А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı şərtlər açıqlanıb

10.07.19 | Bölmə: Təhsil | Baxış: 458 | Yazar: Celilova |
Ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı şərtlər açıqlanıb
 
 
 
 
 
 
 
Dövlət İmtahan Mərkəzi beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ilə bağlı şərtləri açıqlayıb.

Melumat-merkezi.az  xəbər verir ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq hüququna malikdirlər.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

- Beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;

- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;

- Beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.

"Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar”, "Beynəlxalq fənn olimpiadalarının siyahısı”, "Respublika fənn olimpiadalarının siyahısı” və "Beynəlxalq müsabiqələrin və yarışların siyahısı” Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunub.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri 3-14 iyun tarixlərində aşağıda göstərilən sənədləri Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə, Şəmkir) təqdim etmişlər: - Ümumi qaydada təsdiq olunmuş "Abituriyentin elektron ərizəsi” formasının surəti; - Beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin əsli; - Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı yuxarıda qeyd olunan sənədlərin əsli ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.

Sənədlər təqdim olunduqdan sonra onların həqiqiliyi və təqdim edən şəxslərə məxsus olması DİM tərəfindən araşdırılır və araşdırmaların nəticələri barədə abituriyentlərə məlumat verilir. Sənədlərinin həqiqiliyi və onlara məxsus olması təsdiqlənən şəxslər 15-30 iyul tarixlərində DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədikləri ixtisasın kodunu yazılı şəkildə bildirməlidirlər.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər sənədlərlə yanaşı, həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər.
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Komitə qadağa qoysa da, ATV-nin keçmiş prezidenti əməl etmir
Deputat qəbul keçirib
“Hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır
Cəmiyyətdən təcrid olunmuş yeniyetmələr topluma yenidən qazandırılacaq
Deputat Rüfət Quliyev seçiciləri qəbul edib
Sabah güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
Ramiz Mehdiyev keçmiş nazirə yeni vəzifə verdi
Kolleclərdən tələbələrə “PANDEMİYA TÖHFƏSİ”: Təhsil haqları artırıldı
Sabah küçəyə çıxmaq təhlükəli ola bilər
Ermənistanın çiynində Xocalı faciəsi kimi ağır cinayətlər var” - İtaliyanın sabiq səfiri
Müəllim olmaq istəyənlərin nəzərinə
Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
ÜST məktəbləri təhlükə adlandırdı – Dərslər başlamayacaq?
ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
Bayram günləri elektrik qatarları necə işləyəcək?
Azərbaycanda koronavirusla bağlı şad xəbər – Rəsmi
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
“CinemaPlus”dan sosial dəstək - FOTO/VİDEO
Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək
Su ehtiyatlarının azalması sürətlənir
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi AÇIQLANDI
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.