А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsinə start verilib

10.10.19 | Bölmə: Cəmiyyət | Baxış: 13 | Yazar: Celilova |
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsinə start verilib
 
 
 
 
 

Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan "Mühəndislər üçün biznes təhsili” layihəsinin açılış mərasimi keçirilib. 

BANM-dan Melumat-merkezi.az-a verilən məlumata görə, tədbirdə məktəbin rəhbərliyi, BP şirkətinin nümayəndələri və proqramda qeydiyyatdan keçən tələbələr iştirak ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açılış mərasimində çıxışı zamanı bildirib ki, "Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Rektor qeyd edib ki, proqram mühəndislik ixtisası üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulub. E.Qasımov proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlərin cəlb olunduğunu da vurğulayıb.

"İngilis dilində həyata keçiriləcək layihə tələbələrin müasir biznes mühitinə daha effektli inteqrə olunmasına şərait yaradacaq. Proqramı uğurla başa vuran tələbələrə xüsusi sertifikatlar təqdim ediləcək” - deyə rektor əlavə edib.

Tədbirdə təqdimatla çıxış edən Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin Böyük metodisti Ləman Hüseynova bildirib ki, "Mühəndislər üçün biznes təhsili”nin proqramına "Təqdimat və kommunikasiya bacarığı”, "Layihələrin idarə edilməsi”, "Vaxtın idarəedilməsi və səmərəlilik”, "Liderlik”, "Risklərin idarəedilməsi”, "Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, "İnsan resurslarının idarəedilməsinin əsasları”, "Danışıq bacarıqları” kimi modullar daxildir. O həmçinin qeyd edib ki, təlimlər oktyabr-dekabr ayları ərzində Bakı Ali Neft Məktəbində təşkil ediləcək.

"Proqramda Bakı Ali Neft Məktəbinin 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələrinin mühəndislik ixtisasları üzrə təhsil alan və ingilis dili bacarıqları yüksək olan 3-cü və 4-cü kurs tələbələri iştirak edə bilər”.

"BP Azərbaycan” şirkətinin Tədbirlər və Brend Kommunikasiyalar üzrə meneceri Zaur Cəbrayıl isə bildirib ki, layihə iştirakçılara biznes sahəsində bilik və bacarıqlara yiyələnmək, praktiki məşğələlərdə iştirak etmək, BP, eləcə də, digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi, Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatı ilə təmin edilmək imkanları verəcək. 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfər Mehdiyev Yevlaxda qəbul keçirəcək
Siyavuş Novruzovdan parlamentdə SƏRT SÖZLƏR: Qibləsini tanımayanlar...
Övladlığa uşaq götürmə ilə bağlı QAYDALAR DƏYİŞİR
“Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi Qəbələ rayonunda yeni layihə icra edib
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
“İsa Qəmbərin sürücüsünü də üzv etmək istəyiblər”
“Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb”
Leyla Əliyeva Nizami Kino Mərkəzində film təqdimatında olub
Prezident: Son 16 ildə Azərbaycana 270 milyard dollardan çox sərmayə qoyulub
Doğuşu ağırlaşdıran xəstəliklərin adları açıqlanıb
SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər
Bakıda 10 direktor işdən çıxarılıb
“Bala Tofiq” ləqəbli leş ət satan dələduz ifşa edilib
Türkiyəyə sanksiyalar Azərbaycana necə təsir edəcək?
Azərbaycan beynəlxalq mədəniyyət festivalında
SON DƏQİQƏ: ABŞ-dan MÜHARİBƏ ELANIna bərabər qərar
“Qala” Taekvondo klubunun komandası Mahaçqaladan 1 gümüş, 2 bürünc medalla qayıdıb
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir
Azərbaycan 4 günlük iş həftəsinə keçir?
Ərdoğan Bakı üçün YOLA ÇIXDI
Qanunsuz balıq ovlayan 182 nəfər məsuliyyətə cəlb olunub
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.