А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

LG Azərbaycanda flaqman “MULTI V 5” havalandırma və yeni maqnetik yastıqlı soyuducu həllərini təqdim etdi

10.10.19 | Bölmə: Cəmiyyət | Baxış: 100 | Yazar: Celilova |
LG Azərbaycanda flaqman “MULTI V 5” havalandırma və yeni maqnetik yastıqlı soyuducu həllərini təqdim etdi
 
 
 
 
 
 
 
 
 
Dünyanın bir çox bazarlarında uğurlu təqdimatdan sonra LGElectronics AEM Group şirkətləri ilə birlikdə yeni MULTI V 5 Dəyişkən Soyuducu Axını sistemi və Maqnetik Yastıqlı Soyuducularının Azərbaycanda başlayacaq satışı ilə bağlı elan verib. MULTI V sırasının ən yeni modeli olaraq, yeni sistem enerji səmərəliyini optimallaşdıraraq və istifadəçi rahatlığını artıraraq, bənzərsiz rasional funksionallıq təklif edir. Bu özəllikləri ilə o, yaşayış və biznes mühitləri üçün ideal seçimdir.

Təqdimat tədbirində çıxış edən "LG Electronics Gulf FZE”nin Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Sanginn Lee deyib:"Azərbaycan 9 iqlim zonasına malik, bir-birinə zidd isti yay və soyuq qışın müşahidə olunduğu unikal ölkədir. Havanın dəyişkənliyi və müxtəlifliyi bu ölkəni LG-nin İVH həllərinin tətbiq etmək üçün əla məkana çevirir. Biz əminik ki, Azərbaycandakı müştərilərimiz MULTI V 5 innovativ texnologiyasından yararlana biləcəklər. Əlavə olaraq qeyd edim ki, MULTI V 5-in təqdim etdiyi enerji səmərəliyi kommunal xidmətlərdə enerji sərfiyyatını azaltmaq üçün ən yaxşı seçimdir.


LG MULTI V 5 havalandırma sistemi Azərbaycandakı tikinti layihələrinin davamlılıq və enerji səmərəliliyi tələblərini qarşılaya biləcək təkmil texnologiyalardan istifadə edir. Bu sistem performans, səmərəlilik və enerjiyə qənaət mövzularında kompromisə getmədən ən inkişaf etmiş iqlim nəzarəti həllərini təklif edir.

MULTI V 5 LG-nin innovativ və patentləşdirilmiş İkili Hiss İdarəsi (Dual Sensing Control) və Mükəmməl İnvertor Kompressoru (Ultimate Inverter Compresor) özəllikləri ilə özünü ən gərgin hava şəraitlərində belə üstün texnoloji həll kimi sübut edir. Təkmilləşdirilmiş rütubət nəzarəti, hər bir daxili qurğu üçün individual təyinat nöqtəsi, böyük tutumlu çöl qurğusuvə səssiz işləmə funskiyaları MULTI V 5-ihər hansı bir məkanı isitmək və soyutmaq üçün ən yaxşı həllə çevirir. Bu innovativsistem həm də enerjiyə qənaət və rahatlığı daha da artıraraq müxtəlif zonalarda eyni anda isitmə və soyutmanı da təmin edir.



Yerli orqanlar və sənayelərdən "yüksək səmərəli yeni nəsil soyuducular”-a olan artan tələbatı diqqətdə saxlayan LG, özünün yeni nəsil Maqnetik Yastıqlı Soyuducularını təqdim etdi. Son texnoloji nailiyyət olan bu sistem soyuduculardakı mərkəzdənqaçma kompressorları üçün yağsız və kontaktsız idarəetmə təqdim edir. Özünün yüksək sürətli daimi maqnetik mühərriki və maqnetik yastıqları ilə yeni maqnetik sistem ənənəvi mərkəzdənqaçma kompressorlarını əksinə olaraq müxtəlif sürətlərdə işləyə bilir və nəticədə enerjiyə ən az 10 faiz qənaət edir. O, AHRI şəraitlərində dünya səviyyəli COP 7.0 və 12.0 IPLV yüksək səmərəlilik imkanları təqdim edir. Mexniki kontakt və yağlanmış yastıqlarda əmələ gələn yağ itkisini aradan qaldıraraq, LG-nin yeni maqnetik sistemi ümumi enerji sərfiyyatı və təmir xərclərini əhəmiyyətli dərəcədə azaldır.


LG Electronics Havalandırma Həlləri Şöbəsi Haqqında

LG Electronics-in Havalandırma Həlləri Şöbəsi hərtərəfli, özünü sübut etmiş peşəkarlıq və per-formans portfelinə sahib olan qlobal İVH lideridir. 1968-ci ildə Koreyada özünün ilk məişət kon-disionerini istehsal edən LG, ötən əlli il ərzində qabaqcıl texnologiyalardan strateji istifadə etmək bacarığı sayəsində ümumi İVH həlləri bazarına yol tapmışdır. Yaxşı təşkil edilmiş istehsal bazası və sənayedə lider olan istehsal həcmi ilə şirkət həm biznes, həm də yaşayış sektorunu effektiv İVH həlləri ilə təmin edir. İsitmə, ventilyasiya və havalandırma üçün geniş çeşiddə qabaqclı məhsulları ilə LG müxtəlif istifadəçilər üçün ən optimallaşdırlmış həlləri təklif edir. "Daha Yaxşı Həyat üçün İnnovasiya” şüarına uyğun olaraq, şirkət enerji səmərələliyi və etibarlılığı ilə öyünən həllər yaradır ki, həmin həllər LG-nin texnologiya möcüzəsi olan istehsal metodları və texnologiyaları ilə hazırlanır və istifadəçilər üçün ən optimal mühiti təmin etməyə hesablanır. Daha çox məlumat üçünwww.LG.com.-a baş çəkin.


AEM GROUP şirkətlər qrupu haqqında

AEM GROUP şirkətlər qrupu (2003-2009-cu illər ərzində Concord AEM MMC adı altında fəaliyyət göstərib) Azərbaycan Respublikasında isitmə, soyutma və havalandırma sistemlərinin və avadanlıqlarının satışı, quraşdırılması və satışdan sonra xidməti sahəsində qabaqcıl şirkətlərdən biridir. "AEM GROUP” şirkəti 2003-cü ildə qurulub və bu müddət ərzində həm pərakəndə satış sahəsində, həm də layihələrin icrasında böyük uğurlar qazanıb.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Qusar sakinlərinin çoxdan gözlədiyi SƏRƏNCAM
Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır
“EuroHome”dakı yanğınla bağlı əməliyyat müşavirəsi keçirilib
Tanınmış ifaçı Mehrim Hüseyn yeni mahnısını ictimayyətə təqdim edib
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
Ramil Usubov:
“Peşəkar  fəaliyyətləri ilə insanlara örnək olan FUAD ƏHMƏDOV.”
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi - FOTO
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub
Prezident İlham Əliyev Heydər Əliyevin doğum günü münasibətilə video paylaşıb - VİDEO
Azərbaycanda koronavirusla bağlı komendant saatı tətbiq edilə bilər
DMX əcnəbilərə göstərdiyə xidmətlərə dəyişiklik etdi
Rusiya koronavirusa yoluxanların sayına görə İranı geridə qoydu
Milli Məclisin növbəti iclasının gündəliyinə 26 məsələ daxildir
Ünvanlı dövlət sosial yardım alanlar üçün MÜHÜM XƏBƏR
190 manat üçün müraciət edənlərin nəzərinə: Cavab gəlməyibsə...
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.