А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Vətən uzaqda deyil

04.07.19 | Bölmə: Cəmiyyət | Baxış: 24 | Yazar: Celilova |
Vətən uzaqda deyil
 
 
 
 
 
 

İxtisasca jurnalist olsam da, yazı yazmağa o qədər də meyilli deyiləm. Adətən fikirlərimi qısa və konkret şəkildə sosial şəbəkə üzərindən bölüşürəm. Amma jurnalist həmkarımın TV proqramı və dolayısıyla Diasporla İş üzrə Dövlət Komitəsinin media işi haqqında yazmaya bilməzdim. Hər şeydən əvvəl proqramın adının məni qane etdiyini bildirmək istərdim -"Vətən uzaqda deyil". Məncə, bu adi bir başlıq, adi bir söz deyil. Bu ifadədə Vətənə bir çağırış var! Vətəni unutmamağa çağırış, birliyə çağırış var. Bunlar bu gün Azərbaycana o qədər lazımdı ki...onu sözlə belə ifadə etmək olmur.

İzləyənlər bilir ki, söhbət Diasporla İş üzrə Dövlət Komitəsinin İTV-də yayımlanan proqramından və ümumiyyətlə onların diaspor siyasətinin əsas şüarından gedir. Məncə "Vətən uzaqda deyil" bu sahədə ən uğurlu ad və şüardır. Bu günlərdə proqramın Almaniyadan hazılanan buraxılışı yayımlandı. Anonsunu fb-da görmüşdüm deyə, oturub baxdım. Doğrudur, gecə saat 12-də və ya 1-də efirə verilən proqramı Azərbaycan tamaşaçısının izləməsi o qədər də ağlabatan deyil, amma xaricdə yaşayan soydaşlarımız baxırlar. Hətta İtaliyada yaşayan rəfiqəm belə mənə bu verilişdən danışmışdı. Bəzilərinin də sosial şəbəkədə verilişə necə maraq göstərdiklərinin şahidi olmuşam. İzlədiyim proqramda həmkarım Vəsilə Vahidqızı Almaniya səfərində orada yaşayan bir qrup azərbaycanlı ilə görüşüb, Berlindəki "Qarabağ" və "Old Baku" restoranlarından reportaj hazırlamışdı. Maraqlı və vacib idi. Ona görə maraqlı idi ki,adətən belə düşünürük ki, daha doğrusu, belə bir rəy yaradılır ki, guya ermənilər Qarabağ adından daha çox istifadə edir və bu addan dünyada bizim də istifadə etməyimizə əngəllər törədirlər. Amma fakt bu idi ki, Berlinin mərkəzində "Qarabağ" restoranı fəaliyyət göstərir, həm də orada yaşayan azərbaycanlılara məxsusdur. Hər iki restoran ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi ilə bağlı xaricilərə kifayət qədər məlumat verirmiş. Deməli, bu məişət obyekltləri də bir informasiya daşıyıcısıdır, onları tanımağımız gərəkdir. Ona görə də bu kimi verilişlərin yayımını həm də vacib saymaq lazımdır. Ümumiyyətlə, Diasporla İş üzrə Dövlət Komitəsi son illər olduqca uğurlu layihələrə imza atıb, xaricdə yaşayan azərbaycanlıların birləşməsi üçün mümkün olandan da artığını edib. Hər şey bir yana, diaspor gənclərinin yay düşərgələrinin keçirilməsi Azərbaycan diasporuna ən böyük xidmətlərdən biridir. Yaxın-uzaq ölkələrdə yaşayan, fərqli mədəniyyətlərə sahib olan insanları birləşdirmək, vahid ideyaya kökləmək oldiqca çətindir. Lakin bu birləşmənin təməli doğru qoyulursa, iş birə beş azalır. Məncə Komitənin sədri Fuad Muradovun ən böyük xidməti, elə o sağlam təməlin qurulmasındadır.

Bu yaxınlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransanın Nant şəhərində "Qarabağ" məktəbinin açılması, diasporumuzun bu şərəfli işi uğurla həyata keçirməsi insanı yalnız qürurlandırır. Bundan başqa elmi diasporun bazasının yaradılması, xaricdə yaşayan azərbaycanlılar üçün asan xidmətin təşkili, Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın problemlərinin həlli üçün addımlar atmaq, xaricdə yaşayanlara Azərbaycan dilini öyrətməyə çalışmaq və s bunlar bir ilin, iki ilin işi deyil, bunlar tez bir zamanda həyata keçirilən on illərin işidir. Mən "Vətən uzaqda deyil" proqramını izlədikcə, Diaspor TV-nin xaricdə yaşayan azərbaycanlıların səsinin eşidilməsi üçün geniş imkanlar açdığını, media ilə işin keyfiyyətli qurulduğunu gördükcə, Komitə rəhbərinin ölkə Prezidentinin ən uğurlu kadrlarından olduğuna bir daha inanıram. Onun bütün müzakirələrə açıq olması, dinləməyi bacarması, problemləri aşkarlamaq və həll etmək qabiliyyəti danılmazdır. İzlədiyim proqramda Almaniyada təşkil olunan tədbir və açıq müzakirələr yaddaşıma köçdü. Komitə sədrinin hər kəsi dinləmək üçün onun yanına getməsi diasporu möhkəmləndirməyin üsullarından biridir. Azərbaycan tamaşaçısının da bunu bilməsi, görməsi aramdakı körpüləri daha da möhkəmləndirir. Verilişə baxa-baxa düşündüm ki, doğrudan da Vətən uzaqda deyil, harda yaşamağımızdan asılı olmayaraq... Həm də onu düşündüm ki, "Vətən uzaqda deyil" proqramı və ümumiyyətlə bu şüar Vətəni ondan uzaqda yaşayanlara çox-çox yaxınlaşdırdı.

 

Fatimə  Paşayeva


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib
Türkiyə “S-400”lərə görə NATO-dan çıxarılacaq?
Azərbaycanda aqro ekoturizm genişləndirilir
Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb
Azərbaycanda qoruqlarla bağlı - - YENİ QAYDALAR
“CinemaPlus”da “Super Yay” aksiyası
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda boşanmaların sayı artıb
Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə yeni layihəyə start verilir
Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır
“Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Rayonlarda yağıntılı hava davam edəcək
Ulu Öndərin ideyaları füzulililərin qəlbində əbədi yaşayacaq
“CinemaPlus”da çoxdan gözlənilən aksiya
Qubada kütləvi zəhərlənmə
Gürcüstandan “Keşikçidağ”dakı insidentlə bağlı bəyanat: İmkan verin, işimizi görək
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb
Deputatlar tətilə çıxdılar
Şəki Xan Sarayında baş verən hadisə ilə bağlı rəsmi AÇIQLAMA
Azərbaycanda meşənin içində narkotik plantasiyası salıblar
Rusiya yeni raketini havaya qaldırdı
Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ
Azərbaycanda zəlzələ olub
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.