А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Deputat: Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi

13.06.19 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 59 | Yazar: Celilova |
Deputat: Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi
 
 
 
 
 
 

Ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı təkcə müzəffər yürüş olmaqla qalmır. Ulu öndər qarşısında qalaqlanmış şər, yalan, iftira hasarlarını dağıtmalı, tərəddüd edənləri inandırmalı, tərəfdaşlarını başına yığmalı idi. Ulu öndərin dahiliyi onda idi ki, bütün bunların öhdəsindən gəlməklə yanaşı, milli dövlətçilik ənənələrini möhkəmlədərək bugünkü qüdrətli Azərbaycanın təməlini qoymağı bacardı. Heydər Əliyev üçün Vətən, xalq, torpaq, xalqın şərəf və ləyaqəti anlayışları ayrılmaz idi.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Hüseynbala Mirələmov deyib.

Deputat bildirib ki, bu gün 1993-cü ilin iyun günlərini xatırlamaq belə təlaş və vahimə doğurur:

"Həmin dövrün dəhşətli siyasi mənzərəsində nələr yox idi: Ermənistanın təcavüzü genişlənirdi, Azərbaycan strateji mövqelərini bir-bir əldən verirdi. Müharibə aparan ölkənin nizamlı ordusu yox idi. Siyasiləşdirilmiş ordu hissələrində intizamsızlıq, qarşıdurma əhval-ruhiyyəsi onun düşmənə qarşı döyüş qabiliyyətini heçə endirmişdi. Hakimiyyət kürsüsü uğrunda gedən çəkişmələr, qruplararası ziddiyyətlər, tayfa münasibətlərini kəskinləşdirən ədavət hissləri, xəyanət və satqınlıqlar dövlət idarəçiliyini heçə endirmişdi.

Əbülfəz Elçibəy prezident olsa da, heç bir siyasi nüfuzu qalmamışdı, Gəncədə Surət Hüseynov özünü hakimi-mütləq hesab edirdi. Ölkədə anarxiya, xaos hökm sürürdü. AXC-Müsavat cütlüyünün tərəfdarları özlərini az qala qoçular kimi aparırdılar, küçənin ortasında sorğu-sualsız əhaliyə divan tuturdular, öz despot "ədalət meyarları” çərçivəsində haqq-hesab çürüdürdülər... Aparılan daxili siyasətin nəticələri ağır idi. Milli münasibətləri qəsdən kəskinləşdirirdilər. Azərbaycan faktiki olaraq parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Ölkə sözün həqiqi mənasında vətəndaş müharibəsinin astanasında idi. Bu millətin əsgərləri torpağına göz dikən düşməndən daha çox, kürəyinə açıla biləcək "qardaş” gülləsindən ehtiyatlanırdı... Hakimiyyət ermənilərin işğalçı hücumlarının qarşısını almaq əvəzinə Gəncəyə hücum planı hazırlayırdı. 1993-cü ilin iyun günləri belə idi”.

H.Mirələmov vurğulayıb ki, həmin illərdə dövlətin sabit xarici siyasət kursu olmadığından ölkənin beynəlxalq aləmdə nüfuzu heçə endirilmişdi, strateji baxımdan mühüm əhəmiyyət daşıyan qonşu ölkələrlə münasibətlərdə soyuqluq yaranmışdı:

 

"Müharibə aparan bir ölkənin iqtisadi durumu böhran həddinə çatmış, xarici iqtisadi əlaqələr pozulmuş və nəhəng sənaye müəssisələri dayanmışdı. Amma təlatüm və fırtınalar xalqın öz qəlbində yandırdığı ümid şamını söndürə bilmirdi. Böyük Azərbaycan ulu Naxçıvandan xəbər gözləyirdi, xalq öz əzəmətli sərkərdəsini soraqlayırdı. Heydər Əliyevi tanıyanlar əmin idilər ki, o, yeri gəlsə, canını qurban verər, ancaq Vətənini, torpağını, xalqını fəlakətdə qoymaz! Ən çətin və mürəkkəb məqamlarda belə xalqına sədaqətli olan, Vətəni Azərbaycanın və doğma xalqının taleyini öz taleyində yaşayan böyük vətəndaş nəhayət ki, qayıtdı, özünü xalqına yetirdi.

Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi. Ulu öndərin öz xalqı, dövləti üçün etdiklərini təkcə bugünkü deyil, gələcək nəsillər də dönə-dönə qiymətləndirəcək və rəhmət oxuyacaqlar.

Hazırda Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edərək qüdrətlənən, beynəlxalq aləmdə öz sözünü deməyi bacaran və sabitlik adası adlandırılan Azərbaycanın dünyanın mühüm beynəlxalq tədbirlərinə ev sahibliyi edən gözəl paytaxtında sizinlə 26 il öncəki hadisələri dəhşətli yuxu kimi xatırlayanda o qara günləri əyani şəkildə yaşamış biri kimi ürəyimin diqtəsi ilə dilimdən şükür və minnətdarlıq kəlmələri qopur: Nə yaxşı ki, bu xalqın Heydər Əliyev kimi fenomen övladı olub... Şükür ki, o, vaxtında qayıdaraq bu dövləti və xalqı xilas edib!”.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Медицинская лаборатория Центрального Таможенного  Госпиталя получила международный сертификат ISO 15189:2012
Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 beynəlxalq sertifikatını alıb
Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.