А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Ulu Öndərin ideyaları füzulililərin qəlbində əbədi yaşayacaq

15.07.19 | Bölmə: Cəmiyyət | Baxış: 38 | Yazar: Celilova |
Ulu Öndərin ideyaları füzulililərin qəlbində əbədi yaşayacaq
 
 
 
 
 
 
 

 Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən 50 il ötür. 1969-cu ilin 14 iyulunda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev Azərbaycanı çox qısa müddətdə inkişaf etmiş sənaye ölkəsinə, inkişaf etmiş diyara çevirə bildi. Azərbaycanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi geniş qeyd edilir, dahi şəxsiyyətin xalqı və milləti qarşısındakı misilsiz xidmətləri minnətdarlıq duyğuları ilə anılır. Çünki Azərbaycanın, o cümlədən Füzuli rayonunun inkişafı, intibahı dahi şəxsiyyətin adı ilə bağlıdır.

Melumat-merkezi.az xəbər verir ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələnə kimi Azərbaycan SSRİ-nin ən geridə qalmış rayonlarından olan Füzulidə kənd təsərrüfatının, iqtisadiyyatın inkişafı məhz 1969-1982-ci illərə təsadüf edir. 

Ulu öndər Heydər Əliyev Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi dövrdə 2 dəfə Füzuli rayonunda olmuş, kolxoz və sovxozlara baş çəkmiş, rayonun əməkçiləri ilə görüşmüşdür. Ulu öndər Heydər Əliyevin Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi dövrdə Füzulidə sənaye istehsalı, o cümlədən kənd təsərrüfatının ayrı-ayrı sahələri – heyvandarlıq, taxılçılıq, üzümçülük, baramaçılıq,bostan-tərəvəz istehsalı bir neçə dəfə artmışdır. Taxıl, pambıq və üzüm istehsalında fərqləndiyinə görə rayonun 27 əməkçisinə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdir. Arayatılı kəndindən olan pambıqçı Şamama Həsənova isə 2 dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

1993-cü ilin ortalarında ölkədə yaranmış son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını cəsarətlə çiyinlərinə götürdü. Qısa müddətdə ölkədə mərkəzi hakimiyyəti möhkəmləndirmək, siyasi sabitliyə nail olmaq, orduda ruh yüksəkliyi yaratmaq, vahid komandanlığı bərpa etmək kimi həlli vacib məsələlər öz həllini tapmalıydı. Təbii ki, bu cur çətin yükün öhdəsindən ancaq Ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyət gələ bilərdi. Məhz, Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra ermənilərin torpaqlarımıza hücumlarının qarşısı alındı, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı ilə Qarabağ müharibəsində dönüş yaradıldı. Horadiz əməliyyatından əvvəl Ulu öndər Heydər Əliyevin cəbhə xəttində əsgər və zabitlərlə görüşməsi, onların qarşısında çıxış etməsi orduda xüsusi bir ruh yüksəkliyi yaratdı, Azərbaycan əsgərinin qələbə inamını özünə qaytardı.

Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü il yanvar ayında Ulu Öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edildi. Düşməndən azad olunmuş yaşayış məntəqələrində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparıldı, yandırılmış və dağıdılmış evlər, infrastruktur obyektləri bərpa olundu, məcburi köçkün ailələri üçün yeni qəsəbələr salındı, müxtəlif şəhər və rayonda məskunlaşan füzulili məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdılar.

Hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 70 minə yaxın insan yaşayır, işləyir və öz uğurlu gələcəklərini qururlar. Öz torpaqlarında, isti ocaqlarında yaşayan füzulililər daima Ulu öndər Heydər Əliyevi minnətdarlıq hissi ilə anırlar. Çünki onlara bu torpaqlarda yaşamaq sevincini Heydər Əliyev bəxş edib. 

Düşmənlə təmas xəttində yerləşən Füzuli rayonunda bu gün də həyatın bütün sahələrində qazanılan uğurların təməlində Heydər Əliyev ideyaları, onun müdrik strategiyası dayanır. Ulu öndər Heydər Əliyevin ideyaları, dövlətçilik siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ulu öndər Heydər Əliyev əbədiyyətə qovuşsa da onun ideyaları, siyasi kursu füzulililərin qəlbində əbədi yaşayacaqdır. Çünki bu dahi şəxsiyyət bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr edib. Bu qiymətli ömrün hər anı, hər günü Vətənə, xalqa sədaqət nümunəsidir.

Füzulililər hər zaman olduğu kimi bu gündə Heydər Əliyev ideyalarına, onun siyasi kursuna sadiqdirlər. Ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşiblər, onu sevirlər və dəstəkləyirlər.

Füzulililər inanırlar ki, Nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı və siyasi kursu yaşayacaq.

 


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Teletənqidçilər TV-ləri nişan aldı
227 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.