А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Teletənqidçilər TV-ləri nişan aldı

31.07.19 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 92 | Yazar: Celilova |
Teletənqidçilər TV-ləri nişan aldı
 
 
 
 
 
 

Çoxarvadlılığın təbliği, "şpaqat” açanlar, lüğətimizə gətirilən unikal söyüşlər, canlı efirdə musiqi arasında bir-birinə deyilən ədəbsiz sözlər...

Televiziya kanallarımızdan danışdıqda göz önünə gələn mənzərə, yəqin ki, hamımızda eynidir.

Lakin müharibə şəraitində olan bir ölkənin TV kanallarında hərbi vətənpərvərlik verilişlərinin sayı, demək olar ki, yox dərəcəsindədir. 

Bəs, görəsən, bunun səbəbləri nədir? Necə mübarizə aparmalıyıq? Televiziya kanallarımız nə üçün bu yolu seçiblər?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib ki, cəmiyyətin "qaymaqlar”ı, tanınmış ziyalıları, alimləri, peşəkar insanlar, cəmiyyət arasında nüfuzu olan şəxslər ekranda olmalıdır:

"Ümumilikdə televiziya vitrindir. Vitrinə də adətən ən yaxşı məhsulları qoyurlar. Təəssüf, səviyyə o dərəcədə aşağı düşüb ki, bu gün cəmiyyətdə heç bir nüfuzu olmayan, heç bir dəyər daşımayan, yəni xalq qarşısında heç bir xidməti olmayan, sadəcə şou əhli olduğuna görə müəyyən qrup insanları əyləndirə bilən və buna görə də maraq doğuran bu insanlar ekranlarda görünür. Bütün televiziyaların əyləncə resursu məhz bu adamlardan ibarətdir. Əlbəttə, sənət adamları, müğənnilər arasında ziyalı insanlar da var. Ancaq aparıcı olan bu xətt deyil. 

Ona görə mən düşünürəm ki, bunu kimlər edir? Niyə görə bu siyasət bu dərəcədə dərin kök atıb? Niyə cəmiyyətdə bu adamlar öndədir? 

Hər cəmiyyətin özünün dəyərləri var. Heç vaxt ola bilməz ki, bu xalqın dəyəri şou əhli olsun. Yəni yeni nəsil üçün, auditoriya üçün, cəmiyyətin özü üçün yanlış xətdir. Bunun əks təsiri var. Ona görə də bu gün cəmiyyət bu televiziyalardan üz döndərib, informasiyanı başqa kanallarda axtarır, o cümlədən heç də Azərbaycana dost olmayan televiziya kanallarına baxılır”. 

Professor hesab edir ki, bu, bütövlükdə ictimai şüuru zədələyir. 

"Vətənpərvərlik mövzusuna gəlincə, hansısa zədəli imici olan müğənni əsgər geyimində mahnı oxusa, bu, cəmiyyətə təsir edəcək? Bunlar hamısı illüziyalardır. Bununla auditoriyanı aldatmaq olmaz. Televiziya həm də ictimai əxlaqdır, dərsdir, düşüncə, geyim, danışıq dəbidir. Ona görə də televiziyada hər şeyə diqqət yetirilməlidir. 

Təəssüf ki, bu insanların əxlaqına, davranışına sirayət edir. Yəni onlar hesab edirlər ki, davranış bu cür olmalıdır, fikirlər bu cür səsləndirilməlidir, debatda həyasızlıq edilməlidir, əxlaq və tərbiyəni bir kənara qoyub tamamilə başqa hərəkətlər nümayiş edilməlidir. Yəni bunlar hamısı ictimai əxlaqı zədələyir, insanların şüurunda ağır yük qoyur. 

Doğurdanmı, bizim cəmiyyət televiziyalarda göstərilən kimidir, dəyərlərimizə bu dərəcədə sayğısızıq? Bunların hamısı üst-üstə gələndə televiziyaları gözdən salır”, - o əlavə edib.

Media eksperti Zeynal Məmmədli isə hesab edir ki, kimlərsə bu məsələdə reklam bazarını bəhanə gətirir, lakin bu kimi məsələlər də peşəkar yanaşmanı inkar edə bilməz:

"Bu halda televiziya tamaşaçısının nə istədiyini müəyyən etmək lazımdır. Bunun üçün sosial sorğuya ehtiyac var. Televiziyaların hər biri kiçik vəsait qoysa, auditoriyanı öyrənə bilər. Bu, onların hər biri üçün vacibdir. Auditoriyanı öyrənməyin ucuz yolları da var. Bunun üçün peşəkarlara müraciət etmək lazımdır.

Bütövlükdə auditoriyanı öyrənmək üçün isə böyük vəsait tələb olunur. İndiyədək belə bir təşəbbüs olmayıb, ancaq bu, bizə çox lazımdır. Biz bilməliyik ki, auditoriya özü nəyi görmək istəyir. Auditoriyanı genişləndirdikdə televiziya nüfuz qazanır. Təəssüf edirəm ki, bu gün ən baxımlı verilişin 300 min auditoriyası var. 10 milyonluq əhalisi olan ölkə üçün bu, çox aşağı göstəricidir. İlk addım, dediyim kimi, auditoriyanın istəyinin öyrənilməsi olmalıdır”.

Ekspertin fikrincə, sosial, siyasi, iqtisadi, mədəni verilişlər elə qurulmalıdır ki, onlar həm maraqlı, həm də faydalı olsun:

"Bu, peşəkarlıq baxımından çox ciddi problemdir. Mövzuya bələd olan, bu mövzunun dərin qatlarını aça bilən şəxslərə ehtiyacımız var. Bu insanların jurnalist olması vacib deyil. Bu cür insanlarla, ekspertlərlə müqavilələr bağlanmalı, onlara müvafiq ödənişlər edilməlidir. Peşəkar yanaşma bunu tələb edir. Azərbaycan reallığında bunun üçün böyük məbləğə ehtiyac yoxdur. Az məbləğlə böyük problemləri həll etmək mümkündür. Ancaq bizim televiziyalarımız bu gün ən ucuz yola gedirlər. Kapital qoyub, uzunmüddətli strategiya müəyyənləşdirib vətəndaş yetişdirə biləcək verilişlər hazırlamaq lazımdır”.

Z.Məmmədli vurğulayıb ki, bu gün televiziya kanallarımız məsələyə ticarətçilər kimi yanaşır, "ucuz alıb baha satmağa” çalışırlar:

"Telekanallar bu prinsiplə işləyirlər. Burada menecerlərin təcrübəsi məsələsi gündəmə gəlir. Mexaniki olaraq, Rusiya və ya Türkiyə televiziyasında yayımlanan əyləncə proqramlarını yamsılayırlar, yaxud tok-şouların ucuz versiyalarını hazırlayırlar. Təbii ki, bununla uzağa getmək mümkün deyil”.

O bildirib ki, Azərbaycan telekanalları sanki bir-birinin klonudur:

"Peşəkarlarla işləmək lazımdır. Belə bir komanda yığıb normal maliyyə vəsaiti ilə lazımi proqramlar hazırlamaq vacibdir. Günü "yola vermək”lə nəsə əldə etmək mümkün deyil”.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Teletənqidçilər TV-ləri nişan aldı
227 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.