А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib

03.06.19 | Bölmə: Cəmiyyət | Baxış: 151 | Yazar: Celilova |
İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib
 
 
 
 
 
 
 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yaz semestrinin yay imtahan sessiyası ilə əlaqədar tələbələrlə görüş keçirilib. İyunun 3-dən 28-dək davam edəcək sessiya təsdiq olunmuş imtahan cədvəlinə uyğun surətdə yazılı və zəruri hallarda şifahi formada keçiriləcək.

Melumat-merkezi.az xəbər verir ki,  Aİİ rektoru Ceyhun Məmmədov imtahanlardan əvvəl tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb. İnstitut rəhbəri gənclərə qiymət üçün deyil, bilik üçün oxumağı tövsiyə edib: "İlahiyyat İnstitutunun tələbələri olaraq, üzərinizə düşən məsuliyyət həm ağır, həm də şərəflidir. Sizə bu şərəfli yolda nailiyyətlər arzulayıram”.

Rektor qeyd edib ki, imtahanlara hazırlıq maksimum səviyyədə təşkil olunub. Tələbə mərkəzli İnstitut olmaq üçün gənclərın biliyinin obyektiv qiymətləndirilməsi qarşıya məqsəd qoyulub. İmtahanlar keçirilərkən təhlükəsizlik tədbirlərinin görüləcəyi, cavabların müəyyən olunmuş meyarlar əsasında qiymətləndiriləcəyi diqqətə çatdırılıb.

Rektor tələbələri narahat edən məsələlərlə maraqlanıb, onların imtahan sessiyasını uğurla adlayacaqlarından əminliyini ifadə edib. C.Məmmədov tələbələrə sessiya günlərində imtahanların gedişatını şəxsən izləyəcəyini, hər hansı bir problem yaranacağı təqdirdə, ona müraciət edə biləcəklərini bildirib.

 

Daha sonra İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tələbələrə imtahanlarda uğurlar arzulayıb. Onları imtahan prosesində fəal iştiraka, imtahanlar zamanı yarana biləcək problemlərin aradan qaldırılması üçün yaxından köməklik göstərməyə dəvət edib. M.Mürsəlov gənclərə öz tövsiyələrini verərək bildirib ki, imtahan gedən zaman biliklərindən maksimum yararlanaraq, mövzunu tam əhatə etməyə çalışsınlar.

Qeyd edək ki, 2018-2019-cu tədris ili yaz semestrinin imtahan sessiyasını Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə tənzimləyici əmr imzalanıb.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Qusar sakinlərinin çoxdan gözlədiyi SƏRƏNCAM
Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır
“EuroHome”dakı yanğınla bağlı əməliyyat müşavirəsi keçirilib
Tanınmış ifaçı Mehrim Hüseyn yeni mahnısını ictimayyətə təqdim edib
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
Ramil Usubov:
“Peşəkar  fəaliyyətləri ilə insanlara örnək olan FUAD ƏHMƏDOV.”
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi - FOTO
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub
Prezident İlham Əliyev Heydər Əliyevin doğum günü münasibətilə video paylaşıb - VİDEO
Azərbaycanda koronavirusla bağlı komendant saatı tətbiq edilə bilər
DMX əcnəbilərə göstərdiyə xidmətlərə dəyişiklik etdi
Rusiya koronavirusa yoluxanların sayına görə İranı geridə qoydu
Milli Məclisin növbəti iclasının gündəliyinə 26 məsələ daxildir
Ünvanlı dövlət sosial yardım alanlar üçün MÜHÜM XƏBƏR
190 manat üçün müraciət edənlərin nəzərinə: Cavab gəlməyibsə...
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.