А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azad Rəhimov Fransada Hüseynlinin WADA-nın İcraiyyə Komitəsinə üzvlüyünü dəstəklədi

10.09.19 | Bölmə: Cəmiyyət | Baxış: 13 | Yazar: Celilova |
Azad Rəhimov Fransada Hüseynlinin WADA-nın İcraiyyə Komitəsinə üzvlüyünü dəstəklədi
 
 
 
 
 
 
 
 

Fransanın Strasburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov 9 sentyabr tarixində ilk olaraq  Avropa Şurasının mənzil-qərargahında  təşkilatın Baş katibinin müavini, xanım Qabriella Battaini-Draqoni ilə görüşüb. 

Melumat-merkezi.az  xəbər verir ki, görüşdə Azərbaycan və Avropa Şurası arasında gənclər və idman sahəsində formalaşmış geniş  əməkdaşlıq münasibətlərinə nəzər salınıb və bu münasibətlərin daha da inkişafı istiqamətində gündəmdə dayanan müxtəlif  mövzu  və layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, qarşıdan gələn dövrdə Azərbaycanın Avropa Şurası çərçivəsində gənclər və idman sahələri üzrə planlaşdırılan gələcək fəaliyyətinin  yeni istiqamətləri də müzakirə edilib.

Bununla yanaşı, səfər çərçivəsində nazir Azad Rəhimov Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilən, Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin Avropadan olan üzvü mövqeyinə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynlinin namizədliyinin təqdimatı mərasiminə də   qatılıb.

Əsasən, üzv dövlətlər üçün keçirilən bu tədbirdə daimi nümayəndə Fəxrəddin İsmayılovun açılış qeydlərinin ardınca nazir Azad Rəhimov ölkəmizdə idmanın inkişafı sahəsində işlər haqqında məlumat verib və əldə olunmuş nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb.

Nazir Respublikamızda antidopinq sahəsinə yetirilən diqqəti vurğulayıb, AMADA-nın dopinqlə mübarizə sahəsində qazandığı uğurlardan bəhs edib və üzv dövlətləri qarşıdan gələn günlərdə keçiriləcək seçkilərdə Azərbaycan namizədinə dəstək verməyə çağırıb.

Öz çıxışında AMADA-nın rəhbəri Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin İcraçı Komitəsinə namizəd kimi irəli sürdüyü platforma barədə maraqlı təqdimatla çıxış edib və qlobal səviyyədə dopinqlə effektiv mübarizə ilə bağlı düşüncələrini bölüşüb.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Biləsuvarda Sülh günü qeyd olundu
“Milana”  hospitalının sahibəsi Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail oldu
Bakının bir sıra polis şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub
“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür
Rusiyada azərbaycanlılar qəzaya düşdülər - 2 ölü, 8 yaralı
Mehriban Əliyeva neftçiləri təbrik etdi
Alı Alıyev Kürdəmirdə məskunlaşmış füzulililərlə görüşüb
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Deputat:
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu İstanbulda beynəlxalq konfransda çıxış edib
Putin Paşinyanın görüş təklifini rədd etdi
İcra başçısı məmur-vətəndaş münasibətlərindən danışıb
Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb (FOTO)
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər
Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi
Sosial mənzillərlə bağlı ŞOK TƏKLİF: Evi olmayanlar...
Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
Şəkidə atraksiondan yıxılan tələbə qız üçün Bakıdan həkim çağırıldı
Çimərlik mövsümünün qurbanları - Bu il 47 nəfər ölüb
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.