А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“CinemaPlus”da “Jara”: ən ulduzlu komediya filminin nümayişi keçirildi - FOTO/VİDEO

29.07.19 | Bölmə: Mədəniyyət | Baxış: 283 | Yazar: Celilova |
“CinemaPlus”da “Jara”: ən ulduzlu komediya filminin nümayişi keçirildi - FOTO/VİDEO
 
İyulun 26-da "CinemaPlus Amburan Mall” premium kinoteatrında "Jara” - ilin ən ulduzlu komediya filminin qapalı premyerası keçirilib.

Filmi ilk izləyənlər oğlu Əli ilə Emin Ağalarov, uşaqları Alla-Viktoriya və Martin ilə Filip Kirkorov, həyat yoldaşı ilə Denis Klyaver, Anita Tsoy, Vadim Vernik, Maqomed Murtazaiev, Aygün Kazımova, Cəfər Axundzadə, Dilarə Kazımova, Səmra Rəhimli, Ceyhun Zeynalov (Jin), Tural Əsədov, Emil Abbasov, həmçinin, "Zhara Music” leyblının baş prodüsseri Bahh Tee və artistləri EL'MAN, Zombi və Ellai olub.

Baş prodüsser müəllifi olaraq Emin Ağalarov bütün qonaqları salamlayıb, kinoya baxaraq yaxşı vaxt keçirməyi arzulayıb və Bakı yayının bənzərsiz ab-havasına və "JARA” festivalının səhnəarxası həyatına dalmağa dəvət edib.

"Belə bir lirik komediyanın ideyası çoxdan fikirlərdə var idi. İstənilən musiqi festivalı miqyaslı hadisədir, yüzlərlə artistlər gəlir və televiziya efirində görünməyən səhnəarxası həyat hər zaman qaynayır. Məhz bu haqda biz təkcə aktyorların iştirakı ilə deyil, həm də real ulduzların iştirakı ilə bədii romantik film çəkmək qərarı verdik”, - deyə Emin süjetin təfərrüatını bölüşüb.

"Team Films” kino şirkətinin çəkiliş komandasına rəhbərlik edən, ideya müəllifi və prodüser Teymur Cəfərov nitq söyləyib. Bundan başqa, kreativ komandaya rejissor Dunya Lisova, quruluşçu rəssam Maksim Alipçenko və quruluşçu operator Vasiliy Rıjkov daxildir.

Filmin çəkilişləri "Jara” beynəlxalq musiqi festivalı çərçivəsində 2018-ci ilin iyul ayında Bakıda baş tutub. Belə bir lokasiyasının və çəkilişlərin vaxt seçimi film yaradıcılarına bir neçə günlük Rusiya və Azərbaycanın əsas ulduzlarını bir araya yığmaq imkanı yaradıb. Buna görə layihəyə cəlb olunan məşhurların sayına görə film rekorda iddia edə bilər.

Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, Emin, Valeriya, İosif Priqojin, Timati, Eqor Krid və başqaları iştirak ediblər.

Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən "Jara” festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və "Jara” festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir.

Qeyd edək ki, Pojarskaya "Otel Eleon” serialında, eləcə də, Emin Ağalarovun "İnanılmaz” və "Wicked Game” mahnılarına çəkilmiş kliplərdə rol alıb.

Filmdə Bakıya gələn Daşanı festivalın digər ulduz iştirakçıları ilə birlikdə çoxsaylı macəralar gözləyir.

Tədbirin təşkilində dəstək göstəriblər: "Cinema Distribution”, "Taksim Kebap” restoranı, "Badam Patisserie” şirniyyat evi, "Xan 1860” - çaxır "Karabakh” (Göygöl çaxır zavodu), "Жара” energetik içkisi, "Light in Black”, "Decor&Events By T.A.” dekor şirkəti, "Şeh su” və "Basilur”.

Ən ulduzlu, qızğın və romantik komediya sentyabrın 5-dən etibarən nümayiş olunmağa başlayacaq!

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.İyulun 26-da "CinemaPlus Amburan Mall” premium kinoteatrında "Jara” - ilin ən ulduzlu komediya filminin qapalı premyerası keçirilib.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az