А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib

20.07.19 | Bölmə: Cəmiyyət | Baxış: 86 | Yazar: Celilova |
Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib
 
 
 
 
 
 

 

İyul ayının 19-da Lənkəran şəhərində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun təşəbbüsü və deputat Rüfət Quliyevin təşkilatçılığı ilə bakılı və yerli sahibkarların işgüzar görüşü keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə 60-a yaxın sahibkar və KİV nümayəndələri iştirak edib.

Melumat-merkezi.az xəbər verir ki, görüşü giriş sözü ilə açan Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev son illərdə ölkədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu iqtisadi kursun reallaşmasında kiçik və orta biznesin mühüm rolundan ətraflı bəhs edib, ölkə rəhbərinin bu sahənin inkişafına verdiyi böyük önəmi, ölkədə sahibkarlığın genişlənməsi üçün yaradılan münbit zəmini, qəbul edilən çoxsaylı qərarları xüsusilə vurğulayıb.

Lənkəran rayonunda da sahibkarlığın genişlənməsinə xüsusi diqqət yetirildiyini qeyd edən deputat bildirib ki, bugünkü görüşün keçirilməsi Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun kiçik və orta biznesin inkişafına hərsahəli qayğısının bariz faktıdır.

Rüfət Quliyev görüşün məqsədini açıqlayaraq nəzərə çatdırıb ki, bura yığışan sahibkarlar geniş fikir mübadiləsi aparıb, bir-birlərinə qarşılıqlı kömək məsələlərini, yeni sahə və filialların yaradılması barədə fikirlərini bölüşməli, qazandıqları uğurlar və rastlaşdıqları çətinlikləri də müzakirə etməlidirlər.

Bakıdan təşrif buyurmuş sahibkarların fəaliyyət sahələri barədə məlumat WeClub-un rəhbəri İradə xanım Zeynalova tərəfindən verildikdən sonra qonaqlarla yerli sahibkarların ətraflı tanışlığı baş tutub.

Bundan sonra fikir mübadilələri ətrafında müzakirələr başlanıb.

Müzakirələrdə çıxış edən "Cənub Aqrar” MMC-nin rəhbəri Emin Cəbizadə, "Bağçam uşaq bağçaları”nın rəhbəri Samirə Muxtarova, "Astara Çay” MMC-nin rəhbəri Şirqasım Məmmədov, "Bakı Tourist Hostinq Offise”nin nümayəndələri Tərlan Yusubov və Vüqar İbrahimov, "Diamond Hotel”inin Rüfət Əbilov, sahibkar Elyar Cəfərov, "Kiçik Qızılağac Balıqartırma” müəssisəsinin rəhbəri Dadaş Abasov, "Life Guard” Şirkətinin nümayəndələri Orxan Qasımov və Həcər Xəlilova, "WeClub”un nümayəndəsi Zaur Murtuzayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin sektor müdiri Mikayıl Cəfərzadə, "Lənkəran” qəzetinin redaktoru Əlimardan Əliyev və başqaları sahibkarlıq xüsusilə də kiçik və orta sahibkarlığın inkişafından geniş danışıb, uyğun sahələrin bir-birinə qarşılıqlı kömək imkanlarını qeyd ediblər. Gələcək əlaqələr üçün vizit kartları mübadiləsi edən sahibkarlar tədbirin böyük əhəmiyyətini xüsusilə vurğulayıblar.

Sonda tədbiri yekunlaşdıran Rüfət Quliyev tədbirin keçirilməsi və yaradılan şərait üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova təşəkkürünü bildirib, qeyd edib ki, gələcəkdə də belə görüşlər mütamadi olaraq keçiriləcək, festivallar, sərgilər, təcrübə mübadilələri təşkil olunacaq.

Görüşdən xoş təəssüratla ayrılan qonaqlar "Lənkəran Çay-5” Çay fabrikində əkin və istehsal sahələrinin işi ilə də tanış olublar.

 



скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.