А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Piket təyin edib qaçan Əli Kərimli və onun “yorğan davası”

09.10.19 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 16 | Yazar: Celilova |
Piket təyin edib qaçan Əli Kərimli və onun “yorğan davası”
 
 
 
 
 
 
 
 
AXCP və Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) inzibati binası ilə İqtisad Universiteti arasında yerləşən ərazidə piket keçirərkən, bir vətəndaş əlində "Xalq sizinlədir - cənab Prezident İlham Əliyev” şüarı ilə kənarda dayanmışdı. "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə, hər kəsin fikrini azad şəkildə ifadə etmək hüququ var və həmin şəxs də bu hüququndan istifadə edərək, piketin keçirildiyi ərazidə sivil formada mövqeyini ifadə edirdi. Hərçənd, "sərbəst toplaşmaq azadlığı” şüarı ilə piket keçirən cəbhəçilər bu azadlığı ilk pozanlar oldu: vətəndaşa hücum edərək, plakatı əlindən aldılar və parça-parça etdilər.

Sanki 26 ildir Əli Kərimlinin onlara "hakimiyyətə gəlirik” vədi verib aldatmasının, illərdir həyatlarını bir nəfərin siyasi ambisiyalarına xərcləmələrinin və düçar olduqları uğursuzluğun günahkarı həmin plakatdır.

Azadlıq tələb edənlər azadlığa hücum edirlər. Onlardan əksini gözləmək də ağılsızlıq olardı. Piket adı ilə icazəsiz yürüşə cəhd etmələri də bu qüvvələrin nə qanunlara, nə də cəmiyyətə hörmət etmədiklərini, fürsət düşəcəyi təqdirdə dünən piket keçirdikləri ərazidə barrikadalar quracaqlarını göstərir.

Meriyanın önündə nələr olduğuna diqqət yetirəndə də çox mətləblər ortaya çıxdı.

AXCP və Milli Şura Bakı meriyasına piketlə bağlı müraciət etdi. Rəsmi cavabda "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq icazə verildi. Piketə bir neçə gün qalmış Əli Kərimli vətəndaşları piketi müşaiyyət etməyə dəvət etməklə niyyətini öz dili ilə etiraf etdi: Şəhərin mərkəzində itaətsizlik mühiti yaradılacaq, icazəli piket icazəsiz yürüşə çevriləcək, polislə qarşıdurmaya gediləcək və mümkünsə qanunları pozan iştirakçıların həbsinə nail olunacaq.

Məqsəd bu idi və Əli Kərimli bununla 50 nəfərlik piketi "ümumxalq hərəkatı” kimi təqdim etməyi, özünü isə bu hərəkatın "lideri” obrazında göstərməyi planlaşdırırdı. Bəzi iştirakçıların meriya binasının ətrafında qarışıqlıq yaratmağa çalışması, piket başlanmamışdan öncə Milli Şura üzvü Tofiq Yaqublunun rəhbərliyi altında cəbhəçilərin meriya binası ilə üzbəüz istiqamətdəki küçəyə toplaşması, süni ajiotaj yaratması, aksiyanı istədikləri kimi sərbəst keçirmək istədiklərini bildirmələri və narazılıqlarını dilə gətirmələri də bu oyunun bir parçası idi. Aksiyadan öncə təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, sıxlığın olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməsi, gərginlik yaratmaq cəhdləri, asayiş keşikçilərinin təhqir olunması da buna hesablanmışdı.

Piket başlandı, lakin bu dinc aksiyadan daha çox bir qrup insanın səs-küy salması idi və paytaxtın mərkəzi küçələrində mitinq keçirməyi tələb edən, "mənə meydan verin, meydan” deyən Əli Kərimli gözə dəymirdi. Meydan istəyən AXCP sədrinin paytaxtın mərkəzi küçəsində keçirilən piketə özünün gəlməməsinin üç səbəbi açıq görünür.

1. Sosial şəbəkələrdə demək olar ki, hər gün "inqilab edən”, özünü lideri elan etdiyi feyk profillərdən ibarət "xalqına” xitab edən Əli Kərimli anlayırdı ki, klaviatura arxasından qalxıb real həyata dönəcəyi təqdirdə acı reallıqla qarşılaşacaq. Bu piket də bir daha göstərdi ki, AXCP və Milli Şura siyasi depresiyanın ən ağır formasını yaşayırlar və heç bir real gücə malik deyillər. Əli Kərimli məhz buna görə piketə gəlməkdən çəkindi.

