А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Qarabağda əldə olunmuş qondarma "müstəqillik" heç bir gələcək vəd etmir - BƏYANAT

03.09.19 | Bölmə: Siyasət | Baxış: 20 | Yazar: Celilova |
Qarabağda əldə olunmuş qondarma "müstəqillik" heç bir gələcək vəd etmir - BƏYANAT
 
 
 
 
 
 
 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejimin qeyd etdiyi "müstəqillik günü" ilə bağlı bəyanat yayıb.

İcmadan daxil olan bəyanatda deyilir:

"Ermənistan mətbuatında yayılan məlumata əsasən, 2 sentyabr 2019-cu il tarixində Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejim "müstəqillik günü" adı altında növbəti təxribat xarakterli "tədbirlər" keçirməklə məşğuldur.

Cinayətkar hərbi xunta tərəfindən məsxərə xarakterli növbəti müstəqillik günü "tədbirlər"inin qeyd edilməsi bir daha təsdiq edir ki, Ermənistan və onun əlaltısı olan cinayətkar rejim münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil və danışıqlara xələl gətirmək məqsədilə istənilən imkanı "hədər vermir".

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edir ki, Dağlıq Qarabağ və işğal edilmiş ərazilərdən qovulmuş yüz minlərlə azərbaycanlının qanı bahasına və etnik təmizləmə siyasəti nəticəsində əldə edilmiş qondarma "müstəqillik" heç bir gələcək vəd etmir:

"Beynəlxaq təşkilatlar və dünya ictimaiyyətinin işğalın nəticələrini tanımadığı və erməni təcavüzünü pislədiyi bir şəraitdə, qondarma cinayətkar xuntanın "müstəqillik günü"nü qeyd etməsi onun çıxılmaz vəziyyətdə olduğunun təcəssümüdür". 

Qeyd edilir ki, Ermənistan işğalçı siyasəti ilə özünü iqtisadi, siyasi və s. cəhətlərdən regionda inkişafdan geri salmaqla və özünü uçuruma aparmaqla kifayətlənməyərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını aldadaraq, öz məkrli siyasəti üçün istifadə etməkdə davam edir:

"Erməni icması bu yalançı və saxta "matriksdən" azad olmalı və yeganə çıxış yolu olan - azərbaycanlı icma ilə bir yerdə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ədalətli və daimi sülhün bərqərar olması üçün addım atmalıdır.

Dünya ictimaiyyəti münaqişə üzrə danışıqlarda indiyə qədər daim konstruktiv mövqe göstərən regionun lider ölkəsi olan Azərbaycanın ədalətli mövqeyi ilə təcavüzkar Ermənistanın atdığı addımları yaxşı görür. Ermənistan, xüsusilə cinayətkar xunta rejimi vəziyyəti dəyərləndirərək nəticə çıxarmalı və hesablanmamış atılan addımlara görə məsuliyyət daşıdıqlarını dərk ertməlidir.

Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini "möhkəmləndirmək" üçün atılan istənilən addım beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlı geri döndükdən sonra iki icmanın sülh şəraitində birgə yaşayışını müzakirə etmək olar.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icmasına səslənirik və onları tez bir zamanda əsarəti altında yaşadıqları qanunsuz cinayətkar rejimin nəzarətindən qurtulmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın ədalətli və daimi sülh şəraitində birgə yaşaması üçün çağırışımızı qəbul etməyə dəvət edirik".

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Biləsuvarda Sülh günü qeyd olundu
“Milana”  hospitalının sahibəsi Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail oldu
Bakının bir sıra polis şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub
“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür
Rusiyada azərbaycanlılar qəzaya düşdülər - 2 ölü, 8 yaralı
Mehriban Əliyeva neftçiləri təbrik etdi
Alı Alıyev Kürdəmirdə məskunlaşmış füzulililərlə görüşüb
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Deputat:
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu İstanbulda beynəlxalq konfransda çıxış edib
Putin Paşinyanın görüş təklifini rədd etdi
İcra başçısı məmur-vətəndaş münasibətlərindən danışıb
Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb (FOTO)
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər
Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi
Sosial mənzillərlə bağlı ŞOK TƏKLİF: Evi olmayanlar...
Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
Şəkidə atraksiondan yıxılan tələbə qız üçün Bakıdan həkim çağırıldı
Çimərlik mövsümünün qurbanları - Bu il 47 nəfər ölüb
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.