А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycanda sifilisə yoluxanların sayı artıb

09.10.19 | Bölmə: Cəmiyyət | Baxış: 18 | Yazar: Celilova |
Azərbaycanda sifilisə yoluxanların sayı artıb
 
 
 
 
 

Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb.

Melumat-merkezi.az xəbər verir ki, ötən il müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı 2733, 2017-ci ildə 2394, 2016-cı ildə 1587, 2015-ci ildə 1084, 2010-cu ildə 770, 2005-ci ildə 547 nəfər olub.

Azərbaycanda ilk dəfə sifilis diaqnozu qoyulanların da sayı artıb. 2018-ci ildə ilk dəfə qoyulmuş sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 981 olub. Bu göstərici 2017-ci ildə 967, 2016-cı ildə 907, 2015-ci ildə 560, 2010-cu ildə 294, 2005-ci ildə 222 olub.

Sifilis diaqnozu qoyulanların çoxu kişilər olur. Belə ki, keçən il ərzində müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin 1 829-u kişi olub. Ötən il ilk dəfə sifilis diaqnozu qoyulanların 682-i, 2017-ci ildə 652-si, 2016-cı ildə 593-ü, 2015-ci ildə 374-ü, 2010-cu ildə 191-i, 2005-ci ildə 139-u kişi olub.

Keçən il əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə sifilis diaqnozu qoyulanların sayı 10-u (2017-ci ildə 9,9 nəfər) nəfər olub.

Azərbaycanda sifilisli xəstələrlə yanaşı, qonokokk infeksiya ilə (süzənək) xəstələnənlərin də sayı artıb.

Ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan qonokokk infeksiya ilə xəstələnənlərin sayı 173 nəfər olub. Bu say 2017 (152) və 2016-cı ilə (105) nisbətən çox olsa da, 2005-ci illə müqayisədə (1 360 nəfər) xeyli azdır.

Qeyd edək ki, 2018-ci ildə nikah bağlamaq üçün müraciət edənlər arasında keçirilən məcburi tibbi müayinələr zamanı 395 nəfərdə, 2019-cu ilin yanvar-avqust ayları ərzində keçirilən müayinələrdə 142 sifilis xəstəliyi aşkarlanıb.

Bu müayinələrin tətbiq olunduğu 2015-ci ilin iyun ayının 1-dən indiyədək keçirilən müayinələr zamanı 1870 nəfərdə sifilis xəstəliyi aşkarlanıb.

Xatırladaq ki, sifilis və süzənəyin törədiciləri bir şəxsdən başqasına, əsasən cinsi əlaqə ilə keçir.Sifilis xroniki şəkildə keçən, bütün orqanlarda, o cümlədən dəridə, sinir sistemində yoluxma əmələ gətirən yoluxucu zöhrəvi xəstəlikdir. Sifilisin müalicəsi yalnız xüsusi müalicə idarələrində — zöhrəvi dispanserlərdə aparılır və xəstəliyin dövründən, formasından asılı olaraq bir neçə həftədən (ilk dövrdə) bir-iki ilə qədər davam edə bilər. Xəstələnən bəzi şəxslərin həkimə müraciət etməyərək özlərini müalicə etmə cəhdləri adətən çox pis nəticələr verir, xəstəliyin klinik gedişi dəyişir, xroniki şəklə keçən sifilis yaranır, bu isə daha uzun sürən müalicə tələb edir. Xəstəlik dövründə cinsi əlaqədə olanlar başqalarını da bu xəstəliyə yoluxdururlar.

Süzənək (qonoreya) əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlikdir. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan bir neçə dəfə xəstəliyə tutula bilər.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfər Mehdiyev Yevlaxda qəbul keçirəcək
Siyavuş Novruzovdan parlamentdə SƏRT SÖZLƏR: Qibləsini tanımayanlar...
Övladlığa uşaq götürmə ilə bağlı QAYDALAR DƏYİŞİR
“Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi Qəbələ rayonunda yeni layihə icra edib
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
“İsa Qəmbərin sürücüsünü də üzv etmək istəyiblər”
“Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb”
Leyla Əliyeva Nizami Kino Mərkəzində film təqdimatında olub
Prezident: Son 16 ildə Azərbaycana 270 milyard dollardan çox sərmayə qoyulub
Doğuşu ağırlaşdıran xəstəliklərin adları açıqlanıb
SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər
Bakıda 10 direktor işdən çıxarılıb
“Bala Tofiq” ləqəbli leş ət satan dələduz ifşa edilib
Türkiyəyə sanksiyalar Azərbaycana necə təsir edəcək?
Azərbaycan beynəlxalq mədəniyyət festivalında
SON DƏQİQƏ: ABŞ-dan MÜHARİBƏ ELANIna bərabər qərar
“Qala” Taekvondo klubunun komandası Mahaçqaladan 1 gümüş, 2 bürünc medalla qayıdıb
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir
Azərbaycan 4 günlük iş həftəsinə keçir?
Ərdoğan Bakı üçün YOLA ÇIXDI
Qanunsuz balıq ovlayan 182 nəfər məsuliyyətə cəlb olunub
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.