А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

4- cü Bakı VEGAN BOOM-u baş tutdu

30.07.19 | Bölmə: Cəmiyyət | Baxış: 38 | Yazar: Celilova |
4- cü Bakı VEGAN BOOM-u baş tutdu
 
 
 
 
 
 
 
 

Dünya mətbəxində trend sayılan VEGAN BOOM-un artıq 4- ildir ki, Bakı ənənəsi də formalaşıb.

Sağlam həyat tərzi layihəsinin ideya müəllifi və baş təşkilatçısı Boomerang Label şirkətinin dəstəyi ilə təşkil olunan Bakı VEGAN BOOM-ları hər dəfə bir-birindən fərqlənir.

Elə 4- cü VEGAN BOOM da vegeterian mətbəxini sevənlərə ayrı bir abu-havada təqdim olundu.

İlk dəfə Bakı VEGAN-BOOM-u açıq havada əsl piknik şousuna çevrildi. 150 nəfərin iştirak etdiyi piknik şouda Ukraynadan dəvət olunmuş məşhur veqan aşpazı Konstantin Stolyarov "Zeytun bağları” yağlarından istifadə edərək, dadlı vegeterian yeməkləri bişirib, qonaqlara təqdim etdi. İştirakçılar xüsusi hazırlanmış furşet masasında sağlam vegeterian təamlarının dadına baxaraq, zeytun yağının faydası haqqında məlumatlandırıldılar.

Konstantin bildirdi ki, vegan yeməklərinin ölkəmizdə istehsal edilən "Zeytun Bağları” yağları ilə hazırlanması təsadüfi deyil. Onun sözlərinə görə, yerli istehsal olan bu yağlar qatqısız və sağlam qidalanan insanlar üçün uğurlu seçimdir. Ona görə də, ukraynalı aşpaz yeməklərini məhz bu yağlarla hazırlamağa üstünlük verir.

3 dəfə qidalanma ilə baş tutan Bakı VEGAN BOOM-unda bu günə qədər bəlli olmayan vegeterian yeməklərinin hazırlanma qaydaları da öyrədildi. Məşhur aşpaz Konstantin Stolyarov qonaqlara səhər yeməyində kokos südündə, giləmeyvəli "çia” sıyığının, fındıqlı biskivitin hazırlanma qaydasını öyrətdi.

Konstantinin nahar üçün hazırladığı pomidor souslu düyü, mərci pətəsi, ədvalı noxud insanı gün ərzində tox tutmağa hesablanıb.

VEGAN BOOM-un ən təəccüblü və yadda qalan yeməyi isə vegan ət kababı oldu. Şam yeməyində təqdim olunan vegan ət kababı və sorvetlər damaqlara xüsusi dad qatdı. Dondurma deserti isə əvəzolunmaz dad bəxş etdi.

Yemək reseptləri ilə yanaşı qonaqlar, həm də peşəkar kouç biznes təlimçi – Elçin Əzimlinin maraqlı və faydalı "Həyat balansını necə qurmalı” seminarına qatılmaq imkanı qazandı.

Bu barədə iştirakçılara faydalı məlumat verən Elçin Əzimlinin "DAN ULDUZU” romanının təqdimatı və imza mərasimi də keçirildi. Qonaqlara kitab hədiyyə edildi.

4-cü VEGAN BOOM-un bu dəfə təşkil olunduğu məkan da fərqli idi. Dreamland Golf Club-da baş tutan tədbirə iştirakçıların gediş-gəlişi də pulsuz təşkil olunmuşdu. 4-cü Bakı VEGAN BOOM-u xüsusi çalarlarla yadda qaldı.


 

 

 
 
 
 
 
 
 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Teletənqidçilər TV-ləri nişan aldı
227 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.