А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycan İlahiyyat İnstitutuna qəbul balı artıb

05.09.19 | Bölmə: Cəmiyyət | Baxış: 17 | Yazar: Celilova |
Azərbaycan İlahiyyat İnstitutuna qəbul balı artıb
 
 
 
 
 
 

2019/2020-ci tədris ili üzrə Azərbaycan İlahiyyat İnstitutuna qəbul olan tələbələrin qəbul balı artıb.

İnstitutdan Melumat-merkezi.az-a verilən məlumata görə, ali təhsil müəssisəsinə ödənişsiz əsaslarla Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə həyata keçirilən qəbul imtahanında Dinşünaslıq ixtisası üzrə ən aşağı bal 292, ən yüksək bal 523, İslamşünaslıq ixtisası üzrə ən aşağı bal 200, ən yüksək bal isə 390 olub. Müvafiq olaraq ixtisaslar üzrə ümumi orta bal 346,3 və 260 bal təşkil edib. Qəbul olunanların 50 faizi 300 baldan yuxarı bal toplayan abituriyentlərdir. Otuz faiz tələbə isə 350-550 bal toplayaraq, Azərbaycan İlahiyyat İnstitutunu seçib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Respublika Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. Ali təhsil müəssisəsi bu il ikinci dəfə tələbə qəbulu həyata keçirib. Keçən il keçid balı 150 bal olsa da, bu il bu rəqəm iki dəfəyə qədər yüksəlib.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsilin bütün pillələri üzrə tam ödənişsiz qəbul həyata keçirilir. Ali təhsil müəssisəsinin tələbələri ödənişsiz geyim və dərsliklərlə təmin olunurlar. İnstitutda pulsuz təşkil olunan müxtəlif dil kurslarında tələbələr mükəmməl səviyyədə ingilis və ərəb dillərini öyrənə bilərlər.

 

İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin dini elmlərlə yanaşı, Fəlsəfə, Sosiologiya, Psixologiya, Multikulturalizm, eləcə də digər sosial və humanitar elmlər tədris olunur.

İnstitut təhsil və elm sahəsində qarşılıqlı münasibətlər qurmaq; tələbə, müəllim mübadiləsi həyata keçirmək; tədris prosesindəki təcrübələrlə əyani surətdə tanış olmaq, bu sahə üzrə mövcud yenilikləri öyrənmək, mədəni əlaqələr qurmaq və möhkəmləndirmək məqsədilə dünyanın müxtəlif universitetləri ilə əməkdaşlıq əlaqələri yaradır.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Biləsuvarda Sülh günü qeyd olundu
“Milana”  hospitalının sahibəsi Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail oldu
Bakının bir sıra polis şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub
“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür
Rusiyada azərbaycanlılar qəzaya düşdülər - 2 ölü, 8 yaralı
Mehriban Əliyeva neftçiləri təbrik etdi
Alı Alıyev Kürdəmirdə məskunlaşmış füzulililərlə görüşüb
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Deputat:
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu İstanbulda beynəlxalq konfransda çıxış edib
Putin Paşinyanın görüş təklifini rədd etdi
İcra başçısı məmur-vətəndaş münasibətlərindən danışıb
Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb (FOTO)
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər
Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi
Sosial mənzillərlə bağlı ŞOK TƏKLİF: Evi olmayanlar...
Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
Şəkidə atraksiondan yıxılan tələbə qız üçün Bakıdan həkim çağırıldı
Çimərlik mövsümünün qurbanları - Bu il 47 nəfər ölüb
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.