А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq

18.09.19 | Bölmə: İqtisadiyyat | Baxış: 101 | Yazar: Celilova |
Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
 
 
 
 
 
 

Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətində səfərdədir.

Trend-in məlumatına görə, Azərbaycan nümayəndə heyətinin üzvü, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev səfər çərçivəsində Həştərxan vilayətinin rəhbəri İqor Babuşkinlə görüşüb. Görüş zamanı tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadi, sosial sahədə əlaqələrin genişləndirilməsi, eləcə də birgə gəmi təmiri və tikintisi məsələlərini müzakirə ediblər.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Ələt limanında yeni iqtisadi zonanın yaradılması təşəbbüsü ilə çıxış edib: "Biz bu liman vasitəsilə yükdaşımaların artırılmasına xüsusi diqqət yetiririk. Çünki bu liman şimal və cənubu, eləcə də qərb və şərqi birləşdirəcək. Düşünürük ki, bu iqtisadi zona 15 milyon ton yükün daşınmasına imkan yaradacaq".

İqor Babuşkin Xəzər dənizində turizmin inkişaf etdirilməsi məsələsinə də toxunub. Bildirib ki, yaxın günlərdə Həştərxan-Bakı aviareysləri yenidən bərpa olunacaq. O, sözügedən marşrutla hərəkət edəcək təyyarə reyslərinin sayının artırılmasını da məqbul hesab edib. İqor Babuşkin, həmçinin Xəzəryanı ölkələrin turizminin inkişafı məqsədilə qarşılıqlı turist səfərlərinin təşkil edilməsini təklif edib. Bildirilib ki, artıq Həştərxanda "Böyük Pyotr" adlı gəminin tikintisi başa çatmaq üzrədir və bu gəmi vasitəsilə ediləcək səfərlər sahilyanı ölkələr arasında turizmin inkişafına təkan verəcək.

Görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev İqor Babuşkini qubernator seçilməsi münasibətilə təbrik edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu İqor Babuşkinə təqdim edib. Abdin Fərzəliyev tərəflər arasında yüksək səviyyədə qurulan əməkdaşlıqdan da söhbət açıb və bu əməkdaşlığın hər ötən il inkişaf etdiyini vurğulayıb.

 

Qeyd edək ki, hazırda Həştərxanda "KDY Loqistika" layihəsinin həyata keçirilməsi üzərində iş gedir. Bu layihə Azərbaycan, İran, Türkiyə, Türkmənistan və Özbəkistan, eləcə də digər MDB ölkələrindən kənd təsərrüfatı məhsullarının daşınmasına imkan yaradacaq. 2018-ci ildən Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi fəaliyyət göstərir. Analoji mərkəzin cari ilin sonuna qədər Bakıda açılması üzərində iş gedir.

Bununla bağlı görüş zamanı məlumat verən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev deyib ki, 7 mərtəbədən ibarət İşgüzar Mərkəz paytaxtın mərkəzində yerləşir və ölkədəki ən iri İşgüzar Mərkəzlərdən biri olacaq.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Qusar sakinlərinin çoxdan gözlədiyi SƏRƏNCAM
Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır
“EuroHome”dakı yanğınla bağlı əməliyyat müşavirəsi keçirilib
Tanınmış ifaçı Mehrim Hüseyn yeni mahnısını ictimayyətə təqdim edib
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
Ramil Usubov:
“Peşəkar  fəaliyyətləri ilə insanlara örnək olan FUAD ƏHMƏDOV.”
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi - FOTO
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub
Prezident İlham Əliyev Heydər Əliyevin doğum günü münasibətilə video paylaşıb - VİDEO
Azərbaycanda koronavirusla bağlı komendant saatı tətbiq edilə bilər
DMX əcnəbilərə göstərdiyə xidmətlərə dəyişiklik etdi
Rusiya koronavirusa yoluxanların sayına görə İranı geridə qoydu
Milli Məclisin növbəti iclasının gündəliyinə 26 məsələ daxildir
Ünvanlı dövlət sosial yardım alanlar üçün MÜHÜM XƏBƏR
190 manat üçün müraciət edənlərin nəzərinə: Cavab gəlməyibsə...
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.