А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Tovuzda şəhid Zaur Axundovun xatirəsinə həsr edilən taekvondo turniri başa çatıb

01.07.19 | Bölmə: İdman | Baxış: 144 | Yazar: Bakixeber |
 

Ramil Həsənov:"30-dan artıq komandanın qatıldığı bu nüfuzlu  turnirdə  komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazandı”

 

 

"Qala” taekvondo klubunun rəhbəri  "yarışın ən əzimkar məşqçi”si mükafatına layiq görülüb

 

 

Ümid Axundov:”Bu turniri şəhid Zaur Axundovun xatirəsinə həsr etməkdə məqsədimiz odur ki, onun timsalında bütün şəhidlərimizi yad edək”


 

 Şəhidlərin xatirəsini uca tutmaq, onların işıqlı əməllərini daim yaşatmaq üçün dövlət və ictimaiyyət tərəfindən müxtəlif tədbirlər keçirilir. Azərbaycan torpaqlarının ərzibütövlüyü uğurunda şəhid olan Vətən oğullarının xatirəsinə müxtəlif yerli və beynəlxalq əhəmiyyətli idman yarışları turnirləri keçirilir.

Tovuz rayon Gənclər və İdman İdarəsinin dəstəyi  və Zaur Axundov adına Taekvondo Klubunun təşkilatçılığı ilə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Zaur Axundovun xatirəsinə həsr olunan Tovuz rayon Açıq birinciliyi başa çatıb.

Zaur Axundov xatirəsinə həsr olunan taekvondo turnirində "Qala” Taekvondo klubunun da uşaq və yeniyetmə idmançıları böyük nəticə göstərib. "Qala” Taekvondo klubunun rəhbəri, 4-cü qara kəmər sahibi, respublikanın əməkdar məşqçisi Ramil Həsənov "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yarış olduqca gərgin şəraitdə baş tutub və sevindirici haldır ki, yetirmələri bu dəfə də fərqlənməyi bacarıb. "Bu yarış sıradan bir yarış deyildi. Burada Azərbaycandan və ölkəmizdən kənarda fəaliyyət göstərən taekvondo klublarının idmançıları iştirak edirdilər. Bu turnirdə mənim yetirmələrin də uğurla çıxış etdilər. 30-dan artıq komandanın qatıldığı bu nüfuzlu  turnirdə  komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazandı. Bunu "Qala” Taekvondo klubun növbəti uğuru hesab edirəm. İnanıram ki, yetirmələrim başqa turnirlərdə də yüksək nəticələr göstərəcəklər. Bu cür yarışların təşkil edilməsi uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi inkişafında müstəsna rol oynayır. Xalqımızın şəhidlərimizin ruhuna sayğısı sonsuzdur, ehtiramı böyükdür. Şəhid Zaur Axundovun xatirəsinə həsr edilən turnirin də gənclərimiz üçün həm də mənəvi əhəmiyyəti var”-deyə bildirən R.Həsənov qeyd etdi ki, turnirdə Xanmurad Süleymanov I, Mircəfər Cabbarov II, Fatma İsmayılova, Gülnür Musazadə və Hüseyn Səfərli III yerlərə layiq görülüb.

İdmançıların məşqçiləri Ramil Həsənov və idman ustası Fatma Əliyevadır.

Qeyd edək ki, turnirdə taekvondo müəllimlərinə xüsusi təsis edilmiş mükafatlar təqdim edilib. "Qala” Taekvondo Klubunun rəhbəri məşqçi müəllim Ramil Həsənov, "yarışın ən əzimkar məşqçi”si mükafatı ilə təltif edilib.

