А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Arzularımı məqsədə və hədəfə çevirirəm "Aydan Həsənzadə"

04.06.19 | Bölmə: Son Xəbər » Mədəniyyət | Baxış: 1508 | Yazar: Arzu |
Arzularımı məqsədə və hədəfə çevirirəm "Aydan Həsənzadə"
 
 
 
 
 
 

Azərbaycanda gənclər üçün çox maraqlı serialdır zamanın aktual məsələlərinə toxunularaq insanlarda maraq yaradırlar.Söhbət İmtahan serialından gedir.Biri-birindən istedadlı aktyor heyyəti ilə tamaşaçıda maraq doğurmağı bacarırlar. Elə saytımızın baş redaktoru Arzu Bayramova da məhs İmtahan serialının sevilən və istedadlı aktirisası Aydan Həsənzadə ilə müsahibə edib.

Sözügedən müsahibəni oxucularımıza təqdim edirik!

 

 

 


Azərbaycanda ən çox izlənən serialın sevilən aktirisalarındansınız tamaşaçılara maraqlı gələr biraz özündən bəhs edə bilərsənmi?

 

 

Məmnuniyyətlə! Mən Həsənzadə Aydan 13 avqust 1996-cı ildə Bakıda anadan olmuşam.Memarlıq və İnşaat univesitetinin memarlıq fakultəsini bitirmişəm ailəliyəm. Artıq 2 ildir ki, İmtahan serialında Aydan obrazını canlandırıram.

 

 Arzularımı məqsədə və hədəfə çevirirəm "Aydan Həsənzadə"

 

 

 

 

 

 

 

 


İmtahan serialında yaratdığınız (Aydan ) xarakteri ilə ortaq cəhətin var?

 


 

 

"Dərslərimi orta səviyyədə sadəcə qiymət almaq üçün oxuyurdum..."

 

 

Əslində məncə bizim ortaq cəhədimiz yoxdur (gülür).Amma daha dərindən düşünəndə haqsızlığa susmamağıdır.Məndə həyatda bu cürəm haqsızlıq görəndə haqlı tərəfi tutmağa çalışıram.Həmdə özümə qarşıda beləyəm amma elədə oxşarlığımız yoxdur çünki,mən istər məktəb vaxtı, istər tələbə vaxtı serialdakı Aydanın tam əksi olmuşam.Dərslərimi orta səviyyədə sadəcə qiymət almaq üçün oxuyurdum.Amma deyirlər ki,tənbəl şagirdlər və tələbələr ağıllı olurlar axırda nəsə fikirləşib edirlər məndə elə olmuşam.


Çox maraqlıdır gələcək sezonda Aydan imtahan serialında yenə onu sevən izləyicilərin qarşısına çıxacaq?

 

 

Qoy bu tamaşaçılar üçün bir sirr olaraq qalsın.Çünki,çox böyük sürprizlər olacaq.

 

 

 

Bildiyim qədəri ilə ixtisasın memarlıq üzrədir bəs imtahan serialına gəlişiniz necə oldu?

"Qarşımda gələn il ən böyük məqsədim budur..."

Ümumiyyətlə mənim məktəb vaxtından incəsənət sahəsinə çox böyük marağım olub.Amma müəyyən səbəblərdən mən incəsənət universitetinə sənədlərimi verə bilməmişəm buna səbəbdə qarşımı kəsən amillər olub.Buna görədə memarlığı seçmişəm çünki,oda yaradıcılıq ixtisası olub amma memarlıqda oxusamda özümü incəsənət üzrə inkişaf elətdirməyə çalışmışam.Amma gələn il fikrimdə var ki,sırf aktyorluq üzrə təhsil alım bunun üzərində çalışacam.Qarşımda gələn il ən böyük məqsədim budur.

 

 

Televiziyalarda işləmişəm,starj keçmişəm,könüllü olaraqda işləmişəm,müxbir olmuşam və bir gün Xəzər tv İmtahan serialına kast elan etdi.Gözləmədiyim anda hazırlıqsız kasta getdim və təsdiqləndim imtahan serialına.


Ən çox hansı obrazda çəkilmək istərdiniz?

 

 

 

Mən müharibə və tarixi filmləri çox sevirəm.Əsasda II dünya müharibəsi haqqında filmləri çox izləmişəm.Çox istərdim ki,ikinci dünya müharibəsinə aid bir filmdə qəhrəman snayperci qadın obrazını oynayım.Yaxudda tarixi obrazları canlandırmaq istərdim. Ümumiyyətcə güclü qadın obrazlarını çox sevirəm və onlardan birini istərdim canlandırım.

 

 

 

Bu zamanda bacarıqlı aktirisa olmaq necə bir hisdir?

 

 

 

"İnsan məqsəd qoymalıdır və irəliləməlidir məncə..."