2. Piketə gəlsəydi nə danışacaqdı? İllərdir dediyi "sabah hakimiyyətə gəlirik” sözlərinimi təkrarlayacaqdı, yoxsa bu dəfə dəyişiklik olsun deyə tərsdən oxuyacaqdı - "gəlirik hakimiyyətə sabah”?! Göründüyü kimi, Əli Kərimli real həyatın kandarına ayaq basmağa qorxur.

3. Aksiyada müşahidə olunanlar, süni gərginliyin yaradılması, qanunların pozulmasına cəhd və polislə qarşıdurmaya getmək istəkləri, bütün bunların fonunda, nə Əli Kərimlinin, nə Cəmil Həsənlinin, nə də Milli Şuranın digər "rəhbər şəxslərinin” gəlməməsi klassik oyunu yenidən yada salır.

2013-cü ilin 10 martında Fəvvarələr meydanında keçirilən "Əsgər ölümlərinə son” aksiyasını xatırlayırsınızmı?! Əli Kərimli və Milli Şuranın o dövrdəki "ağbaşlı rəhbərləri” gəncləri icazəsiz aksiyaya sövq etdi, polislə qarşıdurma yaradıldı. Lakin Əli Kərimli və gəncləri qanunları pozmağa sövq edən digərləri evlərindəki rahat divanlarında əyləşib çay süfrəsi arxasında baş verənləri izləyirdilər. Nəticədə aldadılmışlar yox, aldadanlar bu aksiyadan siyasi və digər qazanclar əldə etdi. Əli Kərimlinin dünən piketə gəlməməsi və vətəndaşları itaətsizliyə dəvət etməsi eyni ssenarini xatırladır. Onu düşündürən hər-hansı sivil aksiya keçirmək yox, qarşıdurma yaratmaq və bundan əldə edəcəyi qazancdır.

Hərçənd, bu dəfə qazana bilmədilər və nümayiş etdirdikləri davranışlarla sübut etdilər ki, onlar sivil qaydada aksiya keçirməyi yox, qanunları pozmağı, asayiş keşikçilərini təxribata çəkməyi və toqquşma yaratmağı planlaşdırırlar. Yaradılan imkanları da ilk fürsətdə xaos və qarşıdurma yaratmaq üçün istifadə edirlər. Çünki onlar hələ də 90-cı illərin psixologiyasından çıxa bilməyiblər və inkişaf edən Azərbaycanla ayaqlaşmaq əvəzinə, bu ölkəni özlərinin çıxa bilmədiyi həmin qaranlıq keçmişə qaytarmaq niyyətindədirlər.

Əli Kərimlinin piket şousundakı niyyəti də artıq məlum oldu: AXCP sədri özünün gəlmədiyi, 50 nəfərlik piketin ən sıx yerindən çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşaraq, "Budur, "ümummilli” piket ölkəni sürətlə dəyişməkdədir” deyə yazır, "virtual liderliyinin” real tərəflərini ibatlamağa çalışır. Artıq yeni mitinqlərini də təyin ediblər. Dava aksiya yox, "yorğan davasıdır”.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfər Mehdiyev Yevlaxda qəbul keçirəcək
Siyavuş Novruzovdan parlamentdə SƏRT SÖZLƏR: Qibləsini tanımayanlar...
Övladlığa uşaq götürmə ilə bağlı QAYDALAR DƏYİŞİR
“Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi Qəbələ rayonunda yeni layihə icra edib
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
“İsa Qəmbərin sürücüsünü də üzv etmək istəyiblər”
“Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb”
Leyla Əliyeva Nizami Kino Mərkəzində film təqdimatında olub
Prezident: Son 16 ildə Azərbaycana 270 milyard dollardan çox sərmayə qoyulub
Doğuşu ağırlaşdıran xəstəliklərin adları açıqlanıb
SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər
Bakıda 10 direktor işdən çıxarılıb
“Bala Tofiq” ləqəbli leş ət satan dələduz ifşa edilib
Türkiyəyə sanksiyalar Azərbaycana necə təsir edəcək?
Azərbaycan beynəlxalq mədəniyyət festivalında
SON DƏQİQƏ: ABŞ-dan MÜHARİBƏ ELANIna bərabər qərar
“Qala” Taekvondo klubunun komandası Mahaçqaladan 1 gümüş, 2 bürünc medalla qayıdıb
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir
Azərbaycan 4 günlük iş həftəsinə keçir?
Ərdoğan Bakı üçün YOLA ÇIXDI
Qanunsuz balıq ovlayan 182 nəfər məsuliyyətə cəlb olunub
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.