А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“CinemaPlus Amburan”da “Kino Gecəsi”

03.07.19 | Bölmə: Mədəniyyət | Baxış: 67 | Yazar: Celilova |
“CinemaPlus Amburan”da “Kino Gecəsi”
 
 
 
 

İyul ayının 6-dan 7-nə keçən gecə "CinemaPlus Amburan Mall” kinoteatrında üç filmin nümayişi ilə "Kino Gecəsi” keçiriləcək.

Saat 23:00-dan səhər saat 07:00-dək qonaqlara "Yaraşıqlı, pis, əclaf” ("Cinemazadeh” studiyasında hazırlanmış Azərbaycan dublyajı və rus dublyajı”), "Anonim qatillər klubu” ("Cinemazadeh” studiyasında hazırlanmış Azərbaycan dublyajı və rus dublyajı”) və "Stokholmda bir gün” (rus dilində Azərbaycan altyazıları ilə) filmləri nümayiş olunacaq.

Bütün gecəni səhərədək DJ-in dinamik musiqi ilə parlaq çıxışı tamaşaçıları əyləndirəcək. Həmçinin tədbirdə alkoqollu və alkoqolsuz içkilər olacaq.

"Yaraşıqlı, pis, əclaf” filmi real hadisələr əsasında çəkilib və ən məşhur qatillərdən biri haqqında danışır. Ted Bandi yaraşıqlı və xarizmatikdir, onu görən qızlar lap özlərini itirirlər. Əsl məhəbbət arzusunda olan Elizabet də onlardan biridir, o, ilk baxışdan Tedə vurulur.

Xoşbəxtliyin zirvəsində olduğunu zənn edən vaxt Ted həbs olunur - onu qadınları xüsusi amansızlıqla öldürməkdə ittiham edirlər. Zərif, ağıllı və mədəni bir oğlan qəddar manyak ola bilərmi? Sevimli və əziz Ted… Kimdir o? Yaraşıqlı kişi, sevimli ata, yoxsa Amerika tarixinin ən qəddar cinayətkarı?

"Anonim qatillər klubu” filmində bir neçə əfsanəvi və peşəkar muzdlu qatil gizli yerlərin birində yığışırlar. Orada onlar öz həmfikirləri arasında ani şiddətlərini boğmağı öyrənirlər.

ABŞ senatorunun ölüm gecəsi günü kluba yeni sirli üzv daxil olur və bununla da fikir ayrılıqları başlayır. Hər kəs bir-birindən şübhələnməyə başlayır. "Stokholmda bir gün” kriminal dramında 1973-cü ildə baş vermiş rezonans doğuran bir cinayət haqqında danışılır. Azad olunandan sonra girovların davranışı ictimaiyyət tərəfindən ciddi təəccüb ilə qarşılanır, çünki girovların hamısı onları incidənlərə rəğbət bəsləyirdilər.

Məlumdur ki, oğrulara vəkil xidmətlərinə görə qurbanların özləri öz təşəbbüsləri ilə ödəniş edirdilər. Bundan sonra qurbanın öz oğrusuna rəğbət bəsləməsi halını hər yerdə "Stokholm sindromu” adlandırmağa başladılar. Filmi real hadisələr əsasında Robert Budro çəkib. Filmin premyerası 2018-ci ildə "Tribeca” kinofestivalında baş tutub, böyük ekranlarda isə bir il sonra çıxıb.

Biletləri onlayn və "CinemaPlus Amburan Mall” kinoteatrının kassalarından əldə etmək olar.

Biletin qiyməti: 15 AZN. VIP 25 AZN.

Əlavə məlumat: 012 499 89 88 və ya 119

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sizi sevindirməyə hazırdır.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Sosial mənzillərlə bağlı ŞOK TƏKLİF: Evi olmayanlar...
Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
Şəkidə atraksiondan yıxılan tələbə qız üçün Bakıdan həkim çağırıldı
Çimərlik mövsümünün qurbanları - Bu il 47 nəfər ölüb
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Bu gün 4 rayonda qaz olmayacaq
Dövlət Miqrasiya Xidmətinin rəisindən tələbələr üçün maraqlı təklif
Bu gün 164 mindən çox şagird birinci sinfə gedir
İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Millət vəkili Rüfət Quliyev Ukrayna və Azərbaycan arasında əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə fəxri diplomla təltif olunub
Maştaga qəsəbəsində
İcra başçısı Ağcabədidə Füzulidən olan məcburi köçkünlərlə görüşüb
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb
Bu il 124 nəfər dərmandan zəhərlənib
Bakının “ən xəstə” rayonları bəlli oldu - SİYAHI
Bakı polisi yeni dərs ilinin başlaması ilə bağlı tədbirə başladı
Özünüməşğulluq proqramı üzrə yeni peşəkar təlimçilər hazırlanır
Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.