 

 

Mən hələ özümə aktrisa adını verə bilmərəm.Bu mənə çox ayıb olar çünki,bu mənim üçün hələ tezdir mən hələ üzərimdə çox işləməliyəm,hələ çox öyrənməliyəm,təhsilimi almalıyam.İllər sonra mən inşhallah ki,bu sahədə qalsam bəlkə onda deyə bilərəm.Bacarıqlı aktirisa yaxudda bacarıqlı insan olmaq üçün fərq etmir hansı sahə olsun öz üzərində işləməli,səflər aparmalıdır.İnsan məqsəd qoymalıdır və irəliləməlidir məncə baracığın ən böyük sirri burdadır.

 

 

 

Dram yoxsa komediya daha rahatdır?

 

 

Yaxın dostlarım həyatda mənim çox zaraftcıl olduğumu deyirlər .Buna baxmayaraq məni həmişə dram janrı özünə çəkir və mənə dram oynamaq daha rahatdır.Bizim serialda dramda var komediyada var bəzən çox dramatik səhnədən sonra biz komediya çəkirik.Mən o,zaman özümü drama daha uyğun hiss edirəm.İstərdim özümü komediya janrında sınayım.

 

 

 

İzləyicilər sizi serialda gördü bəs teatr'da yadda qalan tamaşalarda oynamaq istərdiniz?

 

 

"Teatr ümumiyyətlə tamam başqa dünyadır.."

 

 

Teatr mənim böyük arzularımdan biridir mənsə arzularımı məqsədə və hədəfə çevirirəm növbəti hədəfim elə məhs teatrdır.Hal-hazırda bunun üzərində çox çalışıram lazımı olan kitablardan qaynaqlanıram,dərslər alıram.İnşhallah çox keçməz ki,izləyicilərimi sevindirərəm düzdür teatr daha çətindir, teatr ümumiyyətlə tamam başqa dünyadır.Orda uğur qazanmaqda çox çətindir ona görədə ikiqat üzərimdə çox işləməliyəm.

 

 

Oyunculuqda nail olmaq istədiyiniz hədəf nədir? Hər kəs tərəfindən tanınan və yadda qalan bir oyuncu olmaq və ya yaratdığınız

 rollarla razılaşmaq?

 

 

Əlbəttə ki, gələcəkdə hər kəs tərəfindən yadda qalan oyuncu olmaq istərəm.Özümə güvənirəm və inanıram ki,bu olacaq.Çünki,heç vaxt istəməmişəm standart çərçivədə qalım və məni standart çərçivənin oyuncusu kimi tanısınlar.

 

 

Bacarığınızın nə qədərini istedada, nə qədərini şansa aid edirsiniz?

 

 

 

Mən düşünürəm ki,bəzən şans daha ön plana gəlir.Çünki,mənə bu şans düşməsəydi bacarıqlı oyunçu ola biləcəyimi bilməyəcəkdim.

 

 

Bizdən sonra yetişməkdə olan nəsil var. İndiki müasir texnalogiyalarla razısınız yoxsa bizim kimi şən dövr yaşamaqlarını istərdiniz?

 

 

Qətiyyən müasir texnalogiyalarla razı deyiləm və indiki uşaqların həyat tərzini bəyənmirəm.Əlbətdəki çox yaxşı olardı ki,indiki uşaqlar real həyatda ünsiyyət qurardılar nəyinki,sosial şəbəkələrdə və virtual aləmdə.Mən çox sevinirəm ki,mənim uşaqlığım sırf indiki dövrə düşməyib.

 

 

Arzularımı məqsədə və hədəfə çevirirəm "Aydan Həsənzadə"

 

 

 

 

 

 

 

 

 


İmtahanda yaratdığınız rolu hər kəs bəyənir tanımadığınız biriləri ilə rastlaşanda sizə nələr söyləyirlər?

 

 

İmtahanda yaratdığım obraz serialın ən müsbət qəhrəmanıdır insanların mənə reaksiyası sırf bu cür olur.Ümumiyyətlə mənim yaratdığım obraz məktəbli və tələbələr üçün ideal tələbə simasıdır deyə valideynlərdə,böyüklərdə məni görəndə həmişə yanlarında uşaq olanda məni onlara nümunə tuturlar ki,mütləq onun kimi oxu,onun kimi ol.Çox mesajlar gəlir ki,mənə mən seriala baxıram sizi görəndən dərslərə marağım artıb,mən artıq sizin kimi oxuyuram,anam deyir ki,get Aydan kimi oxu.Bütün bu sözlər məni çox sevindirir həmdə bu çox məsuliyyətdir belə bir obrazı oynamaq çünki,insanlar çox müsbət qarşılayır məni.

скачать dle 10.3фильмы бесплатно
(səs: 2)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Медицинская лаборатория Центрального Таможенного  Госпиталя получила международный сертификат ISO 15189:2012
Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 beynəlxalq sertifikatını alıb
Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.