedrasının fetal təbabət üzrə mütəxəssisi Azər Fərəc, Mərkəzi Gömrük Hospitalın uzman pediatrı Telman Aytayev və Mərkəzi Gömrük Hospitalın uzman uşaq cərrahı Vüsal Cəfərov məruzələrlə çıxış ediblər.

Konfransda uşaq xəstəliklərinin müalicəsində ölkəmizdə və dünyada qazanılmış son tibbi nailiyyətlər haqqında region həkimlərinə geniş məlumat verilib. Çıxışlarda uşaq ürək cərrahiyyəsinin bu günü və gələcəyi, anadangəlmə ürək qüsurları, fetal təbabət, prenatal diaqnostikada yeniliklər, uşaq cərrahiyyəsində təcili vəziyyətlər və s. bu kimi aktual məsələlərə toxunulmuş, müasir tibbin ən qabaqcıl yeniliklərinin tətbiqi müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən "Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında keçirilən xeyriyyə aksiyası Füzuli rayonu, Horadiz şəhərində 3 iyun tarixi daxil olmaqla davam edir.

 

 

 

 



скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

POS-terminalların işləməməsi məsələsinə nazirdən - Reaksiya
Sabah 38 dərəcə isti olacaq
TÜRKPA-nın Baş katibi: Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir
Rəsulzadənin şəkli avronun üzərində
Enerji içkiləri ilə bağlı yeni - QAYDALAR
Yol polisi
Xəzərdə 4 bal gücündə zəlzələ olub
AtaBank-ın müştəriləri banka gəlmədən bir sıra xidmətlərdən faydalana biləcəklər
Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcəAzərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək
Deputat: Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi
İnstagramda online satış səhifəsi müştərini aldadıb
Arzularımı məqsədə və hədəfə çevirirəm
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası keçirib
İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib
Prezident İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
Karusel sıradan çıxdı - 40 nəfər
Ərəblərin yerini onlar tutdu
Azərbaycan Gənc Sahibkarlar Klubunun AzərKitab Mərkəzində
Lənkəran Teatr Festivalının birinci günü başa çatdı
Həkimlərlə valideynlərin görüşü təşkil edilib.
“CinemaPlus”da “Playboy əməliyyatçı” filminin azərbaycan dilində nümayişi keçirilib
Cavid Süleymanov yazır…Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.