Turnirin təşkilatçısı və Zaur Axundov adına Taekvondo Klubunun rəhbəri Ümid Axundov da bizimlə söhbətində turnirin əhəmiyyətindən danışdı. Ü.Axundovun sözlərinə görə, şəhid Zaur Axundovun xatirəsinə həsr olunan turnir 14 ildir ki, keçirilir. O, bildirdi ki, ənənəvi olaraq hər il keçirilən turnirdə 31 klub və taekvondo bölmələrindən, eləcə də Gürcüstanın "Rustavi” taekvondo klubundan ümumilikdə 380 uşaq, yenieytmə və gənc taekvondoçu dayanq üzərinə çıxmışdır. Onun sözlərinə görə, 29-30 iyun tarixlərində Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə mükafatçılar, rayon gənclər və idman idarəsinin müvafiq diplom və medalları ilə təltif olunub. "Bu yarış 14 ildir ki, keçirilir. Əvvəllər yarış elektron qaydada keçirilmirdi, adi qaydada keçirilirdi. Yarışda əsasən 4-5 komanda və 60-100 idmançı iştirak edirdi.  Amma son 4 ildir ki, bu turnir çox yüksək səviyyədə, elktron sistemdə, sırf olimpiya qaydası ilə təşkil olunur. İştirakçıların da sayı əsasın 500 nəfərə yaxın olub. Son yarışda 380 idmançı öz güclərini sınadılar. Bu il yarışda həmçinin Gürcüstan taekvondoçuları da iştirak edirdilər. Ümimilikdə turnirə 31 komanda  qatılmışdı. Bu turniri qardaşım şəhid Zaur Axundovun xatirəsinə həsr etməkdə məqsədimiz odur ki, onun timsalında bütün şəhidlərimizi yad edək. Gənclərin idmana marağının artırılmasına, onlarda mənəvi vətənpərvərlik hisslərinin formalaşdırılmasına töhfə veririk”.

Turnirin təşkilində  Tovuz Rayon Gənclər və İdman İdarəsindən, eləcədə rayonun Qarabağ Əlillər Cəmiyyətindən və digər qurumlardan, müəyyən iş adamlarından da dəstək aldıqlarını deyən Ü.Axundov yarışın keçirilməsinə hər hansı bir formada  dəstək göstərənlərə təşəkkürünü də bildirdi.

İradə SARIYEVA

 


Tovuzda şəhid Zaur Axundovun xatirəsinə həsr edilən taekvondo turniri başa çatıb

 

Tovuzda şəhid Zaur Axundovun xatirəsinə həsr edilən taekvondo turniri başa çatıb

 

Tovuzda şəhid Zaur Axundovun xatirəsinə həsr edilən taekvondo turniri başa çatıb

 

Tovuzda şəhid Zaur Axundovun xatirəsinə həsr edilən taekvondo turniri başa çatıb

 

Tovuzda şəhid Zaur Axundovun xatirəsinə həsr edilən taekvondo turniri başa çatıb

 

 

Tovuzda şəhid Zaur Axundovun xatirəsinə həsr edilən taekvondo turniri başa çatıb


 
 
 
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Qusar sakinlərinin çoxdan gözlədiyi SƏRƏNCAM
Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır
“EuroHome”dakı yanğınla bağlı əməliyyat müşavirəsi keçirilib
Tanınmış ifaçı Mehrim Hüseyn yeni mahnısını ictimayyətə təqdim edib
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
Ramil Usubov:
“Peşəkar  fəaliyyətləri ilə insanlara örnək olan FUAD ƏHMƏDOV.”
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi - FOTO
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub
Prezident İlham Əliyev Heydər Əliyevin doğum günü münasibətilə video paylaşıb - VİDEO
Azərbaycanda koronavirusla bağlı komendant saatı tətbiq edilə bilər
DMX əcnəbilərə göstərdiyə xidmətlərə dəyişiklik etdi
Rusiya koronavirusa yoluxanların sayına görə İranı geridə qoydu
Milli Məclisin növbəti iclasının gündəliyinə 26 məsələ daxildir
Ünvanlı dövlət sosial yardım alanlar üçün MÜHÜM XƏBƏR
190 manat üçün müraciət edənlərin nəzərinə: Cavab gəlməyibsə...
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.